Çala gölü — Vikipediya

Çala
Ümumi məlumatlar
Sahəsi >1,0 km²
Dərin yeri 1,0 m
Orta dərinliyi 0,6 m
Yerləşməsi
39°39′10″ şm. e. 49°14′28″ ş. u.
Ölkə  Azərbaycan
Çala xəritədə
Çala
Çala
Çala gölü (Azərbaycan)
Çala gölü
Çala gölü

Çala gölüBəndovan Dövlət Təbiət YasaqlığınınŞirvan Dövlət Təbiət Qoruğunun ərazilərində yerləşir. Çala gölünün sahəsi 100 hektardan çoxdur və onun dərinliyi 0,3-1,0 metrə çatır. Göldə qamış və digər su bitkiləri yaxşı inkişaf etmişdir. Gölün köçəri su-bataqlıq quşları üçün çox böyük əhəmiyyəti vardır. Göl Qızılqaz, Flaminqo gölü olaraq da adlanır.

Böyük və Kiçik Çala (Qızılqaz) gölləri XX əsrin 50-ci illərində Salyan su toplayıcı kanalının yaranması nəticəsində əmələ gəlmişdir. Göllərinin 60-65%-ni təşkil edən qarğı və qamışlıqların əsas sakinləri sufərəsi, adi təqibçi, kiçik təqibçi, cırtdan təqibçiqamışlıq fərəsidir.

Azərbaycanın bir çox gölü kimi bu göl də kanal suyu ilə (Şirvan kanalının) qidalanır. Susevər bitkilərin, xüsusilə də pambığın əkin sahələrinin kiçilməsi səbəbindən irriqasiya kanallarının suyunun səviyyəsi kəskin surətdə aşağı düşmüş, buna görə də gölə axan sular azalmışdır. 1990-cı illərin əvəllərindən Salyan su toplayıcı (Yenikənd) kanalına suyun vurulmasının dayandırılması ilə əlaqədar olaraq göllərə su daxil olmamış və 1999-cu ilin yayında sahəsi 4 min hektardan çox olan göllər qurumuşdur. Bu, ekosistemdəki bitki və heyvanlara mənfi təsir göstərmişdir. Su-bataqlıq quşları buranı tərk etmişlər. Ancaq köç vaxtı hər dəfə onun üzərindən uçub keçərkən quşlar gölü axtararaq dövrə vurmuşlar.

Sonralar "Salyanoyl" neft şirkəti Baş Şirvan kollektorundan gölə kanal çəksə də, kanalın qurtaracağı gölün dibindən hündürdə qaldığından, göl su ilə ancaq qış aylarında qismən dolmuş, yayda isə yenidən qurumuşdur.

2002-ci ildə Dövlət Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən göllərə suyun vurulması bərpa edilmişdir. 2003-cü ilin yanvarında Böyük və Kiçik Çala göllərində 2390, Xəzər dənizi sahil zolağında isə 4983 fərd su-bataqlıq quşu qeydə alınmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin Bax[redaktə | mənbəni redaktə et]