Çaylı döyüşü (2010) — Vikipediya

Çaylı toqquşması
Qarabağ münaqişəsi
Tarix 18–19 iyun 2010-cu il
Yeri Çaylı, Tərtər rayonu
Münaqişə tərəfləri

 Azərbaycan

Qondarma Dağlıq Qarabağ Respublikası
 Ermənistan

Tərəflərin qüvvəsi

Mübariz İbrahimov

bilinmir

İtkilər

1 ölü[1]

4 ölü[2] və 4 yaralı[1]

Çaylı toqquşması və ya Çaylı döyüşü — 18–19 iyun 2010-cu ildə Çaylı yaxınlığında Azərbaycan Silahlı Qüvvələri və Qarabağ separatçıları arasında baş verən toqquşma.

Toqquşma qabağı vəziyyət[redaktə | mənbəni redaktə et]

18 iyun 2010-cu ildə İlham Əliyev, Serj SarkisyanDmitri Medvedyevin iştirakçılığı ilə Rusiyada keçirilən üçtərəfli sülh danışıqları növbəti dəfə uğursuz bitdi. Sankt-Peterburq sülh danışıqlarından sonra İlham Əliyev Maliyyə forumunda iştirak etmədən Rusiyanı tərk edir. Toqquşmada Azərbaycan tərəfi erməni tərəfini, erməni tərəfi isə Azərbaycan tərəfini günahlandırır.

Döyüşdən sonraki vəziyyət[redaktə | mənbəni redaktə et]

Döyüşdən sonra ATƏT-in Minsk Qrupu tərəfləri atəşkəsə və sakitləşməyə çağırır. ATƏT-in Minsk Qrupu sülh yolundan başqa münaqişənin həllini görmədiyini söyləyiblər. Eləcə də ATƏT bildiribki cəbhə xəttində monitorinqləri davam etdirəcək. İlham Əliyevin sərancamı ilə həlak olmuş Mübariz İbrahimova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "OSCE, EU Condemn Karabakh 'Armed Incident'". Azadlıq Radiosu (ingilis). 24 iyun 2010. 2016-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2024. Four Armenian conscripts and one Azerbaijani serviceman died in the incident near the village of Chaylu in the northeastern Mardakert district of the unrecognized Nagorno-Karabakh republic. Four more Armenian servicemen were injured.
  2. "Monitoring Border Conflicts with Satellite Imagery: Armenia and Azerbaijan–2008-2012" (PDF). Amerika Elmin İnkişafı Assosiasiyası. səh. 2. 2024-04-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 aprel 2024.
  3. "Azərbaycan və Ermənistan arasında cəsədlər dəyişdirildi". BBC Azərbaycanca. 2022-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2024.