Çeddi Caqan — Vikipediya

Çeddi Caqan
ing. Cheddi Berret Jagan
Çeddi Caqan
Çeddi Caqan
Doğum tarixi
Doğum yeri Britaniya Qviana
Vəfat tarixi (78 yaşında)
Vəfat yeri Vaşinqton
Vətəndaşlığı Şimal-Qərb Universiteti
Həyat yoldaşı
Təhsili
Fəaliyyəti siyasətçi
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çeddi Berret Caqan [22.3.1918, Britaniya Qvianası (indiki Qayana), Port-Murant – 6.3.1997, Vaşinqton] — Qayana dövlət və siyasi xadimi, Qayana prezidenti.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

ABŞ-dakı Hovard (1936–38), Şimal-Qərbi (1938–42) universitetlərində və Gənc Xristianlar Assosiasiyasının Mərkəzi kollecində (1938–42) təhsil almışdır. 1943–45-ci illərdə Corctaunda stomatoloq işləmiş, zəhmətkeşlərin hüquqları uğrunda hərəkata qoşulmuşdur. Siyasi hərəkət komitəsinin (1946) təsisçilərindən biridir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1945–47-ci illərdə Britaniya Qvianasının ağdərili olmayan əhalisinin ittifaqının sədri, 1947–53-cü illərdə Qanunverici şuranın üzvü olmuşdur. 1950-ci ildə arvadı Canet Caqanla birlikdə Mütərəqqi Xalq Partiyasını (MXP) təsis etmişdir; 1970-ci ildən MXP-nin baş katibi idi. 1953-cü ildən Ümumdünya Sülh Şurasının, 1969-cu ildən Şuranın Rəyasət Heyətinin üzvü ol muşdur. 1953 və 1957–64-cü illərdə baş nazir, eyni zamanda 1953-cü ildən kənd təsərrüfatı, sonra isə torpaq sahələri və mineral ehtiyatları naziri, 1957–61-ci illərdə ticarət və sənaye naziri, 1961–64 illərdə inkişaf və planlaşdırma naziri işləmişdir. Sol müxalifətin dəyişilməz lideri, Milli assambleyanın deputatı (1964–73, 1976–92) idi. 1992-ci ilin oktyabrından Qayananın prezidenti olmuşdur.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Caqan// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 171.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]