Çili bayrağı — Vikipediya

Çili bayrağı
Təfərrüatlar
Proporsiya 2:3
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çili bayrağı — Çilinin Dövlət bayrağı

Çilinin dövlət bayrağı rəsmi olaraq, 18 oktyabr 1817-ci ildə təsdiqlənmişdi. Bayraq Çilinin müstəqilliyi uğrunda vuruşan amerikalı Çarlz Vud tərəfindən hazırlanmışdı. Bayraqdakı mavi rəng səmanın, ağ rəng qarla örtülən And dağlarının, qırmızı rəng isə ölkənin müstəqilliyi uğrunda tökülən qanın rəmzidir. Beşguşəli ulduz uğur və şöhrətə aparan bələdçini tərənnüm edir. Ölçüsü 2:3 nisbətindədir.