Çili coğrafiyası — Vikipediya

Çili coğrafiyası
Qitə Amerika
Region Cənubi Amerika
Koordinatlar 49°00'ş.e, 32°00'ş.u.
Sahə
Sahil xəttinin uzunluğu 6 435 km
Sərhədlər

6 339 km
Argentina: 6 691km
Boliviya: 942 км km

Peru: 168km
Ən yüksək nöqtə 6 887 m (Oxos-del-Salado vulkanı)
Ən alçaq nöqtə 0 m (Atlantik okeanı)
Ən böyük çay Loa(440 km)
Ən böyük göl Ümumi Karrera gölü (1,850km²)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çili - Cənubi Amerikanın Sakit okean sahili, nazik zolaq boyu tutduğu ərazi. Ərazi Atakama (17 °C.e.) səhrasından Froyord (54 °C.e) burnuna qədər uzanır. Çili dünyada şimaldan cənuba doğru ən çox uzanan ölkə hesab olunur. Ölkənin cənubunda Argentina ilə ortaqlı Odlu Torpaq adaları var. Çilyə həmçinin Sakit okeanda olan — Xuan-Fernandes, Desventuradas, Pasxa və Sala-i Qomes adaları aiddir. Bundan başqa Çili Antarktika ərazisinə belə iddialıdır.[1] Çili Atalantik-Sakit okean keçidi olan Magellan boğazı, BiqlDreyk boğazına nəzarət edir. Atakama səhrası —dünyanın ən quru ərazisi. Oxos-del-Salado kraterində dünyanın ən hündür gölü yerləşib. (hündürlük 6 390 м)

Geoloji quruluşu və faydalı qazıntıları[redaktə | mənbəni redaktə et]

Çilinin bütün ərazisi And (Kordilyer) geosinklinal qırışıqlıq qurşağı hüdudlarında yerləşir. Qırışıqlığın bünövrəsini PaleozoyKembriyəqədər yaşlı metamorfik süxurlar təşkil edir. Çökmə örtüyü Yura -Təbaşirin çökmə qatlarından (şərqdə), andezitlərdən (qərbdə), həmçinin Təbaşir-Paleogenin vulkanitlərindən ibarətdir. Təbaşir-Paleogen yaşlı qranitoidlər geniş yayılmışdır. Ölkənin cənub hissəsi (Pataqoniya And dağları) üçün Üst Yura və Alt Təbaşirin spilit-diabaz və fliş qatları və Üst Təbaşir-Paleogenin molassları səciyyəvidir; bu hissə Mərkəzi And dağlarından daha mürəkkəb quruluşu ilə fərqlənir.

Çili mis və şora ehtiyatına görə dünyada ilk yerlərdən birini tutur. İri kükürd, dəmir filizi, manqan, qurğuşun, sink, daş kömür, neft, qaz yataqları var. Nəhəng mis-porfir yataqları (Çukikamata, El-Salvador, El- Tenyente və s.) Təbaşir-Paleogenin vulkanplutonik kompleksi ilə əlaqədardır. Mis filizlərinin emalı zamanı mislə yanaşı xeyli miqdarda molibden, gümüş, qızıl və nadir elementlərdə alınır. Şora yataqları (Tokopilya, Pedro-de-Valdiviya, Mariya-Elena, İkike, Taltal və s.) duz, gips, boratlarla birlikdə Uzununa dərə qrabeninin qurumuş göllərindədir. Vulkan mənşəli kükürd yataqları (El-Takora, Konkola və s.) Çilinin BoliviyaArgentina ilə sərhədində yerləşir. Skarn tipli dəmir filizi yataqları, əsasən, Sahil Kordilyer dağlarındadır (El-Romeral, El- Alqarrobo, El-Karmen, El-Tofo və s.); ən böyük yataq (El-Lako) Dördüncü dövrün eyniadlı vulkanı ilə əlaqədardır.

Ölkədə manqan filizlərinin ehtiyatı çox azdır; sənaye əhəmiyyətli çökmə yataqları (Lambert, Korral-Kemado və s.) Sahil Kordilyer dağlarındadır. Qurğuşunsinkin Sahil Kordilyer dağlarının şimalında hidrotermal damar tipli kiçik yataqları (Karakoles, Las-Kanyas və s.) var. Pataqoniya And dağlarında kəşf olunmuş El-Toko kolçedan-polimetal yatağının filizlərində gümüş və misdə iştirak edir. Sənaye əhəmiyyətli kömürlü çöküntülər ölkənin qərb və cənub hissələrində yayılmışdır. Kömürün əsas yataqları Magellan boğazı rayonundadır; Paleogen çöküntüləri ilə əlaqədardır. Neft və qaz ehtiyatları cüzidir; əsasən, Kaynozoy molassları ilə dolmuş Magellan ön çökəyində (Odlu Torpaq a.) toplanmışdır.[2]

Relyefi[redaktə | mənbəni redaktə et]

Oxosdel-Salado

Çili dağlıq ölkədir. Relyefində uzununa 3 qurşaq (şərqdə Baş And Kordilyer, qərbdə And dağrının Sahil Kordilyer silsilələri və bunların arasında Uzununa dərə) mövcuddur. Sahil Kordilyer silsiləsi (hündürlüyü 3200 m-ədək), demək olar ki, bütün uzunluq boyu düz xətli abrazion buxta sahilinə enərək, 41°30′ cənub enliyindən cənubda Cənubi Çilinin Çiloe və digər adalarına keçir. TamaruqalAtakama səhralarından ibarət olan Uzununa dərə (hündürlük 2600 m-ədək) Ankud körfəzinədək tədricən enərək boğazlar sistemini yaradır. Baş And Kordilyer silsiləsi, əsasən, Çili ilə Argentinanın sərhədi boyu keçir; Çili ərazisində ən hündür zirvəsi (6880 m) Oxosdel-Salado dağıdır; 35 °C.e.-dək əksər zirvələrin hündürlüyü 6000 m-dən yuxarıdır və çoxu sönmüş və fəaliyyətdə olan (Qualya -tiri, San-Pedro, Lyulyaylyako, Tupunqato, Maypo və s.) vulkan konusudur. Cənuba doğru And dağları alçalır (San-Valentin d., 4058 m), vulkan zirvələrinə daha çox qərb ətəklərində, əsasən, 37° və 43 °C.e.-ləri arasında rast gəlinir. Buzlaqlar çoxalır. Cənubi Çilinin sahilləri girintili-çıxıntılıdır. Ölkənin bütün ərazisi seysmik zonada yerləşir; tez-tez zəlzələlər olur

İqlimi[redaktə | mənbəni redaktə et]

Çilinin ərazisi şimaldan cənuba doğru müxtəlif iqlim qurşaqlarında yerləşir. Şimali Çili (28 °C.e.-dək) tropik səhra iqliminə malikdir. Orta aylıq temperatur 12–16-dan 18– 22 °C-yədək, illik yağıntı And dağlarının yamaclarında 100 mm-ədəkdir; Uzununa dərəyə illərlə yağıntı düşmür (Atakama səhrası). Sahil rayonları dumanlı və çiskinlidir. Mərkəzi Çilidə (42 °C.e.-dək) Aralıq dənizi tipli subtropik iqlim qurşağında yerləşir. Orta aylıq temperatur 8-dən 22 °C-yədək, illik yağıntı 2000–2500 mm-ədəkdir. Cənubi Çilidədə okean tipli rütubətli mülayim iqlim hakimdir. Orta aylıq temperatur 3-dən 18 °C- yədək, illik yağıntı 2500–3000 mm-dən dağların külək tutan yamaclarında 6000– 7000 mm-dir.[3] 

Daxili suları[redaktə | mənbəni redaktə et]

Çilinin çayları qısa, gursuludur; Sakit okean hövzəsinə aiddir. Ən böyük çayları Bio-Bio, Kopyapo və Loadır. Çoxlu, əsasən, buzlaq mənşəli göl (Ranko, Lyankiue, Buenos-Ayres, San-Martin və s.) var. Ölkənin şimalında, dağarası çökəkliklərdə iri şoranlıqlara rast gəlinir. Şimaldan cənuba doğru yağıntının miqdarının artması ilə əlaqədar qar xətti 6000 m-dən 500 m-ədək enir; 46°30′ c.e.-dən aşağılarda buzlaqlar okean səviyyəsinədək düşür.

Torpaq, bitki örtüyü və heyvanat aləmi[redaktə | mənbəni redaktə et]

Valdaviya meşələri. Mülayim qurşaq

Şimali Çilidə torpaq-bitki örtüyü, demək olar ki, inkişaf etməmişdir. Sahil zolağında lomas səhra formasiyası səciyyəvidir. Orta Çilinin şimalında yarımsəhralar yerləşir; mərkəzi hissədə boz-qəhvəyi və qəhvəyi torpaqlarda kserofil kol cəngəllikləri (mattorales, espinales), And dağlarının orta yamaclarındakı sahələrdə yuxarı getdikcə dağ çölləri ilə əvəz olunan cənub fıstığı meşələri vardır. Uzununa dərədə təbii bitkilik qalmamışdır, burada bərkimiş qaratorpaq (vertisollar) arealları səciyyəvidir. Orta Çilinin cənubunda qonur-meşə, vulkanik (ando sollar, trumao) və bataqlaşmış torpaqlarda rütubətli sıx həmişəyaşıl meşələr (hemigileya), And dağlarında fıstıq, iynəyarpaqlı meşələr və Alp çəmənlikləri yerləşir. 46 °C.e.-dən cənuba subantarktika qarışıq meşələri yayılmışdır; şərq düzənliklərində qaratorpağa bənzər və şabalıdı torpaqları olan çöllər, ucqar cənubda bataqlaşmış çəmənlər və torfluqlar vardır. Şimali Çilidədə aquaraçay tülküsü, puma, sürünənlər, Cənubi Çilidə pudu maralı və uemul, skuns,samur, bataqlıq qunduzu, Magellan tülküsü kulpeo və s. yaşayır; quş çoxdur. Pataqoniyada quanako laması, gəmiricilər, dəvə -quşu və s. vardır. Mühafizə olunan ərazilər Vilyarrika, Los-Pa -raquas, Peres-Rosales, Pueue, Xuan-Fernandes milli parkları və Nauel -buta qoruğudur.[1]

Mənbə[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 "Chile" (ingilis). CIA World Factbook. 2015-11-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-05.
  2. Чили Arxivləşdirilib 2022-09-01 at the Wayback Machine — Геологическая энциклопедия
  3. In the Spanish-speaking tropics, invierno or "winter" means "rainy season" (The University of Chicago Spanish-English/English-Spanish Dictionary, Fourth Edition (1992), by Carlos Castillo, Otto F. Bond, and D. Lincoln Canfield. Simon and Schuster, ISBN 0-671-74348-1.