Çingiz Hüseynov — Vikipediya

Çingiz Hüseynov
Doğum tarixi 20 aprel 1929(1929-04-20)
Doğum yeri
Vəfat tarixi 8 yanvar 2024(2024-01-08)[1] (94 yaşında)
Vəfat yeri
Uşağı
Təhsili
  • Moskva Dövlət Universitetinin Filologiya fakültəsi[d]
Fəaliyyəti yazıçı
Əsərlərinin dili rus dili
Üzvlüyü
Mükafatları "Dostluq" ordeni
Azərbaycan SSR əməkdar incəsənət xadimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çingiz Həsən oğlu Hüseynov (20 aprel 1929, Bakı8 yanvar 2024[1], Qüds) — nasir, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1979), professor (1980), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989).

Həyatı[redaktə | mənbəni redaktə et]

Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsinə daxil olmuş, ikinci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinə dəyişilmiş, oranı bitirmişdir (1952).[2] SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almış, burada namizədlik dissertasiyası müdafiə etmişdir. Sonra SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi olmuşdur (1955–1972). Sov. İKP MK nəzdindəki İctimai Elmlər Akademiyasında sosialist mədəniyyəti kafedrasının müdir müavini işləmişdir. İlk mətbu əsəri "Bakinski raboçi" qəzetində (16 oktyabr 1955) işıq üzü görmüşdür. Bundan sonra ədəbi yaradıcılıqla müntəzəm məşğul olmuşdur. Əsərlərini iki dildə – Azərbaycanrus dillərində yazmışdır.[3]

Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir. Bədii tərcümə ilə də ciddi məşğul olur. Türkiyə, Belçika, İngiltərə, Fransa və digər ölkələrdə olmuşdur.[4]

Çingiz Hüseynov 2024-cü il yanvarın 9-da vəfat edib.[5] Ben Qurion qəbiristanlığında dəfn edilib.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Yelena Tverdislova ilə evli idi. Uzun illər Moskvada, 2014-cü ildən isə Qüdsdə yaşayıb.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  1. Mənim bacım. Bakı: Azərnəşr, 1962, 140 səh.
  2. Əriyən heykəl, B., Azərnəşr, 1964, 140 səh.
  3. Ветер над городом. М.: Советский писатель, 1965, 252 стр.
  4. Çətin yoxuş. Bakı: Azərnəşr, 1969, 252 səh.
  5. Novruzgülü. Bakı: Gənclik, 1969, 192 səh.
  6. Adını demədi. Bakı: Gənclik, 1973, 152 səh.
  7. Угловой дом. М.: Советский писатель, 1975, 256 стр.
  8. Магомед, Мамед, Мамиш. М.: Советский писатель, 1977, 224 стр.
  9. Adalar. Bakı: Gənclik, 1980, 308 səh.
  10. Восточные сюжеты. M.: Советский писатель, 1980, 464 стр.
  11. Неизбежность. M.: ПоЛит, 1981, 320 стр.
  12. Фатальный Фатали. M.: Советский писатель, 1980, 464 səh.
  13. Fətəli Fəthi. Bakı: Yazıçı, 1988, 710 səh.
  14. Семейные тайны. M.: Советский писатель, 1986, 300 стр.
  15. Фатальный Фатали. M.: Kнига, 1987, 350 стр.
  16. Избранные. M.: Художественная литература, 1988, 608 стр.
  17. Этот живой феномен. M.: Советский писатель, 1988, 432 стр.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Akvarium (film, 1983)

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Hüseynov H. Не дожив всего нескольких месяцев до 95, сегодня, 8 января 2024 года, умер мой отец Чингиз Гусейнов..
  2. "Çingiz Hüseynovla yarımçıq qalmış son müsahibə". 2024-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  3. "Çingiz Hüseynov: "Yerliçilik bizi 100 il geri atıb" - MÜSAHİBƏ". 2024-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  4. "Çingiz Hüseynov: "Bədii əsər canlı varlıqdır, yandırsan dirçələcək"". 2024-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  5. "Azərbaycanın məşhur yazıçısı vəfat edib". Report İnformasiya Agentliyi (az.). 2024-01-09. 2024-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.