Üzeyir Hacıbəylinin ev-muzeyi (Bakı) — Vikipediya

Üzeyir Hacıbəylinin ev-muzeyi
Xəritə
Əsası qoyulub 1975
Açılış tarixi 20 noyabr 1975
Mövzu Azərbaycan musiqisi
Ölkə Azərbaycan Azərbaycan
Yerləşir Bakı Bakı
Ünvan Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi 67/69
Direktor Sərdar Fərəcov
Telefon

(012)5952558 (ekspozisiya)

(012)5952534 (inzibati hissə)
40°22′38″ şm. e. 49°49′49″ ş. u.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Üzeyir Hacıbəylinin Ev Muzeyi — Azərbaycan professional musiqisinin banisi, Şərqin ilk operasının "Leyli və Məcnun", Azərbaycan Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası), ilk simli kvartetin, ilk dövlət xorunun yaradıcısı, ilk xalq çalğı alətləri orkestrinin yaradıcısı və Azərbaycan Respublikasının Dövlət Himninin bəstəkarı Üzeyir bəy Hacıbəylinin (keçmiş Verxnyaya priyutskaya, sonralar Ketsxoveli) indiki Ak. Şamil Əzizbəyov 67/69 ünvanında yerləşən 1915-1942-ci illər ərzində yaşadığı evdə təşkil olunmuş muzeydir.

Tarixi[redaktə | mənbəni redaktə et]

KP MK-nın birinci katibi vəzifəsində çalışan Heydər Əliyevin təşəbbüsü ilə Bakıdakı (keçmiş Verxnyaya priyutskaya, sonralar Ketsxoveli) indiki Şamil Əzizbəyov 67 ünvanında yerləşən – bəstəkarın 1915-1942-ci illər ərzində yaşadığı[1] evdə muzey təşkil olundu və 1975-ci il noyabr ayının 20 –də muzeyin təntənəli açılışı oldu. Muzeyin tərtibatında və hazırlanmasında Azərbaycan xalq rəssamı Kazım Kazımzadənin və memar Eduard Kruikinin böyuk əməyi olmuşdur.

Bəstakarın 1915-1942-ci illər ərzində yaşadığı bu evdə onun bir çox əsərləri, o cümlədən Azərbaycan milli musiqisinin tacı olan "Koroğlu" operası bəstələnmişdi. Vaxtı ilə Üzeyir bəyin şəxsi katibi olmuş, sonradan isə ev muzeyinin direktoru vəzifəsində çalışmış Ramazan Həmzət oğlu Xəlilovun təşəbbüsü ilə bəstəkarın şəxsi və ev əşyaları toplanıb muzeyə təhvil verilmişdir.

Muzeyin müxtəlif dövrlərdə direktorları[redaktə | mənbəni redaktə et]

  1. Şıxıyev N.M (1972-1975)
  2. Xəlilov R.H (1975-1999)
  3. Xəlilova N.R (01.1999-09.1999)
  4. Mirzəzadə S.İ (1999-2005)
  5. Fərəcov S.F (2005-)

Strukturu[redaktə | mənbəni redaktə et]

Muzey 4 otaq (ekspozisiya zalları), şüşəbənd, kinozal, sərgi salonu və administrativ hissədən ibarətdir.

Tabeçiliyi[redaktə | mənbəni redaktə et]

Muzey Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Mədəniyyət TV. "Bakıda 45 ildir ki, fəaliyyət göstərən Üzeyir Hacıbəyli ev muzey" (az.). Youtube.com. 20.11.2020. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-20.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]