İlhüseyn Hüseynov — Vikipediya

İlhüseyn Hüseynov
İlhüseyn Pirhüseyn oğlu Hüseynov
18 oktyabr 1991 – 17 may 1992
Əvvəlkivəzifənin adı dəyişdirilib
SonrakıFəxrəddin Təhməzov
bayraq
Azərbaycan SSR-in 1-ci Milli Təhlükəsizlik Naziri
bayraq2
sentyabr 1991 – 18 oktyabr 1991
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifənin adı dəyişdirilib
Naxçıvan MSSR Dövlət Təhlükəsizlik Komitəsinin Sədri [1]
bayraq2
1960 – 1962
ƏvvəlkiMəhəmməd Əlizadə
SonrakıAbbas Zamanov (general)
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Rütbəsi General-mayor

Hüseynov İlhüseyn Pirhüseyn oğlu — Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1991 sentyabr-1992 may).

Həyatı[redaktə | mənbəni redaktə et]

İlhüseyn Hüseynov 1925-ci ildə Bakı şəhəri Balaxanı kəndində fəhlə ailəsində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) tarix fakültəsini bitirmişdir.

Təhlükəsizlik orqanlarında 1942-ci ilin sentyabr ayından xidmətə başlamışdır. İ.Hüseynov SSRİ DTK-nın Bakı diyarlararası məktəbini bitirmiş, 1952-ci ilin avqust ayından əməliyyat işində rəhbər vəzifədə çalışmışdır.

Xidməti dövründə bir sıra dövlət mükafatları – "Qırmızı Bayraq" ordeni, "Döyüş xidmətlərinə görə" medalı və digər 14 medala, eləcə də "Kəşfiyyat xidmətlərinə görə" döş nişanı ilə təltif olunmuşdur.

1991-ci ilin sentyabrından 1992-ci ilin may ayına qədər Azərbaycan SSR DTK-nın sədri vəzifəsində işləmişdir. İ.Hüseynov təhlükəsizlik orqanlarından general-mayor hərbi rütbəsində silahlı qüvvələrin ehtiyatına buraxılmışdır.

25 sentyabr 2006-cı ildə vəfat etmişdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-12.
  2. "Скончался первый министр нацбезопасности независимого Азербайджана". 2022-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-09.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]