İran rialı — Vikipediya

Bu məqalə İran rialı haqqındadır. Digər mənalar üçün Rial səhifəsinə baxın.
İran rialı
Kod və simvol
ISO 4217 kodu IRR
Simvol , ,
Dövriyyə ərazisi
Emitent ölkə
Tarixi
Dövriyyəyə buraxılma 1932
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İran rialı (fars. ریال‎) — İranın pul vahidi.

Tarixi[redaktə | mənbəni redaktə et]

1932–1943[redaktə | mənbəni redaktə et]

Pəhləvilər sülaləsinin ilk şahı Rza Pəhləvinin şəkli İranın bütün növ əskinaslarının üzərində əks olunub (1928-ci ildən Tüməndə, 1943-cü ildən rialda).

1944–1979-un əvvəlləri[redaktə | mənbəni redaktə et]

Pəhləvilər sülaləsinin ikinci şahı Məhəmməd Rza Pəhləvinin şəkli 1941–1979-cu illərdə İranın bütün növ əskinaslarının üzərində əks olunub. Onun əskinaslardakı şəkilləri özü ilə bərabər yaşa dolur və qocalırdı.

İslam inqilabından sonra (1979)[redaktə | mənbəni redaktə et]

Ayətulla Xomeyninin islam inqilabı qələbə qazanandan sonra Məhəmməd Rza Pəhləvinin bütün əskinaslarda olan şəkillərinin üzərinə adətən qırmızı rəngli bir və ya iki xətt çəkib çap edirdilər.

Düzəliş 1979/1980 illər[redaktə | mənbəni redaktə et]

1980-ci ildə iran şahı Pəhləvinin əskinaslardakı şəkli onun siluetini təkrarlayan "bədii" qara şəkillə örtülür

Bu, İranın mərkəzi bankında çap olunan amma hələ dövriyyəyə buraxılmayan, üzərində yeni hakimiyyətin qəddar düşməni sayılan şahın şəkli əks olunan çoxlu sayda əskinasın qaldığı üçün belə edilmişdir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.