İsfar Sarabski — Vikipediya

İsfar Sarabski
Ümumi məlumatlar
Digər adları İsfar Rzayev
İsfar Rzayev-Sarabski
Doğum tarixi 2 noyabr 1989(1989-11-02) (34 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti cazmen, pianoçu, bəstəkar
Janrlar caz[1], elektronik musiqi
Musiqi aləti piano[1]
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2010
isfarsarabski.com

İsfar Aydın oğlu Rzayev-Sarabski (2 noyabr 1989, Bakı) — Azərbaycan pianoçusu, bəstəkar. 2009-cu ildə keçirilən pianoçuların Montrö Caz Festivalının qalibi. Azərbaycan Respublikasının əməkdar artisti (2010), "Zirvə" Dövlət Mükafatı laureatı (2010).

Həyatı[redaktə | mənbəni redaktə et]

2 noyabr 1989-cu ildə Bakıda anadan olmuşdur. Məşhur Azərbaycan opera müğənnisi, aktyor, Şərq opera sənətinin əsasını qoyanlardan biri olan Hüseynqulu Sarabskinin nəticəsi. O, Bülbül adına orta ixtisas musiqi məktəbini, Bakı Musiqi Akademiyasını bitirmişdir. Hazırda Berklee Music Colledge-də təhsilini davam etdirir. O, dünyanın "Royal Albert Hall", "Queen Elizabeth Hall", "Miles Davis Hall", Jazz Club Vibrato, Jazz Club "Zinko", "The Konzerthaus", Jazz Club "Asphalt", Jazz Club "Duc des Lombards", Jazz Club "Porgy & Bess", Jazz Club "Bird’s Eye" ,"Teatre Apollo" kimi ən nüfuzlu konsert salonlarında çıxış etmişdir.

İsfar Sarabski İsveçrə, Norveç, Fransa, Rusiya, Gürcüstanda keçirilən festivallarda iştirak etmişdir. Eləcə də "Henkokun dostları" UNESCO-da "Jazz Day"-də iştirak etmişdir. 2012–2013-cü illərdə Amerikanın caz musiqisi fondu tərəfindən Nyu-Yorkda keçirilən qala konsertə dəvət olunmuşdur.

O, 2011-ci ildə moskvalı Aleksandr Maşin (zərb alətləri) və Makar Novikov (kontrabass) ilə bərabər "İsfar Sarabskinin triosu"nu yaradıb. İsfar Sarabskinin triosu AmerikanınAvropanın bir çox festivallarında və konsertlərində iştirak etmişldir. İsfar Sarabski həm də Royal Philharmonic Concert Orchestra (Kral Filarmonik konsert orkestri), Oleq Lundstremin orkestri ilə bərabər – İgor Butman, Ben Williams, Mark Guiliana, Alan Hampton, Pat Senatore, Greg Swiller, Erik Klass, Christian Veber, Samuel Rohrer, Malcolm Creese, James Maddren kimi musiqiçilərlə də çıxış etmişdir.

İsfar Sarabski "Novruz", "G-Man", "Generation", "Edge", "Deja Vu", "Grustniy Vecher", "Last Chance", "Preludiya", "Agent", "Revival", "Eastern Market", "Now I’m Here", "In Transit to New York", "Buta", "Lullaby", "Limping Stranger", "Cobra Dance", "In Memory of V. Mustafazade" əsərlərinin müəllifidir.

18 iyul 2009-cu ildə İsfar İsveçdə keçirilən 43-cü Montrö Caz Festivalının qalibi olmuşdur. [2] [3] [4]

2019-cu ildə ABŞ səsyazma leyblı olan Warner Music Groupla müqavilə imzalayıb.[5]

2022-ci ildə Fransanın Sete şəhərində açıq havada keçirilən illik "JAZZASETE" festivalında Azərbaycanı təmsil etmişdir.[6]

Mükafatları[redaktə | mənbəni redaktə et]

6 may 2015-ci ildə[7], 6 may 2016-cı ildə[8], 1 may 2017-ci ildə[9], 9 may 2018-ci ildə[10], 10 may 2022-ci ildə[11] və 6 may 2023-cü ildə[12] Prezident Mükafatına layiq görülmüşdür.

Musiqi[redaktə | mənbəni redaktə et]

  • Isfar Sarabski — In memory of Vagif Mustafazade
  • Isfar Sarabski playing "Novruz" at the 2009 Montreux Jazz Festival
  • DJ Chin@ & Isfar Sarabski Azerbaijan Avenue Fashion TV

Albomları[redaktə | mənbəni redaktə et]

  • Planet (2021)

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Əlvida, Şmidt! (film, 2019) — Filmin bəstəkarı

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Montreux Jazz Festival Database.
  2. "Montrö Jazz Festival". 2014-04-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-22.
  3. Onun rəsmi veb saytı www.isfarsarabski.com Arxivləşdirilib 2014-02-02 at the Wayback Machine
  4. "Interview in Visions magazine, Summer 2009 edition, Volume 4.2". 2014-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-20.
  5. CBC TV. "Под лейблом Warner music group Исфар Сарабский выпустит 2 альбома" (rus). Youtube.com. 29.12.2019. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-30.
  6. "Азербайджан был представлен на джаз-фестивале во Франции" (rus). vzglyad.az. 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-24.
  7. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.
  8. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
  9. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-03.
  10. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
  11. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-15.
  12. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]