İsrail tarixi — Vikipediya

İsrail tarixi — Müasir İsrail dövlətinin və İsrail torpağında yaşamış yəhudilərinin tarixi. Müasir İsrail dövlətinin ərazisi indiki Uels qədər və ya Kosta-Rikanın yarısı qədərdir. Dövlətin yerləşdiyi torpaqlar qədim İsrail dövlətinin və Yəhudi krallıqlarının mövcud olduğu torpaqlardır. İsraildə ivrit dili vəsəmavi dinlər yaranmışdır. İsrail yəhudilik, islam, xristianlıq kimi dinlərin yarandığı məkandır.

Müxtəlif imperatorluqların hakimiyyəti altında olsa da qədim İsrail dövləti İsrail-Roma müharibəsinə qədər yəhudi dövləti qalmaqda idi, amma daha sonra Amma daha sonra bölgə III əsrdən etibarən xristianlaşdı, ardınca VII-XX əsrlərdə müsəlmanlaşdı. Roma dövlətinin fəthindən sonra qədim İsrail torpaqları Müqəddəs Fələstin torpaqları adlandırılmağa başlandı. 1096–1921-ci illəri arasında bu bölgə xristianlar və müsəlmanlar arasında müharibələrə səhnə olurdu. Səlibçi yürüşlərinin bitməsindən 1917-ci il ingilis fəthinə qədər İsrail torpaqları Misir Məmlük Sultanlığının Suriya vilayətinin parçasl idi.

XIX əsrin sonlarında yəhudilərə qarşı zülmün artması sionist hərakatını başlatdı və qədim İsrail torpaqları olan Fələstində yeni bir İsrail dövlətinin yaradılması ideyası dəstəkləndi. Suriyanın ingilislər tərəfindən fəth edilməsindən, Balfour deklerasiyasından və Fələstin mandatının yaranmasından sonra Aliyah (İsrail topraqlarına yəhudilərin qayıtması) arttı və bu vəziyyət Ərəb-Yəhudi gərginliyini yaratdı. 1948-ci ildə İsrailin müstəqillik əldə etməsi ilə Avropanın bir çox ölkəsindən İsrailə yəhudi köçdü və İsraildən bir çox ərəb ölkələrinə köçdü. Bu köçlər Ərəb-İsrail münqişəsini daha da alovlandırmışdır. Hazırda dünya yəhudilərinin 42%-i İsraildə yaşayır.

1970-ci illərdən bəri ABŞ İsrailin əsas müttəfiqi oldu. 1979-cu ildə Misirİsrail arasında sülh müqaviləsi imzalandı. 1993-cü ildə İsrail Fələstin Qurtuluş Təşkilatı ilə (Oslo müqaviləsi), 1994-cü ildə İordaniya ilə sülh mqaviləsi imzaladı. İsrail və Fələstin arasında nə qədər sülh vəziyyəti yaradılmağa çalışılsa da münaqişə davam etməkdədir. İsrail əvvəl sosialist ölkə idi, 1970-ci illərə qədər sosialistlər tərəfindən idarə olunurdu, lakin daha sonra ölkə kapitalizmə yönəldi.

Giriş: Yəhudi tarixi və İsrail[redaktə | mənbəni redaktə et]

Tanahın Tekvin kitabına görə İbrahimin sonradan adı İsrail olacaq Yaqub adında oğlu var idi. İsrailin 12 oğlu isə sonradan İsrailoğulları adlanan 12 qəbilənin başçıları olacaqdı. Yehuda isə İsrailin 4-cü oğlu idi.

Qədim dövr[redaktə | mənbəni redaktə et]

Ən qədim dövrlər[redaktə | mənbəni redaktə et]

2,6 və 0,9 milyon il əvvəl homonoidlərin Afrikadan Aralıq dənizi bölgəsinə köç etdikləri zaman mədəni cəhətdən ayrıldıqları təxmin edilir. İsrail torpaqlarında bu dövrə aid insan alətləri tapıldı. Bu yerlər arasında Asiyada ən qədim alətlərin tapıldığı Yiron da var.

Karmel dağlarında Əl-Tabun və Əs Sxulda ilk qədim insan qalıqları tapıldı. Bu qalıqlar arasında tapılmış qadın qalıqları böyük əhəmiyyət daşıyır. Əl-Tabundakı arxeoloji qazıntılar 600.000 illik insan fəaliyyətini ortaya çıxardı.

İsrailoğulları (E.ə 1200 — e.ə 950)[redaktə | mənbəni redaktə et]

Mənbələrdə ilk İsrail (Ysriar) adı e.ə. 1209-cu ildə Misir fironu Merenptahın adına ucaldılmış "Merenptah abidəsi" çəkilir: "İsrail çöp sərdi; toxumları bundan sonra yox." Villiam Dever İsrailin dağlıq bölgələrdə mədəni və siyasi bir varlıq olduğu, lakin dövlətdən çox etnik qrup olduğunu bildirmişdi.

İsrailoğullarının əcdadları arasında Kənan torpaqlarında yaşamış Samilər və dəniz qəbilərinin olduğu da istisna deyil. MakNata görə I Dəmir dövründə yerli əhali özünü İsrailoğulları adlandırmağa başlamış, özlərini kənanlılardan fərqləndirmiş, qarışıq nikaha girməkdən imtina etmişdi.

Kəndlərdə 300–400 nəfər yaşayırdı və pul əvəzinə mal dəyişmədən istifadə olunurdu. Bəzi yerlərdə yazıdan istifadə olunur və qeydlər aparılırdı. Həmin dövrdə əhalinin kiçik kəndlərdə yaşadığı məlumdur.

İsrail və Yəhuda[redaktə | mənbəni redaktə et]

Tanaxda verilən məlumata görə yəhudilər daim paytaxtı Qəzzə olan qədim fələstinlilərlə müharibə şəraitində yaşayırdı.

E.ə. 930-cu ildə İsrail dövləti cənubda Yəhuda Krallığı, şimalda İsrail krallığı olmaqla iki yerə ayrıldı.

İsrailli Ahab ilə dəməşqli II. Ben Hadad arasındakı ittifaq Assuriyanın hücumlarını dəf etməyi bacardı və e.ə. 854-cü ildə Karkar döyüşündən zəfərlə çıxıldı, amma ən sonunda İsrail Assuriya hökmdarı III Tiqlatpalasar tərəfindən e.ə. 750-ci ildə işğal olundu. Fələstinlilərin də krallığı yıxıldı. Assuriyalılar İsraildəki qəbilərin çoxunu sürgünə göndərdi və bu qəbilələr tarixdə "İtmiş on qəbilə" kimi adlandırılmağa başlandı. Samirilər Assuriya işğalından sağ çıxan israillilərin soyundan gəldiklərini iddia edirlər. İsraildə e.ə. 724 — e.ə. 722-ci illərdə qalxan üsyan II Sarqonun Şamronu mühasirəyə alması ilə yatırıldı.

Assuriya kralı Sanherib Yəhuda Krallığını işğal etmək istəsə də cəhdləri uğursuz oldu. Sanherib Abidəsində Yəhuda Krallığının tərk edildiyi yazılır.

Klassik dövr (E.ə 636 — e.ə 538)[redaktə | mənbəni redaktə et]

Babil işğalı[redaktə | mənbəni redaktə et]

Assuriya e.ə 612-ci ildə Midiya və Babil tərəfindən işğal olundu. E.ə. 586-cı ildə Babil kralı Nebukadnezar Yəhuda Krallığını ələ keçirdi. Tanaxa görə Süleyman Məbədini yıxdı və yəhudiləri sürgünə göndərdi.

Fars və Yunan dövrü[redaktə | mənbəni redaktə et]

E.ə. 538-ci ildə İran kralı Kir Babili fəth edib imperatorluğu ələ keçirdi. Kir bir bildiriş yayaraq əsarətdə olan xalqlara (yəhudilər daxil olmaqla) azadlıq söz verdi. Tanaxa görə 50.000 yəhudi Zerubabel liderliyində Yəhudaya qayıdıb məbədi bərpa etdi. Hər nə qədər yəhudi olmayanlar bunu əngəlləməyə çalışsa da e.ə. 456-cı ildə ikinci qrupun ikinci qrup Ezra və Nehemiyanın liderliyində Yəhudaya qayıtdı.

E.ə 333-cü ildə Makedoniyalı İsgəndər Əhəmənilər İmperiyasını məğlub edib torpaqlarını ələ keçirdi. Bu zaman Tanax yunan dilinə tərcümə olunmağa başladı. (Septuagint). Makedoniyalı İsgəndərin ölümündən sonra onun torpaqları uğrunda generalları müharibə etməyə başladılar. Yəhuda torpaqları əvvəlcə Selevkilər dövləti ilə Misir dövləti arasında sərhəd bölgəsini təşkil edirdi. Daha sonra Selevkilər İmperiyasının tərkibinə qatıldı.

E.ə. II əsrdə Selevkilər hökmdarı IV Antiyokus Epifanes yəhudiliyi ortadan qaldırıb Ellestik dini təbliğ etməyə çalışdı. Bu vəziyyət e.ə. 174 — e.ə. 135-ci illərdə baş verən Makkabi üsyanına səbəb oldu. Makkabinin liderlik etdiyi üsyan indi İsraildə Hanuka bayramı kimi qeyd olunur. Makkabi kitablarında üsyan və yunan hakimiyyətinin devrilməsindən söz açılır. Yəhudi partiyası olan Hasidanilər həm yunanlara, həm də üsyana qarşı idi, amma sonda Makkabi üsyanına dəstək verdilər. Bəziləri bu üsyanı Ortodoks yəhudiləri ilə ellenestik yəhudiləri arasındakı müharibə kimi qələmə verirlər.

Haşmonayim sülaləsi[redaktə | mənbəni redaktə et]

İçində Farisilər, Səduqilər və Essenilər kimi yəhudi cərəyanlarının olduğu Haşmonayim sülaləsi Yəhuda Krallığını idarə etməyə başladı. Yunanlarla mübarizə aparmaq üçün Farisilər dünyada ilk təhsil proqramını başlatmış, oğlan və kişilərə təhsil verilməyə başlanmışdır. Beləcə Rabinik yəhudilik əmələ gəldi. Dövlətdə məhkəmə işləri Sanhedrinin əlində idi.

E.ə. 125-ci ildə Haşmonayim Kralı Yohanan Hurkanus Edomu zəbt edib xalqı zorla yəhudiləşdirdi. Bu digər xalqı yəhudiləşdirmək üçün atılan ilk və tək cəhd oldu. E.ə. 64-cü ildə Roma hökmdarı Pompey Suriyanı işğal etdi və Qüdsdəki Haşmonayim müharibəsinə qarışdı. E.ə. 47-ci ildə Yulio Sezar və Kleopatranın həyatları Haşmonayim kralı II Hirkanus göndərdiyi yəhudi əsgərlər tərəfindən xilas edildi. Əsgərlərə başçılıq edən Antipaterin sonrakı nəsilləri Sezar tərəfindən Yəhuda kralları seçildi.

Herod Krallığı[redaktə | mənbəni redaktə et]

E.ə. 64-cü ildə Romalı imperator Pompey Yəhudayı fəth etdi. Qüdsdəki Yəhudi məbədi imperatorluqda hökmdarın təsviri olmayan yeganə ibadətgah idi.

E.ə. 37 — E.s. 6-cı illərdə Yehudaya Herod sülaləsi hökmranlıq etdi və bu dövrdə dövlət Herod Krallığı adlandırıldı. Hirod Yəhudi məbədini genişlətdirib onu dünyanın ən böyük məbədi etdi.

İsadan əvvəlki Roma hakimiyyətində (E.ə 64–324)[redaktə | mənbəni redaktə et]

E.ə. 6-cı ildə Yehuda Roma şəhəri parçasına çevrildi. Yaxşı həyat şəraitinə baxmayaraq yəhudilər və romalılar arasında gərginlik yarandı.

64-cü ildə Hahambaşı Yeşua ben Qamla yəhudi uşaqlarının 6 yaşından etibarən oxumaq-yazmaq öyrənmələrinin zəruri olduğunu irəli sürdü və bu növbəti əsrlərdə bir yəhudi ənənəsinə çevrildi.

66-cı ildə yəhudilər üsyan qaldırıb yeni krallıqlarının adını İsrail qoydu. Bu üsyan, Yodfatın müdafiəsi, 70-ci ildəki Qüds mühasirəsi və Elazar Ben Air liderliyində aayaqda qalan son Masada müdafiəsi haqqında İsrail tarixçisi və lider Cozefus vermişdir. Qüdsün böyük hissəsi və Yəhudi məbədi xarabaya döndü.

Bu üsyan zamanı xristianların çoxu Yəhudayı tərk etdi. Farisilər isə Yohanan ben Zakay liderliyində Romalılarla sülh bağladı və xilas oldu.

115–117-ci illərdə Liviya,Misir, Kipr, Kürdüstanda Roma əlehinə üsyanlar baş verdi. Üsyanlarda bir çox romalı və yəhudi öldü. Kiprin əhalisi azaldı və yəhudilərə orada yaşamağa qadağan qoyuldu.

131-ci ildə Roma imperatoru Adrian Qüdsün adını dəyişib "Aelia Kapitolina" qoydu və Yəhudi məbədinin yerində Yupiter məbədi tikdirdi. Ərəblər buranı fəth edənə qədər yəhudilərin Qüdsə girməsinə qadağan qoyuldu və İsrailin adı Fələstin olaraq dəyişdirildi.

132–136-cı illərdə yəhudi lider Şamon Bar Kohba yeni üsyan təşkil edib ölkənin adını özünə qaytardı. Bar Kohba 70-ci ildə üsyandan daha təhlükəli üsyan təşkil etmişdi. Xristianlar yəhudilərlə üsyana qatılmağa rədd etdilər və bu zamandan etibarən yəhudilər Xristianlığı ayrı din kimi qəbul etməyə başladılar. Nəhayət bu üsyan da imperator Adrian tərəfindən aytırıldı.

Bar Kohba üsyanından sonra Romalılar yəhudilərin təmsil edilməsi üçün İlel sülaləsini seçdilər. Bu sülalənin ən tanınmış nümayəndəsi Rabi Yəhuda HaNasidir. O yəhudi məktəbləri tikməyə davam etdi. Yəhudilikdə vacib yer tutan Mişna mətni bu dövrdə tamamlandı.

Bar Kohba üsyanından əvvəl Cəlilədəki əhalinin 2/3-i, sahildəki əhalinin 1/3-i yəhudi idi, amma III əsrdə Romanın onlara qarşı etdiyi zülmlərdən sonra çoxu Sasanilər İmperiyasına köç etdi.

Xristian Roma və Bizans hakimiyyətində (324–636)[redaktə | mənbəni redaktə et]

IV əsrdə Konstantinopolis Şərqi Roma İmperiyasının paytaxtına çevrildi və xristianlıq rəsmən bu ölkənin dini oldu. Qüds adı şəhərə geri qaytarıldı və xristian şəhər oldu. Yəhudilərin Qüdsdə yaşamaqlarına qadağan qoyulsa da ziyarət etmələrinə icazə verilirdi. Bu dövrdə Yəhudi məbədinin qalığı olan Ağlama divarı müqəddəsləşdi.

351–352-ci illərdə Romaya qarşı yenə üsyanlar baş verdi. 362-ci ildə Roma imperatoru Julianus Yəhudi məbədini bərpa etmək istəsə də 363-cü ildə onun Farslara qarşı vdöyüşdə ölməsi layihənin baş tutmasını əngəllədi.

Roma İmperiyası ikiyə ayrılınca bu bölgə Bizans kimi tanınan Şərqi Roma İmperiyasının parçası oldu. Bizansda Ortodoks kilsəsi hakim idi. V əsrdə Qərbi Roma imperiyasının dağılması nəticəsində xristianların çoxu Qüdsə köçdü və şəhərdə xristianla üstünlük qazandı. Yəhudilər şəhər əhalisinin cəmi 10–15%-i təşkil edirdilər. Yəhudilərin iş sahibi olması, özünə qul alması və məbəd tikmələri qadağan idi. Bu dövrdə Samiri yəhudilərinin iki üsyanı baş verdi.

Bu dövrdə Qemara (400), Qüds Talmudu (500) və Pesah Haqada müqəddəs mətnləri yazıldı.

Prokopiusa görə 533-cü ildə Belisarius Yəhudi məbədinin xəzinəsini vandallardan geri aldı.

611-ci ildə Sasanilər Bizansı işğal etdi və uzun mühasirədən sonra II Xosrov yəhudilərin köməyi ilə Qüdsü ələ keçirdi. Kömək edənlər arasında Yəməndəki Yəhudi Ximyar Krallığı da vardı. 617-ci ildə Qüdsün idarəsi yəhudilərə verildi.

İsrail dövlətinin yaranması[redaktə | mənbəni redaktə et]

İsrail müstəqil dövlət kimi 1948-ci ilin 14 mayında (o vaxtdan həmin gün Milli bayram kimi geniş qeyd olunur) Fələstin ərazisində müstəqil yəhudi və ərəb dövlətlərinin yaradılmasına dair BMT Baş Məclisinin 1947-ci il 29 noyabr tarixli qərarına əsasən yaradılmışdır. Qərarda göstərildiyi kimi hər iki dövlət öz ölkəsində sayca azlıqda qalan millətlərin hüququnu təmin edəcək demokratik konstitusiya qəbul etməli idi. Yəhudi dövləti üçün qarışıq əhalisi (497 min ərəb və 498 yəhudi) olan 14,1 km² ərazi (Fələstinin ümumi ərazisinin təqribən 56 faizi) ayrılmışdı. Qüds şəhərinə isə BMT idarəsi altında xüsusi beynəlxalq rejimli inzibati vahid statusu verildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]