İsrail övladları — Vikipediya
Yəhudilik fəlsəfəsi Dini mətnlər Müqqədəs şəhərlər Dini şəxsiyyətlər Musəvilik həyat tərzi Məktəblər Dini rollar Dini tikililər Etnik bölünmələr Musəvi məzhəbləri Dini obyektlər Digər dinlərlə əlaqələr |
İsrail övladları və ya İsrail xalqı[1] İbrani dininin rəhbəri və atası olan Yaqubun on iki uşağının nəsillərinə verilmiş addır. İbrahimi dinlərdə Tanrı tərəfindən Yaquba İsrail adının verildiyinə inanılır (Yaradılış 32:28). Yaqub İslama görə peyğəmbərdir və Quranda İsrail adı Yaqub əvəzinə istifadə edilmişdir (əl-i İmran, 93). Yaqubun 12 uşağının nəslindən on iki israilli çıxdı.
İsrail sözü "Tanrı yolunda, doğru yolda" və ya "Tanrıyla güləşən" deməkdir. İsra (İbranicə güləşmək) və əl (Semit dillərində Tanrı). Tanaxda Yaqubun Tanrı ilə güləşindən bəhs edilir.
Yaqubun uşaqları[redaktə | mənbəni redaktə et]
Yaqubun həyat yoldaşları, əmisi Lavanın qızları Lea və Raheldir. Leadan altı oğlu bir qızı, Raheldən iki oğlu olmuşdur. Ayrıca Leanın cariyəsi Zilpadan iki, Rahelin cariyəsi Bilhadan iki oğlu olmuşdur.
- Leadan oğulları: Ruben, Şimon, Levi, Yahuda, İssakar və Zevulun. Və tək qızı Dina.
- Raheldən oğulları: Yusif və Bünyamin.
- Zilpadan oğulları: Gad və Aşer
- Bilhadan oğulları: Dan və Naftali.