İtaliya–Osmanlı müharibəsi — Vikipediya

İtaliya-Osmanlı müharibəsi
İtaliya qüvvələri Liviya ərazisindəki Osmanlı mövqelərini bombardman edir.
Tarix 29 sentyabr 191118 oktyabr 1912
Yeri Liviya, Egey dənizi
Səbəbi İtaliyanın ərazisinin genişləndirilməsi
Münaqişə tərəfləri

İtaliya

Osmanlı İmperiyası

Komandan(lar)

III Viktor Emanuel
Karlo Kaneva

V Mehmed
İsmayıl Ənvər

Tərəflərin qüvvəsi

100 000

28 000

İtkilər

7 630

15 370

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İtaliya-Osmanlı müharibəsi (19111912) və ya Tripoli müharibəsi (Trablisqarp) — İtaliyanın digər Avropa dövlətlərinin köməyi ilə Osmanlı imperiyasından Trablis və Kirenaika əyalətlərini (Şimali Afrika) qoparmaq və müstəmləkəyə çevirmək məqsədilə apardığı işğalçılıq müharibəsi. İtaliya 1911-ci il sentyabrın 29-da Türkiyəyə müharibə elan etdi. İtalyan qoşunları oktyabr ayında sahil rayonlarını tutsalar da, yerli əhalinin, türk qarnizonları və Tunis, Əlcəzair, Misir və b. ərəb ölkələrindən gəlmiş könüllü dəstələrin güclü müqavimətinə rast gələrək ölkənin içərilərinə irəliləyə bilməmişdilər. 1912-ci ilin oktyabrında başlanmış Balkan müharibəsi Türkiyəni oktyabrın 18-də Lozanna sülh müqaviləsini imzalamağa məcbur etdi. Sultan TrablisKirenaika əhalisinə muxtariyyət "bəxş etməyi" və bu əyalətlərdən öz qoşunlarını çıxarmağı öhdəsinə götürdü. Əslində Trablis və Kirenaika (sonralar Liviya adlandı) bu zamandan etibarən (1943-cü ilə qədər) İtaliyanın müstəmləkəsinə çevrildi.[1]

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. ASE, V cild. səh. 18

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]