Şıxəli Qurbanov

Şıxəli Qurbanov
Şıxəli Qurbanov.JPG
Şəxsi məlumatlar
Doğum tarixi 16 avqust 1925(1925-08-16)
Doğum yeri
Vəfat tarixi 24 may 1967(1967-05-24) (41 yaşında)
Vəfat yeri
Vəfat səbəbi zəhər[d]
Dəfn yeri
Partiya
Təhsili
Hərbi xidmət
Rütbəsi Çavuş
Döyüşlər
Elmi fəaliyyəti
Elm sahəsi ədəbiyyatşünaslıq
Elmi dərəcəsi filologiya elmləri doktoru

Təltifləri "Lenin" ordeni "İgidliyə görə" medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "Köniqsberqin alınmasına görə" medalı
Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı

Şıxəli Qurban oğlu Qurbanov (16 avqust 1925, Bakı24 may 1967, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, şair, filoloq-alim, ədəbiyyatçı, dövlət və ictimai xadim, filologiya elmləri doktoru, Ü. Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967). Ş. Qurbanov 1960-cı illərdə Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik etmişdir. Dəfələrlə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur.

Həyatı[redaktə | mənbəni redaktə et]

Şıxəli Qurban oğlu Qurbanov 16 avqust 1925-ci ildə Bakıda doğulmuşdur.[1]

Şıxəli Qurbanov ailəsi ilə

Ölümü[redaktə | mənbəni redaktə et]

Şıxəli Qurbanov uzunmüddətli fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olmuşdur. Mərkəzi Komitənin birinci katibi Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. Qurbanovu izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil.

1967-ci ilin may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir və elə oradaca müəmmalı şəkildə vəfat edir. Həkim dişinə iynə vurarkən Şıxəli Qurbanov ölmüş, həkim pəncərədən qaçmışdır. Ailəsi onun ölümünün dövlət səviyyəsində hazırlandığını iddia edir. Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova: "Aydın məsələdir ki, Şıxəli Qurbanovu öldürüblər. O zaman vəzifəyə gəlmək istəyənlər dövlət səviyyəsində bunu təşkil etdilər. Məlum oldu ki, ona sianid turşusu vurublar"[2].

Mükafatları[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]