Şəki hakimliyi — Vikipediya

Tarixi dövlət
Şəki hakimliyi
Qafqazın 1490-cı il üçün siyasi xəritəsində Şəki hakimliyi
Qafqazın 1490-cı il üçün siyasi xəritəsində Şəki hakimliyi

Paytaxt Şəki
Ən böyük şəhər Şəki
Rəsmi dilləri Azərbaycan dili (ədəbiyyat və din)[1][2][3][4]
monqol dili (I sülalənin dili)
Dövlət dini Sünni islam
İdarəetmə forması Monarxiya
Sülalə Orlat; Qara keşiş nəsli
Dövlət başçıları
əmir, hakim

Şəki hakimliyi — 1551-ci ilə qədər, əsasən indiki Azərbaycan Respublikasının şimal-qərbində, qismən də indiki Gürcüstan Respublikasının şərqi və Rusiya Federasiyasının Dağıstan Respublikasının cənub ərazisində mövcud olmuş dövlət. Əvvəl monqol mənşəli Orlat sülaləsi tərəfindən, sonra isə islam dinini qəbul etmiş Qara Keşiş oğlu və onun nəslindən olan hökmdarlar tərəfindən idarə edilmişdir. Bu dövlətin ərazisi qərbdə Tiflis şəhəri yaxınlığından, şərqə – Qəbələ şəhəri yaxınlığına qədər, cənubda Kür çayından Böyük Qafqaz sıra dağlarına qədər,[5] hətta bəzi məlumatlara görə daha şimala – Dərbənd şəhəri yaxınlığına qədər uzanmışdı.[6][7]

Mədəni mühit[redaktə | mənbəni redaktə et]

XIV əsrin sonlarında yaranan Şəki hakimliyini idarə etmiş Orlat sülaləsi azərbaycanlılaşmış türkdilli monqol sülaləsi idi. Bu sülalənin ən azı iki nümayəndəsi elmə məlumdur (Seyid Əli OrlatSeyid Əhməd Orlat).[2][3][4]

Hökmdarlar[redaktə | mənbəni redaktə et]

Orlat sülaləsindən olanlar[redaktə | mənbəni redaktə et]

Sülaləsi dəqiq məlum olmayanlar[redaktə | mənbəni redaktə et]

  • Əli inaq, ən geci 1435 — ən azı 1435
  • Əbdülqafar, ən geci 1447/1448 — ən azı 1468/1469
  • Şahhüseyn , ən geci 1497–1497

Qara keşiş nəslindən olanlar[redaktə | mənbəni redaktə et]

  • Əlican xan/Candar[q 1] Qara keşiş oğlu, 1444/45–1456/57
  • Qutul xan (Əlican xanın oğlu), 1456/57–1468
  • Zəki/Şəki xan[q 2](Qutul xanın oğlu), 1468–1488[q 3]
  • Həsən sultan, ən geci 1519 — may, 1524
  • Dərviş Məhəmməd xan (Həsən sultanın oğlu), may, 1524 — may, 1551

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. Bu şəxsin Əli İnaq ola bilməsi ehtimalı var. Şəki tarixlərində onun islamdan əvvəlki adının "Candar" olması göstərilir, lakin mümkündür ki bu heç də onun adı yox, əslində rütbəsi idi. Belə ki həm "candar" və həm də "inaq" monqol hərbi rütbələri idi, özü də bu rütbələr bir-birinə çox yaxın rütbələr idilər. Mustafa ağanın Şəki tarixində onun yalnız Nuxnaın hakımı olması göstərilir (Bax: И. Л.Сегаль. Елисаветпольская губерня, Тифлис, 1902; yaxud, Хаджи Сеид Абдулгамид. Родословная шекинских ханов и их потомков, wostlit.info, комм.: 7 Arxivləşdirilib 2009-12-07 at the Wayback Machine). Hacı Seyid Əbdülhəmidin Şəki tarixində isə qeyd olunur ki, Candar Qara keşiş oğlu (1444–1445-ci illərdə (islam tarixi ilə – 848-ci il) islamı qəbul edərək Əlican adını gütürdü. O zamanlar digər torpaqlardan, xüsusi ilə də İrandan, Şəkinin hökmransız və xansız qalmasından istifadə edərək quldurlar və əmirin əskərləri tez-tez Şəkiyə hücüm edirdilər. Şəki əhalisi Əlicanı cəsur və ağıllı olduğuna görə Şəkinin xanı seçir. O, 861 (1456–1457) ildə vəfat edir.
  2. Mustafa ağanın "Şəki tarixi"ndə onun Şəki şəhərini tutması və paytaxt etməsi göstərilir (bax: И. Л.Сегаль. Елисаветпольская губерня, Тифлис, 1902; yaxud, Хаджи Сеид Абдулгамид. Родословная шекинских ханов и их потомков, wostlit.info, комм.: 7 Arxivləşdirilib 2009-12-07 at the Wayback Machine).
  3. "Bu tarix yalnız Hacı Cəmil tərəfindən tərtib edilmiş nəsil şəcərəsində göstərilir; bax: Акты, собранные Кавказской археографической комиссией, том V, Тифлис, 1873, стр.: 1120". 2019-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-06.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Togan, 1981. səh. 272 e-g
  2. 2,0 2,1 Шеки (историч. область в Азербайджане) — статья из Большой советской энциклопедии.
  3. 3,0 3,1 [Советская историческая энциклопедия, статья: Под ред. Е. М. Жукова. Шеки // Советская историческая энциклопедия. — М.: Советская энциклопедия. — 1973–1982
  4. 4,0 4,1 Петрушевский И. П. Государства Азербайджана в XV веке. Шеки в XV веке // Сборник статей по истории Азербайджана. — Издательство Академии наук Азербайджанской ССР, 1949. — С. 184.
  5. И.П.Петрушевский. Академия наук Азербайджанской ССР; Сборник статей по истории Азербайджана, стр. 184, Баку, 1949.
  6. "Иоанн де Галонифонтибус. Сведения о народах Кавказа (1404 г.) (Из сочинения «Книга познания мира»). Перевод с лат. на анг. и комментарии Л. Гарди. Перевод с анг. и предисловие З.М. Буниятова. стр: 13-14 Баку, 1980" (PDF). 2012-12-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-02-05.
  7. "A.Məmmədov. İoann de Qalonifontibusun "Qafqaz xalqları haqqında məlumat"ı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-05.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]