Şəmkirçay su anbarı — Vikipediya

Şəmkirçay su anbarı
Şəmkirçay su anbarı 40°59′24″ şm. e. 45°59′26″ ş. u.
Şəmkirçay su anbarı
40°59′24″ şm. e. 45°59′26″ ş. u.
Ölkə  Azərbaycan
YerləşməsiŞəmkir rayonu
Həcmi164.5 mln. m³
Şəmkirçay su anbarı (Azərbaycan)

Şəmkirçay su anbarıŞəmkirçay çayının üzərində tikilən Şəmkirçay su anbarı 2014-cü ildə istifadəyə verilmişdir.

Məzmun[redaktə | mənbəni redaktə et]

Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Şəmkirçay su anbarı bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə olunacaq. Layihəyə uyğun olaraq su anbarında nəqledici, qəza sutullayıcı və təzyiqli enerji tunelləri tikilib.[1]


Şəmkirçay su anbarında yığılan suyu əkin sahələrinə nəql edəcəkəsas magistral kanal, sağ və sol sahil magistral kanalları, həmçinin maşın kanalı üçün qidalandırıcı kanal inşa olunub. Ən müasir standartlara cavab verən həmin kanallar açıq dəmir-beton üzlüklüdür. Dövlətimizin başçısının tapşırığına əsasən aparılan dəqiqləşdirmə nəticəsində Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında su təminatı yaxşılaşdırılacaq 54 248 hektar və yeni suvarılacaq 17 147 hektar torpaq sahələrinin olduğu müəyyənləşdirilib. Şəmkirçay su anbarından Gəncə və Şəmkir şəhərlərinə, Samux rayonunun Nəbiağalı qəsəbəsinə saniyədə 1,6 kubmetr su verməklə əhalinin içməli su təchizatı yaxşılaşdırılacaq. Layihənin əhatə etdiyi ərazidə ekoloji vəziyyət əsaslı şəkildə yaxşılaşacaq. Ümumilikdə, Şəmkirçay su anbarı regionların sosial-iqtisadi inkişafına olduqca vacib töhfədir və müstəqillik illərində reallaşdırılan ən mühüm layihələrdən biri kimi Azərbaycanın müasir tarixində mühüm yer tutacaq.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "İlham Əliyev Şəmkirçay su anbarının açılış mərasimində iştirak edib". president.az (az.). president.az. 15 noyabr 2014. 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-28.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Rəhman Salmanlı, "Şəmkirçay dəryaçası iqtisadi tərəqqi, yeni həyat rəmzidir", Azərbaycan.- 2011. - 19 iyun. - Səh.1.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]