Şəmkir su anbarı — Vikipediya

Şəmkir su anbarı
Şəmkir su anbarı 40°59′24″ şm. e. 45°59′26″ ş. u.
Şəmkir su anbarı
40°59′24″ şm. e. 45°59′26″ ş. u.
Ölkə  Azərbaycan
YerləşməsiŞəmkir, Samux,
Göygöl, Goranboy
Uzunluğu4,5 m
Sahəsi115,0 m²
Həcmi2,677 m³
Tökülən çaylarKür
Axan çaylarKür
Şəmkir su anbarı (Azərbaycan)

Şəmkir su anbarı — Kür çayının üzərində su anbarı, 1982-ci ildə istifadəyə verilmişdir. Anbarın ümumi sututumu 2677 mln m³, faydalı həcmi isə 1425 mln m³-dir. Anbarın normal dolma səviyyəsi 158 m, su güzgüsünün sahəsi 115,0 km², bəndinin üstdən uzunluğu 4500 m, hündürlüyü isə 70 m-dir. Anbardan Şəmkir,Samux,Göygöl,Goranboy rayonlarının 46 min. hektar torpaq sahələrini suvarmaq üçün Şəmkir maşın kanalına ikipilləli nasos stansiyası vasitəsilə su götürülür. Su anbarı kompleksinə daxil olan Şəmkir su-elektrik stansiyasında hər birinin gücü 190 min kvt olan 2 ədəd turbin quraşdırılmışdır[1]. İlk başlarda barajda 20 növ balıq növü yaşadığı halda, hal hazırda 17 növ balığın yaşadığı müəyyən olunmuşdur.

Su anbarının ixtiofaunası[redaktə | mənbəni redaktə et]

Şəmkir su anbarının balıq faunası Kür çayının və su anbarının altında qalmış su hövzəsinin balıqları əsasında formalaşmışdır. Su anbarının yaradıldığı ilk dövrlərdə oradan cəmi 20 növ balıq və bir külmə x çapaq hibridi qeydə alınmışdır. Balıqların 13 növü (çəki, çapaq, külmə, poru, şəmayı, həşəm, sıf, naxa, xramulya, zərdəpər, kür şirbiti, qalınalın, dabanbalığı) vətəgə əhəmiyyətli, 7 növü isə (yastıqarın, zaqafqaziya gümüşcəsi, enlibaş, çılpaqça, iriboğaz xul) vətəgə əhəmiyyəti olamayan balıqlar olmuşdur. Qalınalın və dabanbalığından başqa digər balıqlar yerli faunaya məxsus balıqlardır. Son illərin tədqiqatına əsasən su anbarının ixtiofaunasında müəyyən dəyişikliklər baş vermişdir. Belə ki, hal – hazırda su anbarında 17 növ balığın olduğu müəyyən edilmişdir. Külmə, kür xramulyası, zərdəpər, çəki, yastıqarın, çılpaqça kimi balıq növlərinin miqdarı azalmış, şəmayı, dabanbalığı, zaqafqaziya gümüşcəsi kimi balıqların miqdarı isə əksinə artmışdır. Su anbarının ilk illərində rast gəlmə intensivliyinə görə əsas yeri çapaq, külmə, çəki və kür xramulyası tutduğu halda, son illərdə bu yeri çapaq, dabanbalığı, sıf və şəmayı balıqları tutur. Digər balıqların miqdarı isə xeyli azalmışdır. Kür xramulyasına su anbarında təsadüfi hallarda rast gəlinir, poru balığına isə son vaxtlarda təsadüf edilməmişdir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. Kür silsilə su anbarlarının biologiyası. Bakı, Elm,2010,

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "SU ANBARLARI". 2011-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-28.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]