Şahbulaq məscidi — Vikipediya

Şahbulaq məscidi
Xəritə
40°04′10″ şm. e. 46°54′18″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Ağdam
Yerləşir Ağdam rayonu
Aidiyyatı Şahbulaq Qıfılı saray kompleksi
Sifarişçi Pənahəli xan
Tikilmə tarixi 1751
Üslubu Arran memarlıq məktəbi
Hündürlüyü 5,4 m
Uzunluğu
  • 7,18 m
Eni 9,38 m
Material Əhəng daşı
Vəziyyəti naməlum
Şahbulaq məscidi (Azərbaycan)
Şahbulaq məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şahbulaq məscidiAzərbaycanın Ağdam rayonunda Şahbulaq adlanan ərazidə yerləşən tarixi-memarlıq abidəsi. Məscid Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirilmişdir.

Memarlıq quruluşu[redaktə | mənbəni redaktə et]

Bütövlükdə yerli əhəng daşı ilə inşa edilmiş Şahbulaq məscidi üç tağlı eyvandan və bir ibadət zalından ibarətdir. Eyvanın tağları mütənasib qamətli bir cüt daş sütunlara söykənir. Tavanı isə tağbənd şəklində tamamlanır. İbadət zalı kvadrat şəkilli olduğundan tavanı interyer tərəfdən gümbəz şəklində tamamlanmış, bayır tərəfdən isə gümbəz üzərinə yeni örtük materialları əlavə etməklə dam örütüyü iki yamaclı formaya salınmışdır. Bu da təbii suları dərhal yanlara axmasına əlverişli şərait yaratması üçün idi.

Ümumi divar hörgülərinin qalınlığı bir metrə çatan məscidin plan ölçüləri 9,38x7,18 metrdir. Məscid maili yerdə inşa edildiyindən onun arxa tərəfdən dam örütüyünə qədər olan məsafəsi 4,37m, baş fasad tərəfdən isə 5,40 metrə qədərdir.

Şahbulaq məscidinin memarlıq baxımından belə sadə həll olunmasına baxmayaraq bu məscid sonralar Qarabağda çoxsaylı məscidlər tikmiş Memar Kərbəlayi Səfixan Qarabaği yaradıcılığında bir örnək rolunu oynamaşdır.[1]

Ağdamın Paprəvənd kəndindəki məsciddə də plan etibarı ilə Şahbulaq məscidinin memarlıq ideyası davam olunur.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Qarabağın qədim məscidləri". 2010-09-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-17.