Şahmat — Vikipediya

Şahmat
Şahmat saatı, şahmat taxtası və şahmat fiqurlarının ilkin düzülüşü
Aktiv illər eramızın 6-cı əsrindən indiyədək
Növlər Mücərrəd strategiya oyunu
stolüstü oyun
Oyunçular 2
Yaş dərəcəsi məhdudiyyət yoxdur
Quraşdırma vaxtı təxminən 20 saat
Oyun vaxtı saatla
güllə: < 5 dəq.
blits: 5-15 dəq.
sürətli:15-60 dəq.
klassik: >60 dəq.
saatsız
qeyri-məhdud zaman
İxtiyari şans yoxdur
Tələb olunan bacarıq strategiya
taktika
Sinonimlər Qərb şahmatı, Beynəlxalq şahmat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Şahmat

Şahmat — iki oyunçu arasında taxta lövhə üzərində oynanan əyləncəli və rəqabətli strateji oyun. Bəzən bu oyunu daha qədim növlərindən və Çin şahmatı kimi əlaqəli oyunlardan fərqləndirmək üçün "Qərb şahmatı" və ya "Beynəlxalq şahmat" adlandırırlar. Oyunun indiki forması Hindistanfars mənşəli oxşar oyunun inkişafından sonra XV əsrin ikinci yarısında Cənubi Avropada ortaya çıxdı. Bu gün şahmat bütün dünyada milyonlarla insanın evdə, klublarda, onlayn və turnirlərdə oynadığı dünyanın ən populyar oyunlarından biridir.[1]

Şahmat mücərrəd strategiya oyunudur və heç bir gizli məlumatı özündə əks elətdirmir. 8 sıra 8 sütun olmaqla sıra ilə düzülmüş 64 ağ və qara kvadratdan ibarət kvadrat şahmat lövhəsində oynanır. Oyunun başlanğıcında hər bir oyunçu (onlardan biri ağ fiqurları, digəri isə qara fiqurları idarə edir) 16 daşı idarə edir: 1 şah, 1 vəzir, 2 top, 2 at, 2 fil və 8 piyada. Oyunun məqsədi rəqibin şahını mat etməkdir. Əgər şah hücuma məruz qalıbsa və hərəkət edəcək yeri yoxdursa mat olur.

The object of the game is to checkmate the opponent's king, whereby the king is under immediate attack (in "check") and there is no way to remove it from attack on the next move. Oyunun əsas məqsədi rəqibin şahını mat etməkdir. Oyun həmçinin bərabərə də bitə bilər.

İlk şahmat turniri XIX əsrdə təşkil olunmuşdu.[2] Bu gün şahmat turnirləri beynəlxalq səviyyədə FIDE (Beynəlxalq Şahmat Federasiyası) tərəfindən idarə olunur. Dünya tərəfindən ilk "Dünya Şahmat Çempionu" Vilhelm Steynits 1886-cı ildə bu titula iddia etmişdi. Maqnus Karlsen hazırkı Dünya çempionudur. Şahmat oyunun nəzəriyyəsi oyunun yarandığı gündən bu günə qədər çox inkişaf etmişdir. İncəsənət aspektlərinə şahmat kompozisiyasında rast gəlinir; və şahmat öz növbəsində Qərb mədəniyyətinə və incəsənətinə təsir etdi. Həmçinin riyaziyyat, informatikapsixologiya kimi digər sahələrlə əlaqələri var. İlk kompüter alimlərinin hədəflərindən biri şahmat oynayan maşın yaratmaq olmuşdu. 1997-ci ildə Deep Blue uzun müddət dünya çempionu olmuş Harri Kasparovu məğlub edərək bunu bacaran ilk kompüter olmuşdur. Günümüzdəki şahmat maşınları ən yaxşı insan oyunçularından belə əhəmiyyətli dərəcədə güclüdür və şahmat nəzəriyyəsinin inkişafına dərin təsiri var.

Qaydaları[redaktə | mənbəni redaktə et]

Şahmat qaydaları şahmatın beynəlxalq idarəetmə orqanı olan FIDE (Fédération Internationale des Échecs) tərəfindən nəşr olunmuş məlumat kitabçasında yazılmışdır.[3] Milli idarəetmə qurumları və ya əlaqəli olmayan şahmat təşkilatları və s. tərəfindən nəşr olunan qaydalar fərqli ola bilər. "FIDE"nin qaydaları ən son 2018-ci ildə yenidən işlənmişdir.

Düzülüş[redaktə | mənbəni redaktə et]

Oyunun başlanğıcında düzülüş

Şahmat oyununun fiqurları ağ və qara dəstlərə bölünür. Hər dəst 16 fiqurdan ibarətdir: 1 şah, 1 vəzir, 2 top, 2 at, 2 fil və 8 piyada. Dəstlər sırasıyla "Ağlar" və "Qaralar" adlanır.

Oyun 8 sütun (ağların nəzərindən soldan-sağa "a"dan "h"a qədər hərflərlə adlandırılıb) və 8 sətirdən (ağlara nəzərən 1-dən 8-ə qədər rəqəmlərlə adlandırılıb) ibarət kvadrat lövhə üzərində oynanır. 64 kiçik xana açıq və tünd rənglər olaraq bir-birini sırayla izləyir. Hər bir oyunçunun sağ əlinə ən yaxın xana açıq və ya ağ rəngdə olur (şahmat taxtasının rəng dizaynına görə dəyişir). Beləliklə hər iki oyunçunun vəzir fiquru öz rənginə uyğun kvadratda yerləşir (ağ vəzir ağ xanada, qara vəzir qara xanada)[3]

Gedişat[redaktə | mənbəni redaktə et]

1 oyundan ibarət olan rəsmi oyunlarda hansı oyunçunun hansı rəng ilə oynuyacağına çox vaxt təşkilatçılar qərar verir. Qeyri-rəsmi oyunlarda isə proses tamamilə təsadüfi olur. Məsələn, qəpik ataraq buna qərar verilə bilər və ya 1 nəfər ovucunun birində ağ, digərində isə qara piyada gizlədərək oyunçulara əllərini uzadırlar və oyunçular öz fiqurlarının rənglərini özləri seçir.

İlk gedişatı ağ fiqurlar edir. Daha sonra isə hər oyunçu sıra ilə sadəcə 1 gediş olmaqla(qalaqurma istisma olmaqla) fiqurları hərəkət elətdirirlər. Bir fiqur boş xananı zəbt edə bilər. Əgər gedişat etmək istənilən xana rəqib fiqur tərəfindən zəbt olunubsa həmin xananı rəqibin daşını oyundan çıxardaraq zəbt etmək mümkündür. En passant gedişi istisna olmaqla bütün fiqurlar yalnızca zəbt olunan xanalara hücum edərək ələ keçirilir.

Gediş etmək zəruridir; yəni ki, gediş etmək sizin əleyhinizə olsa belə gediş etməlisiniz. Oyunçular şahlarını daim nəzəratdə saxlamalı və rəqibin şah verəcəyi heç bir gediş etməməlidirlər.

Tarixdə şahmat oyununun harada yaranmasına dair yekdil fikir yoxdur. Bu məsələ mübahisəli olduğundan şahmatın vətəni barədə görüşlər birmənalı qəbul edilmir. Bəzi qaynaqlarda qeyd olunur ki, şahmatın atası hesab edilən ona bənzər ilk oyunların təxminən 4000 il bundan əvvəl Misirdə oynanılmasına dair izlər Misir fironu IV Amenhotepin arvadı, firon Tutankhamunun qaynanası kraliça Nefertitiyə aid piramidadakı qabartma təsvirlərdə aşkar edilmişdir. Halbuki sözügedən təsvirlərdə bəhs olunan oyun şahmatla heç bir əlaqəsi olmayan senet adlı oyundur. Senetlə şahmatın ilk bənzərliyi hər iki stolüstü oyunun iki şəxs tərəfindən oynanılmasıdır. Digər oxşarlıq hər ikisində daşların olmasıdır, lakin unutmaq olmaz ki, daş sayında və formasında heç bir bənzərlik yoxdur. Senetdə də taxtanın səthi kvadratlardan ibarətdir, lakin kvadratların sayı 30-dur.`

Bir versiyaya görə şahmatı ilk dəfə kəşf edən şəxs hind mütəfəkkiri Herssabbin Dahire, oyunu yayan şəxs isə Liclac İbn-i Sita adlı başqa bir hindli olmuşdur.

Şahmatla bağlı ilk yazılı sənədlərə təqribən 380-ci illərdə hind hökmdarı II Chandraguptanın zamanında və "Çaturanga" adlı oyuna dair sanskrit dilindəki mənbələrdə rast gəlinməkdədir.

VI əsrdə İran şahı I Khusrova Hindistan padşahı tərəfindən şahmat hədiyyə edildikdən sonra oyun "çatranq" adını almış, həmin dövrdə ərəblərin İranı istila etməsindən sonra isə oyun islam dünyasında tanınaraq adı "satranj" olaraq dəyişikliyə uğramışdır. 

İranlılardan ərəblərə keçən, VIII əsrdə Əməvilər dövləti tərəfindən Əndəlus vilayətinə, onların vasitəsilə də İspaniyaya yayılmış olan şahmat sonralar bütün Avropada sevilərək oynanılmağa başlanılmışdır.

X əsrdə şahmat bizanslılar, ruslar və vikinqlər tərəfindən oynanılmağa başlanmışdır.

Misir, İraq və Hindistanda aparılan arxeoloji qazıntılar əsasında tapılmış materiallar şahmatın yaranma tarixinin e.ə. III–II minilliklərə aid olduğunu söyləməyə imkan verir. Yazılı ədəbiyyatda bu oyun haqqında ilk məlumata V əsrə aid fars poemasında təsadüf olunur. Şahmat oyunu Hindistandan İrana, oradan ərəb ölkələrinə, oradan da Avropaya yayılmışdır. Avropada bu oyun haqqında ilk məlumat 1010-cu ilə aiddir. Şahmatın Avropaya yayılmasında isə açar ölkə İspaniya idi. Bizans İmperiyasının da şahmatın inkişafında rolu az olmamışdır. İlk vaxtlar şahmatın adı satranc olmuşdur. Sonradan dəyişikliklərə uğramış və şahmat adını almışdır. İndiyə qədər də bəzi ölkələrdə şahmata satranc deyilir.

Şahmat daşları. Sol doğru sağ: ağ şah, qara top, qara vəzir, ağ piyada, qara at və ağ fil

Əvvəllər şahmat çox asta bir oyun idi. Ancaq 1400-cü illərin sonlarında iki uzaqmənzilli fiqurun (fil və vəzir) kəşf edilməsi oyunun sürətini artırdı. Şahmatla bağlı ilk kitabın müəllifi Luçena isə bu kitabda (1497-ci il) şahmatın yeni qaydalarını elan etdi. O vaxtdan indiyə qədər bu qaydalar olduğu kimi qalır.

İspaniyadan sonra İtaliya, Fransa, Almaniya, Amerika Birləşmiş Ştatları və Rusiyada da şahmat çox sürətlə yayılmağa başladı. XIX əsrin sonlarında isə artıq şahmatın ilk ulduzları məlum idi: Anderssen, Morfi, Rubinşteyn və Steynits. 1850-ci illərdən etibarən ilk peşəkar turnirlər keçirilməyə başlandı. Nəticədə, 1886-cı ildə o dövrün ən güclü iki şahmatçısı Steynits və Sukertort arasında ilk dünya çempionatı keçirildi. Steynits bu çempionatda 10 qələbə, 5 heç-heçə və 5 məğlubiyyətlə qalib gəldi.

Şahmat iki tərəfin — ağ və qara fiqurlarla oynayan rəqiblərin mübarizəsidir. Hər tərəfin bir şah, bir vəzir, iki top, iki fil, iki at və səkkiz piyada olmaqla 16 fiquru olur. Şahmat lövhəsi 64–32 ağ və 32 qara xanadan ibarətdir.

Şahmat üzrə ilk dünya çempionu Vilhelm Steynits olmuşdur. Sonradan dünya çempionları bu ardıcılıqla olmuşdur: Emanuel Lasker, Xose Raul Kapablanka, Aleksandr Alyoxin, Maks Eyve, Mixail Botvinnik, Vasili Smıslov, Mixail Tal, Tiqran Petrosyan, Boris Spasski, Rober Fişer, Anatoli Karpov, Harri Kasparov, Vladimir Kramnik, Veselin Topalov, Vişvanatan Anand Sonuncu dünya çempionu norveçli Maqnus Karlsendir. Lakin qeyd etmək lazımdır ki, şahmat çempionlarının tanınmasında problemlər var. Çünki 90-cı illərin ortalarında dünya şahmat tacının sahibi uğrunda iki — FİDE xətti və Harri Kasparovun təşkilatçılığı ilə yaranan təşkilatın xətti ilə yarışlar keçirilirdi. Bu isə eyni zamanda dünyada iki şahmat çempionunun olmasına gətirib çıxarmışdı. Lakin 2005-ci ildən etibarən şahmat çempionları yalnız FİDE xətti ilə müəyyən olunur.

Şahmat üzrə qadın dünya çempionları: Vera Mençik — (16 fevral 1906, Moskva – 27 iyun 1944, London) – qadınlar arasında şahmat üzrə ilk dünya çempionu (1927–1944). Vera Mençik anası və bacısı Olqa (qadınlar üzrə keçirilən dünya birinciliyinin iştirakçısı, ən yüksək nailiyyəti – 4-cü yer) 1944-cü ilin 27 iyununda Londonun bombardmanı zamanı faciəvi şəkildə həlak olmuşlar. Lüdmila Rudenko — (27 iyul 1904, Lubnı, Poltav quberniyası – 4 mart 1986, Leninqrad) — Sovet şahmatçısı, şahmat üzrə ikinci dünya və sovet şahmatçıları arasında birinci dünya çempionu (1950–1953), beynəlxalq Qrossmeyster (1976). 1953-cü ildə Rudenko dünya birinciliyi adı uğrunda digər sovet şahmatşısı Yelizaveta Bıkova ilə görüş keçirilmişdir. Gərgin keçən mübarizədə "şahmat tacını" Bıkova +7–5=2 nəticə ilə qazanır. Şahmat sahəsində qazandığı uğurlara görə "Şərəf Nişanı" ordeni ilə təltif olunmuşdur (1957). Yelizaveta Bıkova — (4 noyabr 1913, Vladimir vilayəti – 8 mart 1989, Moskva) – qadınlar arasında şahmat üzrə üçüncü dünya çempionu (1953–56, 1958–62), əməkdar idman ustası (1953), beynəlxalq Qrossmeyster (1976). "Şərəf Nişanı" ordeni ilə təltif olunmuşdur. FİDE tərəfindən 2013-cü il Yelizaveta Bıkova ili elan olunmuşdur. Olqa Rubtsova — (20 avqust 1909, Moskva – 13 dekabr 1994, Moskva) – Sovet şahmatçısı, qadınlar arasında dördüncü dünya çempionu (1956–58), beynəlxalq Qrossmeyster (1976), kişilər (1973) və qadınlar arasında (1975) beynəlxalq usta, beynəlxalq hakim (1964), SSRi əməkdar idman ustası (1952), birinci dünya şahmat olimpiadasının SSRİ komanda heyətində qalib (1957). Dördqat SSRi çempionu, üçqat Moskva çempionu. Nona Qaprindaşvili — (3 may 1941 doğulub, Zuqdidi, Gürcüstan SSR) – Sovet və gürcü şahmatçısı, əməkdar idman ustası (1964): qadınlar arasında beşinci dünya çempionu (1962–1978), qadınlar arasında ilk beynəlxalq Qrossmeyster (1978) və kışılər arasında beynəlxalq Qrossmeyster adına layiq görülmüş ilk qadın (1978). Beşqat SSRİ çempionu. "Şahmat Oskarı" mükafatının ilk qalibi (1982). Maya Çiburdanidze — (17 yanvar 1961, Kutaisi, Gürcüstan) – sovet və gürcü şahmatçı, 6-cı dünya çempionu. Şahmat Olimpiadalarının doqquzqat qalibi (onlarda 5 dəfə SSRİ yığma komandası heyətində və 4 dəfə Gürcüstan komadasında). Gürcüstanın əməkdar idman ustası (1978).1991-ci ildə dünya çempionu adı uğrunda keçırılən matçda Çiburdanidze çinli şahmatçı Se Tszyunə məğlub olur. Çiburdanidze – şahmat olimpiadaları tarixinin yeganə doqquzqat qalibidir. Bu uğura o SSRi yığmasında 1978, 1980, 1982, 1984 və 1986-cı illərdə və 1992, 1994, 1996 və 2008-ci illərdə isə Gürcüstan komandasında imza atmışdır. Se Tszyun — (30 oktyabr 1970 doğulub, Pekin, Çin) – Çin şahmatçısı, yeddinci dünya çempionu. Yalnız ona və Yekaterina Bıkovaya fasilədən sonra Dünya şahmat tacını özlərinə geri qaytarmaq nəsib olmuşdu. Dünya çempionu əvvəlcə 1991-dən 1996, və yenidən 1999-dan 2001. Əməkdar məşqçi və FİDE beynəlxalq hakimi (2004). Süzen (Juja) Polqar — (19 aprel 1969 doğulub, Budapeşt, Macarıstan) – Macarıstan daha sonra Amerika şahmatçısı, səkkizinci dünya çempionu 1996-dan 1999 ilədək. FİDE əməkdar məşqçisi (2004). Onu Juja Polqar deyə çağırırlar: Jujanna adından qisaldıraraq – Juja. Zu Çen — (16 mart 1976 doğulub, Çin) – şahmat üzrə doqquzuncu dünya çempionu, nokaut sisteminə görə ikincidir. Antoaneta Stefanova — (19 aprel 1979 doğulub, Sofiya, Bolqarıstan) – Bolqarıstan şahmatçısı, şahmat üzrə onuncu dünya çempionu (2004–2006), Avropa çempionu (2002). Sürətli şahmat üzrə dünya çempionu (2012). Xu Yuhua — (29 oktyabr 1976) – Çin şahmatçısı, Qrossmeyster. 2006-cı ildə Alisa Qalliamovaya qalib gələrək şahmat üzrə dünya çempionu adını qazanır. 2000 və 2002-ci illərdə Dünya kubokunu qazanıb.n 2000, 2002 və 2004 illərdə Çin yığma komandası heyətində üçqat Olimpiya çempionu. 2009–2010-cu illərdə keçirilən Qadınlar arasında FİDE Qran-pri seriasının iştirakçısı və ikinci mərhələnin qalibi. Aleksandra Kostenyuk — (23 aprel 1984, Perm) – Rusiya şahmatçısı, Qrossmeyster (2004), şahmat üzrə onikinci dünya çempionu (sentyabr 2008-ci ildən dekabr 2010-cu ilə qədər). Avropa çempionu (2004). İsveçrə çempionu (2011). Şahmat Olimpiadasının ikiqat qalibi (2010, 2012) və Rusiya komandası heyətində (2007, 2009, 2011) komandalararası Avropa çempionatının üçqat qalibi. Sürətli şahmat üzrə dünya çempionatının vitse-çempionu (2012). Fişer Şahmatı üzrə ikiqat dünya çempionu (2006, 2008). 2001-ci ildə şahmat üzrə qadınlararası Dünya cempionatının vitse- çempionu olub. Qadınlar arasında Avropa çempionu (2004 il, Drezden, Almaniya). 2005-ci ildə qadınlar arasında Rusiya çempionu. 2006-cı ilin avqustunda Aleksandra təsadüfi şahmatda Elizabet Petsə qalib gələrək ilk qadın dünya çempionu olur. 2008 il 18 sentyabrında Nalçikdə keçirilən turnirdə çinli Hou Yifana 2,5–1,5 hesabı ilə qalib gələrək qadınlar arasında Dünya çempionu adını qazanır. Hou Yifan — (27 fevral 1994-cü ildə doğulub, Nankin) – Çin şahmatçısı, qadınlar arasında üçqat dünya çempionu (2010, 2011, 2013), ÇXR komanda heyətində (2007, 2009, 2011) qadın komandalararası dünya çempionatlarının qalibi. Anna Uşenina — (30 avqust 1985, Xarkov) – Ukrayna şahmatçısı, Qrossmeyster (2012), qadınlar arasında Qrossmeyster (2003). 14-cü dünya çempionu (1 dekabr 2012-ci ildən 20 sentyabr 2013-cü ilə qədər). Varşavada keçirilən Ukrayna yığmasının heyətində komandalararası Avropa çempionatının qalibi (2013). Astanada keçirilən Ukrayna yığmasının heyətində komandalararası Dünya çempionatının qalibi (2013). Turində keçirilən (Ukrayna) yığmasının heyətində (Şahmat Olimpiadası) nın qalibi (2006)

Azərbaycanda da şahmatın böyük inkişaf yolu var. Daha qədim zamanlarda Azərbaycanda böyük şahmatçılar olmuşdur.

Müasir dövrdə Azərbaycan dünya şahmatına Harri Kasparov, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Vladimir AkopyanEmil Sutovski kimi şahmatçılar vermişdir.

FİDE-nin 2008-ci iyul ayına olan listində Azərbaycan şahmatçıları Teymur Rəcəbov, Şəhriyar MəmmədyarovVüqar Həşimov dünaynın ən güclü 20 şahmatçısı sırasında yer almışlar.

Fiqurların qarşılıqlı əlaqəsi[redaktə | mənbəni redaktə et]

Şahmat mübarizəsinin mühüm strateji prinsipi olaraq vahid plana tabe olan fiqurların dəyişdirilməsidir[4].

Maraqlı məlumatlar[redaktə | mənbəni redaktə et]

İndiyə kimi ən çox zəka sahibi 2010-cu ildə Hindistanın Əhmədabad şəhərində keçirilən turnirdə qeydə alınıb. Belə ki, dünya çempionu Vişvanatan Anandın da qatıldığı yarışda nə az, nə çox — 20 min 483 nəfər şahmatçı mübarizə aparıb ki, bu da yeni rekord kimi tarixə düşüb. Bu yarışa kimi isə ən çox zəka sahibi Meksikada keçirilən turnirdə qeydə alınmışdı. 2006-cı ildə olan bu yarışda 13 min 446 şahmatçı qüvvəsini sınamışdı.[5]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. İxtiralar və kəşflər. Bakı, 2006. səh.34–35
  2. Julio Beccera. "London 1851: The First International Chess Tournament!". chess.com (ing. ). chess.com. 26 may 2009. 23 mart 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2021.
  3. 1 2 "Fide Laws of Chess taking effect from 1 January 2018". FIDE. 23 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2020.
  4. Azər Zeynallı, Pərviz Əliyev, "Şahmat aləminə səyahət", Bakı, "İşıq", 1986, səh. 12.
  5. "Şahmat tarixində yeni rekord". 2022-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-30.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]