Şakir Şirvani — Vikipediya

Şakir Şirvani
Doğum yeri Şamaxı
Milliyyəti azərbaycanlı
Fəaliyyəti şair
Əsərlərinin dili Azərbaycan
Janr Lirika

Şakir Şirvani — XVIII əsr Azərbaycan şairi. Klassik və xalq ədəbiyyatı üslubunda əsərlər yazmışdır.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Şakir Şirvani Füzuli ədəbi məktəbinin davamçısıdır. Divanı günümüzədək gəlib çatmasa da, şairin cönklərdə bir çox əsərləri qalmaqdadır. Şairin əsas əsərlərindən biri "Əhval-i Şirvan" adlı tarixi mənzumədir. Bu əsərində Nadir Şah Əfşarın 1743-cü ildə Şirvana hücumunu təsvir etmiş, zülm və pisliyə qarşı çıxmışdır. "Əhval-i Şirvan" əsəri, tarixi gerçəklikdən bəhs etdiyindən, dövrün olaylarını və durumunu araşdırmaq baxımından faydalıdır[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "ŞAKİR ŞİRVANİ". 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-27.