Şomod (medye) — Vikipediya

Medye
Şomod
Somogy megye
Somogy vármegye
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
46°25′ şm. e. 17°35′ ş. u.
Ölkə
Region Cənubi Transdunay
Başçı Norbert Biro
Tarixi və coğrafiyası
Əsası qoyulub 1 fevral 1950
Sahəsi 6065 km²
Saat qurşağı
  • Mərkəzi Avropa vaxtı[d]
Əhalisi
Əhalisi 312,084[1] nəfər (2015)
Rəqəmsal identifikatorlar
Telefon kodları (+36) 82, 84, 85
Poçt indeksləri 7253 – 729x, 74xx – 75xx, 7918, 7977 – 7979, 86xx – 873x, 884x – 885x
Digər
som-onkorm.hu
Şomod xəritədə
Şomod
Şomod
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şomod (mac. Somogy megye, xorv. Šomođska županija; sloven. Šomodska županija, alm. Komitat Schomodei‎ ) — Macarıstanın inzibati ərazi bölgüsü.

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Şomod medyesi Macarıstanın cənub-qərbində, Xorvatiya ilə sərhəddə yerləşir. Drava çayınınBalaton gölünün cənub sahili boyunca uzanır. Macarıstanın Zala, Vesprem, Feyer, Tolna və Baranya medyeləri ilə qonşudur. Ölkənin ən sıx əhalisi olan medyesidir. Paytaxtı Kapoşvar şəhəridir. Sahəsi 6036 km²-dir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Şomod Macarıstan krallığında mövcud olan inzibati ərazi bölgüsünün adıdır. Medye hazırda müasir Macarıstan ərazisinin cənub-qərbində yerləşir və sahəsi daha böyükdür. Paytaxtı Macarıstan krallığında olduğu kimi Kapoşvar şəhəridir.

Demoqrafiyası[redaktə | mənbəni redaktə et]

2015-ci ilin siyahıyaalınmasına əsasən Şomod medyesinin əhalisi 312084 nəfərdir.

İl Əhalisi[3] Dəyişikliklər
1949 361,213 n/a
1960 368,183 (record) 1.93%
1970 357,009 -3.03%
1980 360,270 0.91%
1990 344,708 -4.32%
2001 335,237 -2.75%
2011 316,137 -5.70%

Etnik tərkibi[redaktə | mənbəni redaktə et]

Şomod medyesinin əhalisi əsasən macarlardan təşkil olunsa da, müəyyən qrup romanlar (təx. 16000), almanlar (3000) və xorvatlar da (1500) ərazidə məskunlaşmışdır.

Ümumi əhalisi (2011-ci ilin siyahıyaalınması): 316137 nəfər

Etnik qruplar (2011-ci ilin siyahıyaalınması):[4] Etnik qruplarını təyin edənlər: 287692 nəfər:

  • Macarlar: 265464 (92,27%)
  • Qaraçılar: 16167 (5,62%)
  • Almanlar: 3039 (1,06%)
  • Digərləri və ya etnik mənsubiyyətləri müəyyən edilməyən şəxslər: 3022 (1,05%)

2011-ci il əhalinin siyahıyaalınmasına əsasən təxminən 46000 nəfər etnik mənsubiyyətini bildirməmişdir.

Din[redaktə | mənbəni redaktə et]

2011-ci il əhalinin siyahıyaalınmasına əsasən Şomod medyesində əhalinin dini inancı:[5]

  • Katoliklər– 168307;
  • Macarıstanda Reform kilsəsi – 21176;
  • Evangelik kilsəsi – 5807;
  • Digər dinlər – 3829;
  • Dinsizlik – 35503;
  • Ateizm – 3056;
  • Dinini təyin etməyənlər – 78459.

Regional strukturu[redaktə | mənbəni redaktə et]

Şomod medyesinin bölgələri
Azərbaycan
Macar dilində adları
Sahəsi
(km²)
Əhalisi
(2011)
Sıxlığı
(əhali./km²)
Mərkəzi Say
Bələdiyyələr
1 Bars bölgəsi
Barcsi járás
696.47 23,793 34 Barcs 26
2 Çurqo bölgəsi
Csurgói járás
496.19 16,862 34 Çurqo 18
3 Fonyod bölgəsi
Fonyódi járás
645.44 33,785 52 Fonyod 21
4 Kapoşvar bölgəsi
Kaposvári járás
1,591.36 118,496 74 Kapoşvar 78
5 Marçali bölgəsi
Marcali járás
904.24 34,472 38 Marçali 37
6 Nadatad bölgəsi
Nagyatádi járás
647.07 26,003 40 Nadatad 18
7 Şiofok bölgəsi
Siófoki járás
657.05 51,099 78 Şiofok 24
8 Tab bölgəsi
Tabi járás
427.24 12,797 30 Tab 24
Şomod medyesi 6,065.07 312,084 52 Kapoşvar 245

Ərazi vahidləri[redaktə | mənbəni redaktə et]

Şomod medyesində 1 medye, 15 rayon, 2 böyük kənd və 227 kənd yerləşir.

Medyenin mərkəzi

(2011-ci ilin siyahıyalınmasına əsasən sıralanmışdır)

Rayonları

Qalereya[redaktə | mənbəni redaktə et]

Beynəlxalq əlaqələri[redaktə | mənbəni redaktə et]

Şomod medyesinin aşağıdakı şəhərlər ilə beynəlxalq əlaqələri mövcuddur:

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "nepesseg.com, population data of Hungarian settlements". 2022-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-14.
  2. 1 2 archINFORM (alm.). 1994.
  3. népesség.com, "Somogy megye népessége 1870-2015" Arxivləşdirilib 2022-06-23 at the Wayback Machine
  4. 1.1.6. A népesség anyanyelv, nemzetiség és nemek szerint – Frissítve: 2013.04.17.; Hungarian Central Statistical Office Arxivləşdirilib 2013-04-02 at the Wayback Machine  (mac.)
  5. 2011. ÉVI NÉPSZÁMLÁLÁS, 3. Területi adatok, 3.15 Somogy megye,  (mac.) [1] Arxivləşdirilib 2015-04-01 at the Wayback Machine
  6. "kaposvarmost.hu - TOVÁBBI LEHETŐSÉGEKET KERES SOMOGY ÉS GANSU - July 2, 2016". August 31, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 14, 2019.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]