Şotland funtu — Vikipediya

Şotland funtu
Dövriyyə ərazisi
Emitent ölkə
Tarixi
Dövriyyəyə buraxılma XII əsr
100 şotland funtu

Şotland funtu (ş.german Pund Scots, ing. Pound Scots) — Şotlandiya krallığının XII–XVIII əsrlərdə pul vahidi. Hal-hazırda Şotlandiya bankları tərəfindən buraxılan əskinazlar da bəzən "Şotland funtu" adlandırılır.

Müstəqil Şotlandiyanın pul vahidi[redaktə | mənbəni redaktə et]

Şotlandiya sikkələrinin buraxılması kral I David dövründə baş tutub (1124–1153-cü illərdə hakimiyyətdə olub). Onlar funt stetrlinq kimi 20 şillinq və 240 pensdən ibarət olub.

Şotland funtunun keyfiyyəti aşağı düşdükcə onun ingilis funtuna nisbəti də dəyişirdi. 1603-cü ildə Şotlandiya kralı I Yakov İngiltərənin kralı olduqdan sonra 1 funt sterlinq 12 şotland funtuna bərabər edildi. 1707-ci ildə Uniya haqqında Akt qəbul edildikdən sonra şotland funtu dövriyyədən çıxarıldı.

Şotlandiya banklarının əskinazları[redaktə | mənbəni redaktə et]

Müstəqil dövlət olmasa da, Şotlandiyanın üç bankı öz əskinazlarını buraxmaq hüququna malikdir. Onlar "Şotland funtu" adlanmasalar da, funt sterlinq kimi nominala malikdirlər. Rəsmi tədavül vasitəsi olmasalar da Böyük Britaniya ərazisində qəbul edilirlər.

Mənbə[redaktə | mənbəni redaktə et]