Şuşa yaxınlığında Mi-8 helikopterinin vurulması — Vikipediya

Şuşa yaxınlığında Mi-8 helikopterinin vurulması
Mülki Mi-8 helikopterinin ümumi görünüşü
Mülki Mi-8 helikopterinin ümumi görünüşü
Ümumi məlumatlar
Tarix
Yer Şuşa rayonu, Azərbaycan
Sərnişin sayı 41
Komanda 3
Yaralı sayı 0
Ölü sayı 44
Helikopter
Helikopter modeli "Mİ-8"
Havayolu şirkəti
Qalxma yeri Ağdam, Azərbaycan
İstiqamət Şuşa

Şuşa yaxınlığında Mi-8 helikopterinin vurulması1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki helikopterinin erməni terrorçuları tərəfindən[1] Xankəndi istiqamətindən Stinger[2] raketi ilə vurulması hadisəsi. Terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş vermiş, hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olmuşdur.[3]

Hadisədən əvvəl[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Qarakənd faciəsi

Hadisədən iki ay əvvəl - 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" helikopterini atəşə tutması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olmuşdular. Həlak olanların arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev vardı. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olmuşdu.[3]

Həlak olanların siyahısı[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 28 yanvar 1992-ci il. "Ağdam-Şuşa" marşrutu ilə uçan "Mİ-8" mülki helikopteri Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulmuşdur. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası
  2. "Milli Qəhrəmanın qızı atasının şəhid olduğu məkanda: "Şuşanın hər qarışı mənə atamı xatırladır" - VİDEO". Oxu.Az (az.). 2024-01-28. İstifadə tarixi: 2024-01-28.
  3. 1 2 "Ermənilərin Şuşada içərisində qadın və uşaqlar olan vertolyotu vurmasından 23 il ötür" (az.). az.apa.az. 28 Yanvar 2015. 2015-01-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-28.
  4. 1 2 3 "Şəhidlərimiz and yerimiz". "Laçın yurdu". №2(9) ("Bəxtiyar-4" nəşriyyatı): səh.14–15. 2013. (#accessdate_missing_url)
  5. Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 27–28.
  6. "Şəhidlərimiz and yerimiz". "Laçın yurdu". №2(9) ("Bəxtiyar-4" nəşriyyatı): səh.40. 2013. (#accessdate_missing_url)
  7. "Təyyarə qəzasında ölənlərdən biri Milli qəhrəman olan atasının taleyini təkrarladı" (az.). anspress.com. 06.07.2011. 2012-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-28.
  8. Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 252.
  9. "Şəhidlərimiz and yerimiz". "Laçın yurdu". №2(9) ("Bəxtiyar-4" nəşriyyatı): səh.145–146. 2013. (#accessdate_missing_url)

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. Керимли Керим // Журналисты на войне в Карабахе / ред. — Илья Максаков. — М.: Права человека, 2002. — С. 82. — 183 с. — 1000 экз. — ISBN 5-77 12-0236-3.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]