Əşrəf Əliyev (mühəndis) — Vikipediya

Əşrəf Əliyev
Doğum tarixi 4 may 1898(1898-05-04)
Doğum yeri
Vəfat tarixi təq. 1937
Təhsili
Fəaliyyəti alim
Mükafatları "Lenin" ordeni

Əliyev Əşrəf Ağaəli oğlu (4 may 1898, Şuşatəq. 1937) — Azərbaycan Demokratik Respublikası tələbəsi, mühəndis.

Həyatı[redaktə | mənbəni redaktə et]

Əşrəf Əliyev 4 may 1900-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Təhsil aldığı yer kimi Şimalı Qafqazdakı Gimnaziyanı yazmışdır. Öz tərcümeyi halı (Tərcüməsi):

"Mən, Əşrəf Əliyev 04.05.1900-cü ildə Şuşada anadan olmuşam. 1919-cu ildə Vladiqafqaz (Şimalı Qafqaz) Gimnaziyasını bitirmişəm. 1919-cu ildə 1 semestr Rostov Universitetində "Tibb" ixtisası üzrə oxumuşam. 1920-ci ildə ADR-in təqaüdü əsasında Almaniyaya təhsil almag üçün göndərilmişəm. 10.4.1920-ci ildə Frayberq Dağ Mədən Akademiyası daxil olmuşam və indiyə kimi də təhsilimi davam etdirirəm. Mən diplom imtahanlarımın hamısını (1922–23) müvəffəqiyyətlə vermişəm. Mən praktikamı 345 iş növbəsində (345 Schichten) yerinə yetirmişəm.

Diqqətinizə görə təşəkkürlər.

Alieff.

Frayberq, 17.04.1924"

Bu tərcümeyi halını o iki dəfə qələmə almışdır. Onun 20.9.1924-cü ildə yazdığı daha bir məktubunda isə ADR-ın süqutundan sonra bu tələbənin qarşılaşdığı maddi problemi təsvir edilir. Bu məktubunda o, dövlətdən heç bir yardım almadığını və bu səbəbdən işləyib təhsili üçün pul artırmalı olduğunu qeyd etmişdir. Ona görə də, imtahanlarını növbəti semestr verə biləcəyini yazır. Bunun üçün o rektordan icazə almışdır. Sonralar Əşrəf Əliyev 30 yanvar 1925-ci ildə universiteti geodeziya fakültəsi üzrə bitirərək mühəndisixtisasına yiyələnmişdir.

13 ildən sonra SSRİ onun ADR kadrı olduğunu unutmayacaq və repressiya qurbanı edəcəkdi[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-14.