Ələsgər Abdullayev — Vikipediya

Ələsgər Abdullayev
Abdullayev Ələsgər Baba oğlu
Abdullayev Ələsgər Baba oğlu
Ümumi məlumatlar
Digər adı Şəkili Ələsgər
Ləqəbi Şəkili Ələsgər
Doğum tarixi
Doğum yeri Şəki, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, Zaqafqaziya SFSR, SSRİ
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti xanəndə
Janr Muğam
Musiqi aləti qaval
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ələsgər Abdullayev və ya Şəkili Ələsgər (1866, Nuxa1 aprel 1929, Bakı) — Azərbaycan xanəndəsi.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Ələsgər Abdullayev 1866-cı ildə Şəkidə anadan olmuşdur. Uşaq yaşlarından bənnalıq edərək pul qazanmışdır. Keştazlı Həşim Şəkidə olarkən təsadüfən Ə. Abdullayevlə tanış olur. O, Şəkidə olduğu müddətdə ona muğam dərsləri keçmiş, xanəndə kimi formalaşmasında böyük rol oynamışdır. Ə. Abdullayevin digər müəllimi həvəskar xanəndə Bakı taciri Ağa Səid oğlu Ağabala olub.[2]

Şəkili Ələsgər 1902–1903-cü illərdə Bakıda keçirilən 1-ci, 2-ci və 3-cü "Şərq konsertləri"-ndə iştirak etmiş, "Çahargah", "Şüştər", "Bayatı-Şiraz" muğamlarını ifa etmiştir. O, eyni zamanda Bakıda verilən teatr tamaşalarının fasilələrində, "Nicat" cəmiyyətinin təşkil etdiyi "Şərq gecələri"-ndə yaxından iştirak edib.[3]

1912–1918-ci illərdə Orta Asiya, İranTürkiyənin müxtəlif şəhərlərində Ə. Abdullayevin konsertləri baş tutmuşdur. İran məclislərinin birində ifasına görə şah tərəfindən medalla mükafatlandırılmışdır.

Ələsgər Abdullayev 1913–1914-cü illərdə "Sport-Rekord" və "Ekstrafon" səhmdarlar cəmiyyətləri tərəfindən TiflisKiyev şəhərlərinə dəvət olunmuşdur. O, tarzənlərdən Qurban Pirimovun, Tevosun, kamançada isə Saşa Oqanezaşvili və Moses Quliyansın müşayiətləri ilə "Çahargah", "Rast", "Mahur–Hindi", "Zabul-Segah", "Rahab", "Şüştər", "Hasar" və s. muğamları, bir sıra Azərbaycan, gürcü və erməni mahnılarını vala yazdırır.[4] Uzun illər tarzən Şirin Axundovun müşayiəti ilə çıxış etmişdir.[5] Ələsgər "Rahab" oxumaqda xüsusilə məşhur idi. Azərbaycan musiqi tarixində xanəndə Dəli İsmayıldan sonra Ələsgər "Rahab" oxumaqda birinci sayılırdı.

Ə. Abdullayev Cabbar Qaryağdıoğlu ilə birlikdə həkim İoanesyanın təşkil etdiyi birinci Şərq orkestrinin tərkibində Bakı zəhmətkeşləri qarşısında çıxış etmişdi. Bundan əlavə o, tarzən Qurban Pirimov və kamançaçı Armenak Şuşinski ilə birlikdə Bakının yay klublarında, "Şərq musiqisi gecələri"-ndə ifa edib. Xanəndə Azərbaycan radiosunun musiqi verilişlərində də yaxından iştirak etmişdi.

Şəkili Ələsgər 1 aprel 1929-cu ildə Bakıda vəfat etmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Энциклопедия Азербайджанского Мугама. Баку: "Шарг-Гарб". 2012. səh. 33.
  2. "Bənna köməkçisi olan məşhur xanəndə - Ələsgər Abdullayev" (az.). 2019-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  3. I // Azərbaycan Milli Ensiklopediyası. Bakı. 2019. səh. 29.
  4. "Ələsgər Abdullayev - 145. Səsin möcüzəsi, sənətin zirvəsi" (az.). 2019-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  5. "Şəkili Ələsgər — Ələsgər Baba oğlu" (az.). 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.