Əli İbrahimov — Vikipediya

Əli İbrahimov
10 aprel 1970 – 22 yanvar 1981
ƏvvəlkiƏnvər Əlixanov
SonrakıHəsən Seyidov
23 oktyabr 1965 – 10 aprel 1970
ƏvvəlkiƏsgər Orucov
Sonrakıİsmayıl İbrahimov
Zaqafqaziya iqtisadi rayonu Plan Komissiyasının sədri
1963 – 1965
Azərbaycan SSR Dövlət Plan Komissiyasının sədri
27 may 1950 – 18 aprel 1953
ƏvvəlkiMusa Əliyev
SonrakıHəsən Seyidov
9 mart 1954 – 13 aprel 1964
ƏvvəlkiHəsən Seyidov
SonrakıMikayıl Allahverdiyev
Azərbaycan SSR Dövlət Plan Komissiyası sədrinin birinci müavini
18 aprel 1953 – 9 mart 1954
SədrHəsən Seyidov
Şəxsi məlumatlar
Doğum tarixi 1 (14) oktyabr 1913
Doğum yeri
Vəfat tarixi 16 fevral 1990(1990-02-16) (76 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Əmək igidliyinə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
İmzanın şəkli

Əli İsmayıl oğlu İbrahimov (1 (14) oktyabr 1913, Üst-Kara[d]16 fevral 1990, Bakı) — sovet partiya və dövlət xadimi, 1970–1981-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri, 6–10-cu çağırış SSRİ Ali Sovetinin deputatı, Sovet İttifaqı Kommunist Partiyası MK üzvlüyünə namizəd (1971–1981).

Həyatı[redaktə | mənbəni redaktə et]

İlk illəri və təhsili[redaktə | mənbəni redaktə et]

Əli Ibrahimovun baba və nənələri 1860–1870-ci illərdə Sibirə sürgün edilmişdir. İnqilabi hərəkatda iştirak edən atası İsmayıl kişi 1919-cu ildə ağqvardiyaçılar tərəfindən öldürülmüşdür.

Əli İbrahimov Rusiya imperiyasının Zabaykal vilayətindəki Nerçinsk-Zavodsk mahalının Üst-Kara kəndində kəndli ailəsində dünyaya gəlmişdir. Atası və anası da Sibirdə doğulmuş və orada yaşamışlar. Orta təhsilini kənd məktəbində alan Əli 1929-cu ildə buranı bitirmiş və elə həmin il ailəsi ilə birlikdə Bakıya köçmüşdür. Bakıda o, Bakı mexaniki texnikumuna daxil olmuş və 1932-ci ildə buranı texnik-mexanik peşəsi ilə bitirərərk Leytenant Şmidt adına zavodda əmək fəaliyyətinə başlamışdır.

1932–1937-ci illərdə Azərbaycan Sənaye İnstitutunun "Mexanika" fakültəsində təhsil almış və buranı mühəndis-mexanik ixtisası üzrə bitirmişdir. 1938–1940-cı illərdə sovet ordusunun Sakit okean donanmasın hərbi xidmət keçmişdir. 1941–1943-cü illərdə 1 May adına Bakı maşınqayırma zavodunda baş mühəndis, 1943–1945-ci illərdə Kirov adına Bakı qazma dəzgahları zavodunda direktor olmuşdur.

1945–1946-cı illərdə Bakı Partiya Komitəsi katibinin maşınqayırma sənayesi üzrə müavini, 1946–1948-ci illərdə "Azneftmaş" trestinin rəhbəri vəzifələrində çalışmışdır.

Dövlət xidmətində[redaktə | mənbəni redaktə et]

1948–1950-ci illərdə Əli İbrahimov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi katibinin müavini, sənaye və nəqliyyat şöbəsinin müdiri olmuşdur. 1950–1953-cü illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Plan Komissiyasının sədri, 1953–1954-cü illərdə respublika Dövlət Plan Komitəsi sədrinin birinci müavini, 1954–1964-cü illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədri, 1963–1965-ci illərdə Zaqafqaziya iqtisadi rayonunun Plan Komissiyasının sədri, 1965–1970-ci illərdə isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmışdır.

1970–1981-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinə sədrlik etmiş və SSRİ Nazirlər Sovetinin üzvü olmuşdur. 1981-ci ilin yanvarında təqaüdə çıxmışdır.

Dəfələrlə Azərbaycan Kommunist Partiyası MK və Sovet İttifaqı Kommunist Partiyası MK üzvlüyünə namizəd, Azərbaycan Kommunist Partiyası MK və bürosunun, Azərbaycan Ali Soveti rəyasət heyətinin üzvü, plenum, konfrans və qurultayların nümayəndəsi, SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

4 dəfə "Lenin" ordeni, 3 dəfə "Qırmızı əmək bayrağı" ordeni və müxtəlif medallarla təltif olunmuşdur.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Atası Məşədi İsmayıl Bəylər oğlu Behbudov — 1880-ci ildə Çita vilayətinin Ust-Karsk şəhərində anadan olmuşdu. Əslən Füzuli rayonunun Aybasanlı kəndindəndir. O, gimnaziyada oxumuş, sonra Dağ-mədən Akademiyasına qəbul olmuşdu. Akademiyanı tamamlayandan sonra qızıl mədənlərində çalışmışdı. O, 1903-cü ildə doğma kəndinə baş çəkmiş, qohum-əqrəbası ilə görüşmüşdü. Buradan Xorasana yollanmış, Məşədi-müqəddəsi ziyarət etmişdi. Ziyarətdən sonra Çita vilayətinə dönmüşdü. Məşədi İsmayıl Arəstə xanımla ailə qurmuşdu. Əli adlı oğlu, Leyla xanım və Bilqeys adlı qızları vardı[1].

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ənvər Çingizoğlu, Qayibalılar tayfası, , "Soy" dərgisi, 5 (13) 2008.