Əli Hüseynli — Vikipediya

Əli Hüseynli
bayraq
Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin 1-ci müavini
bayraq2
SədrKorrupsiya ilə Mübarizə Parlamentarilərin Qlobal Təşkilatının Azərbaycan Bölməsi

°

Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyası
Şəxsi məlumatlar
Doğum tarixi (55 yaş)
Doğum yeri
Partiya Yeni Azərbaycan Partiyası
Təhsili Bakı Dövlət Universiteti
İxtisası Hüquq
Fəaliyyəti siyasətçi
Uşağı 2

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əli Məhəmməd oğlu Hüseynli (8 oktyabr 1968, Bakı) — Milli məclisin deputatı Milli Məclis sədrinin 1-ci müavini[1], Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri[2] Hüquq elmləri namizdədi.

Həyatı[redaktə | mənbəni redaktə et]

  • Əli Hüseynli 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Bakı şəhəri, Binəqədi rayonu 135 saylı orta məktəbi bitirmişdir.
  • 1985–1986-cı illərdə Rusiyanın Kalinin vilayəti "Kalininselstroy" tikinti idarəsində fəhlə işləmişdir.
  • 1987-ci ildə Kalinin Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur.
  • 1988–1989-cu illərdə hərbi xidmətdə olmuşdur.
  • 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.
  • 1991–1995-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsində, 1995–1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, 1996–2000-ci illərdə isə Azərbaycan Respublikasının Milli Məclisində müxtəlif vəzifələrdə çalışmışdır.
  • Hal-hazırda Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədridir.[3]
  • Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının üzvü olub.
  • Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür.[4]

Ailəlidir, 2 övladı var.

Beynəlxalq fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyəti rəhbərinin müavinidir.

Korrupsiya ilə Mübarizə Parlamentarilərin Qlobal Təşkilatının Azərbaycan Bölməsinin sədridir.

Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasın sədridir.[5]

Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.[6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Milli Məclisi Sədrinin birinci müavini".
  2. "Hüquq siyasəti və dövlət quruculuğu komitəsi". 2023-08-31 tarixində arxivləşdirilib.
  3. "Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası". 2023-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-01.
  4. "Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi".
  5. "Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyası həmsədri". 2023-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-01.
  6. "Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu". 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-01.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

https://meclis.info/deputy/li-huseynli/

https://www.facebook.com/AliHuseynliOfficial/

https://azertag.az/xeber/milli_meclisin_novbedenkenar_iclasinda-983831

https://mys.gov.az/en/sport/sports-federations/43/azrbaycan-peyntbol-federasiyasi

https://oxu.az/politics/100083