Əli Razi Şəmçizadə — Vikipediya

Əli Razi
Şəmçizadə Əli Razi Məşədi Yəhya oğlu
Doğum tarixi 1886
Doğum yeri
Vəfat tarixi 1939
Milliyyəti Azərbaycanlı
Həyat yoldaşı Zümrüd Şəmçizadə
Uşaqları Ziyəddin Şamçızadə, (1912) Ayaz Musayev (1935)
Anası Məsmə Əlbaba qızı
Fəaliyyəti şair
Əli Razi
Vikimənbənin loqosu Əli Razi Şəmçizadə Vikimənbədə

Əli Razi Şəmçizadə və ya Şəmçizadə Əli Məşədi Yəhya oğlu (1886, Yelizavetpol1939) — azərbaycanlı şair, publisist, jurnalistAYB-nin üzvü. Böyük təmizləmə zamanı məhkum edilmiş və həbsdə olarkən vəfat etmişdir.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Şəmçizadə Əli Məşədi Yəhya oğlu 1886-cı ildə Azərbaycanın Yelizavetpol (indiki Gəncə) şəhərinin Əttarlar məhəlləsində anadan olmuşdur. Ata-baba sənətinə görə özünə Şəmçi təxəllüsünü götürüb.[2]

Təhsili[redaktə | mənbəni redaktə et]

Əli Razi ilk təhsilini Gəncə mədrəsəsində aldıqdan sonra Gəncə Rus-Tatar məktəbini bitirmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əli Razi 1906-cı ildə "Molla Nəsrəddin" jurnalında müxtəlif imzalarla yazılar və şerlər dərc etdirmişdir. Bir müddət Dağıstanda sürgün həyatı yaşamışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə kəşfiyyat xidmətində fəaliyyət göstərmişdir.[2]

Sovet hakimiyyəti illərində "Yeni Gəncə", "Qızıl Talış" (Lənkəran), "Mədəni hücum (Bakı) qəzet və jurnallarında məsul katib, redaktor işləyib. Firdovsinin "Şahnamə"sindən tərcümələr edib. Azərbaycan Yazıçılar İttifaqının Gəncə şöbəsinin məsul katibi seçilib (1934). "Dabanıçatdax xala və heyvərə" (1912), "Dabanıçatdax xala" (1936), "Seçilmiş əsərləri" (1936), "Nalələrin, fəqanların" (1992) kitablarının müəllifidir.[3]

1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqının Gəncə şöbəsinin məsul katibi seçilmişdir.

Repressiyası[redaktə | mənbəni redaktə et]

Cəza tədbirləri illərində həbs olunub və ölüm hökmü verilib. Artıq şairi həbs etmək üçün 8 yanvar 1937-ci il tarixdə Kirovabad (Gəncə) şəhər Dövlət təhlükəsizlik müstəntiqi Məmməd Məmmədov tərəfindən hazırlanan qərar şəhər təhlükəsizlik idarəsinin rəisi, baş leytenant Qamrekeliyə təsdiqə təqdim edilir. Əli Razinin həbsi üçün order yazılır. Azərbaycan SSR prokuror köməkçisi, şöbə rəisinin müavini Yaravoy, Respublika prokuror əvəzi Pinkis ilə razılaşdırılaraq 2 mart 1937-ci ildə qərara alır: "Əli Razi Şəmsizadənin Azərbaycan SSR 75-ci maddəsinə əsasən işi dayandırılsın. 11251 saylı işi arxivin VIII şöbəsinə göndərilsin və həbsdən azad edilsin…" Əli Razinin sevinci uzun sürmür. Yalnız həbsdən azad edilməsindən 3 ay 27 gün keçdikdən sonra artıq Ə.Razini evdən aparmağı məqsədəuyğun saymırlar, onu 29 iyul 1937-ci il tarixdə XDİK-ya şahid qismində dəvət edərək, həbs ediblər. Həmin gün də Əli Razinin həbsi üçün 155-saylı order yazılıb. Azərbaycan SSR prokuror köməkçisi, şöbə rəisinin müavini Yaravoy, Respublika prokuror əvəzi Pinkis ilə razılaşdırılaraq 2 mart 1937-ci ildə qərara alıb: "Əli Razi Şəmsizadənin Azərbaycan SSR 75-ci maddəsinə əsasən işi dayandırılsın. 11251 saylı işi arxivin YIII şöbəsinə göndərilsin və həbsdən azad edilsin…" 7 yanvar 1938-ci ildə Şəmsizadə Əli Razi Yəhya oğlunun Azərbaycan cinayət məcəlləsinin 64, 70, 73 maddələri ilə işinə baxılıb və aşağıdakı qərar çıxarılıb: "1936-cı ildən əksinqilabi fəaliyyəti, terrorçuluq, diversiya (təxribatçılıq) ilə burjua-millətçi təşkilatın üzvü kimi, həmçinin silahlı üsyana hazırlıq görülməsində Sovet hökumətinə qarşı apardığı təbliğata görə güllələnməyə məhkum edilir."[1]

Şair, publisist, dramaturq, mühərrir Şəmçizadə Əli Razi Məşədi Yəhya oğlu SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 7 yanvar 1938-ci ildə I kateqoriya ilə həbs edilərək, 8 yanvar 1938-ci ildə Nargin adasında güllələnmişdir.

Bir digər iddiaya görə isə o, 1939-cu ildə vəfat etmişdir.

Həyat yoldaşı Şəmçizadə Zümrüd Məhəmməd qızı 28 yanvar 1938-ci ildə vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək, 3 fevral 1938-ci ildə yaşayış yerini tərk etməmək barədə ondan iltizam alınmışdır. Şəmçizadə Zümrüd Məhəmməd qızı hamilə olduğu üçün ona qarşı repressiya dayandırılmışdır.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Əli Razi Şəmçizadə". www.ens.az. 2020-02-25 tarixində orijinalından arxivləşdirilib.
  2. 1 2 3 "Şəmçizadə Əli Məşədi Yəhya oğlu". ganca.org. 2021-05-11 tarixində arxivləşdirilib.
  3. "Əli Razi Şəmçizadə". huseyncavid.wordpress.com. 25 fevral 2020 tarixində arxivləşdirilib.

Mənbə[redaktə | mənbəni redaktə et]