Əlirza Atayev — Vikipediya

Əlirza Atayev
Atayev Əlirza Əsgər oğlu
Həbs edilmiş Atayevin şəkli
Həbs edilmiş Atayevin şəkli
Doğum tarixi 1898
Doğum yeri
Vəfat tarixi 1962
Vəfat yeri

Atayev Əlirza Əsgər oğlu (1898, Yelizavetpol1962, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti dəftərxanasının rus dili üzrə redaktoru (1919-1920), görkəmli elm təşkilatçısı, həkim (mama-ginekoloq), tibb elmləri doktoru (1930), professor (1936).[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Atayev Əlirza Əsgər oğlu 1898-ci ildə Gəncə şəhərində anadan olmuşdur.

Təhsili[redaktə | mənbəni redaktə et]

Gəncə rus-tatar (Azərbaycan) gimnaziyasında təhsil almış, 1917-ci ildə Tiflis ali kurslarının tələbəsi olmuşdur. Təhsilini davam etdirmək üçün 1921-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının təqaüdçüsü kimi 1-ci Moskva Dövlət Universitetinin tibb fakültesinə göndərilmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Hələ 1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti dəftərxanasının rus dili üzrə redaktoru olmuşdur.[2]

Universiteti bitirdikdən sonra 3-cü Moskva Dövlət Universitetinin kafedrasında bir il ordinator işləmiş, sonra Azərbaycan hökuməti tərəfindən gənc mütəxəssislərdən ibarət qrupun tərkibində ixtisasını təkmilləşdirmək üçün Almaniyaya göndərilmiş, 2 il Leypsiq Universitetinin mamalıq-ginekologiya klinikasında çalışmışdır. 1925-ci ildə Bakıya qayıtdıqdan sonra qadın, ana və uşaqların sağlamlığının mühafizəsinə dair Azərbaycan dilində ilk dəfə məqalələr yazmış, 1000 sözdən ibarət mamalıq-ginekologiya terminləri lüğətini nəşr etdirmişdir.

Atayev 1936-ci ildə Azərbaycan Tibb İnstitutunun mamalıq və ginekologiya kafedrasının professoru seçilmiş, Xalq Səhiyyə Komissarlığı Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasının müdiri təyin olunmuşdur. 1937-ci ildə repressiyaya məruz qalmış, 8 il müddətinə Sibirə (Maqadan) sürgün olunmuşdur. Sürgündən sonra MaqadandaPenzada şəhər xəstəxanasında və sanitar idarəsində işləmişdir. 1948-ci ildə SSRİ Səhiyyə Nazirliyi tərəfindən Penza vilayət xəstəxanasına məsləhətçi göndərilən Atayev tezliklə Penza vilayətinin baş mama-ginekoloqu seçilir və burada onun təşəbbüsü ilə Ümumittifaq mamalıq və ginekoloqlar elmi cəmiyyətinin filialı yaradılır. 1956-ci ildə Atayevə bəraət verilmiş, lakin o, ağır xəstəliyə tutulduğundan elmi fəaliyyətini dayandırmalı olmuşdur.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Əlirza Atayevin Oqtay və Rəna adlı iki övladı olmuşdur.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Житие профессора Атаева, газ. ―Вышка‖, 1990, 13 мая;
  • Али Рза Аскер оглы Атаев – 100 лет, "Sağlamlıq", №10, Б., 1998.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Gəncənin ilk mama-ginekoloqu". ganca.org. 2021-04-22 tarixində arxivləşdirilib.
  2. "Maqadana minlərlə azərbaycanlı sürgün olunub". www.anl.az.