Ənvər Yusifoğlu — Vikipediya

Ənvər Yusifoğlu
Ənvər Yusif oğlu Qasımov
Doğum tarixi 15 yanvar 1914(1914-01-15)
Doğum yeri
Vəfat tarixi 4 mart 1989(1989-03-04) (75 yaşında)
Vəfat yeri
Fəaliyyəti yazıçı

Ənvər Yusifoğlu (15 yanvar 1914, Yevlax, Cavanşir qəzası4 mart 1989, Bakı) — Azərbaycan yazıçısı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Ənvər Yusifoğlu (tam adı və soyadı Ənvər Yusif oğlu Qasımov) 15 yanvar 1914 ildə Yevlaxda anadan olmuşdur. Əslən Ordubaddandır.

Ənvər Yusifoğlu Tiflis pedaqoji texnikumunda oxumuşdur. "Yeni kənd" (Tiflis), "Kommunist" (Bakı) qəzetlərində ədəbi işçi, Azərbaycan İncəsənət Muzeyində elmi işçi işləmişdir.

Ənvər Yusifoğlu 1937 ildə həbs edilmiş, altı ay Hüseyn Cavidlə bir kamerada qalmışdır. 9 aydan sonra buraxılsa da, 1938 ildə yenidən həbs olunaraq, 10 il müddətinə Sibirə sürgün edilmişdir.

Ənvər Yusifoğlu sürgündən qayıtdıqdan sonra Balakən taxta emalı zavodunda fəhlə (1950–1956), "Ədəbiyyat və incəsənət" (indiki "Ədəbiyyat") qəzetində, "Azərbaycan" jurnalında ədəbi işçi (1957–1965) vəzifələrində çalışmışdır.

Ənvər Yusifoğlu 4 mart 1989 ildə Bakıda vəfat etmişdir.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Ənvər Yusifoğlu ədəbi yaradıcılığa 30-cu illərin əvvəllərində başlamışdır. "Cərrahlar" (1967), "Gənclik illərinə sayahət" (1976) povestlərinin, "Düşmənimin düşməni" (1978) romanının, hekayə toplularının müəllifidir. Sənətşünaslığa dair "Maral Rəhmanzadə" (Bakı, 1968) adlı kitabın müəllifidir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Naxçıvan ensiklopediyası. Bakı, 2002