Ərdəbil məscidi (Quba) — Vikipediya

Ərdəbil məscidi
Məscidin kitabəsi
Xəritə
41°21′51″ şm. e. 48°30′54″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Quba şəhəri
Yerləşir Fətəli xan küçəsi 113
Tikilmə tarixi 1894-1895
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ərdəbil məscidiQuba şəhərində Fətəli xan küçəsi 113 ünvanında yerləşən XIX əsrə aid məscid. Məscid sovet işğalından sonra taxıl anbarı və arxiv kimi istifadə edilib. Binada baş verən yanğından sonra bir müddət istifadəsiz qalıb. Azərbaycan müstəqlliyini bərpa etdikdən sonra isə təmir edilib. Hazırda ibadətə açıqdır.[1]

Haqqında[redaktə | mənbəni redaktə et]

Ərdəbil Məscidi Fətəlixan, Ərdəbil və Şah İsmayıl Xətai küçələrinin kəsişməsində yerləşir. Cənub fasadında olan yazıda göstərilir ki, məscid hicri-qəməri təqvimi ilə 1312-ci ildə — miladi 1894–1895-ci illərdə tikilib. Bir iri otaqdan ibarət olan məscid, bişmiş kərpicdən tikilib. Məscidin içəri hissəsinin ümimi sahəsi 13x15 metrdir. Planda kvadrat olan abidə çadırvari örtüklə bitir. İbadət zalının planı düzbucaqlıdır. "Ərdəbil" məscidinin binası tamamilə bişmiş qırmızı kərpicdən tikilib. Məscid bir iri otaqdan ibarətdir. Tikili 4 üzlü prizma şəklindədir, 9 pəncərəsi, 1 qapısı var. Tavanı düzbucaqlı formadadır və taxta ilə işlənib. Tavan 4 taxta sütun üzərində dayanıb. İbadət zalı hər cərgədə 2 ədəd olmaqla iki cərgə sütunlarla üç hissəyə bölünüb. Mehrabın hündürlüyü 2,5 metrdir. Minbər doqquzpilləlidir və şam ağacından düzəldilib. Məscidin qadınlar şöbəsi ikinci mərtəbədə yerləşir. Sahəsi 3x15 metrdir. Yerdən məscidin günbəzinə qədər olan hündürlük 12 metrdir.[2] Sovet işğalından sonra məscidin binasından anbar və arxiv binası kimi istifadə olunub.1980-ci illərdə elektrik xəttində baş vermiş qəza nəticəsində məscidin binası yanıb. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra məscid təmir edilib. Sonradan insanlar tərəfindən köməkçi otaqlar, dəstamaz almaq üçün ayrıca yer tikilmiş, məscidin ətrafına hasar çəkilmişdir. Hazırda məscid ibadətə açıqdır.[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Qubanın XIX əsr abidələri" (az.). anl.az. 20.11.2013. 30.01.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.09.2021.
  2. İlqar Balakişiyev. "Qubanın tarixi məscidləri" (az.). shahdagpeoples.az. 20.02.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.09.2021.
  3. "Qubanın tarixi abidələri" (az.). zeka.az. 25.07.2011. 18.03.2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.09.2021.