Əski İqriq — Vikipediya

Əski İqriq
41°19′01″ şm. e. 48°30′08″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 695 m
Saat qurşağı
Əhalisi
Əhalisi 356 (2009) nəfər
Digər
[http:// ]
Xəritəni göstər/gizlə
Əski İqriq xəritədə
Əski İqriq
Əski İqriq

Əski İqriq və ya Əski İqrığAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.

Toponimikası[redaktə | mənbəni redaktə et]

Əski İqrığ oyk, mür. Quba r-nunun Quba şəhər i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Oykonim əski (köhnə, qədim) və İqrığ (kənd adı) komponentlərindən düzəlib "köhnə İqrığ kəndi" deməkdir.[1]

Turizmi[redaktə | mənbəni redaktə et]

Kənddə beşulduzlu "Quba Palace Azerbaijan"' oteli fəaliyyət göstərir.[1] Otelin tikintisinə 2011-ci ilin aprelində başlanmış, açılışı 20 dekabr 2013-cü ildə olmuş və açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.[2] Otel kompleksi yeddimərtəbəli əsas binadan, 16 villadan, üç restoran və bir gecə klubundan, əyləncə parkından, qolf sahəsində və digər müasir xidmət obyektlərindən ibarət olmaqla 210 hektar ərazini əhatə edir.[2] Oteldə tennis kortu, voleybol, basketbol, mini futbol sahələri və ərazisi 68 hektar olan qolf sahəsi də yaradılmışdır. Villalar 7 otaqdan ibarətdir.[2]

Əhalisi[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. 2,0 2,1 2,2 İlham Əliyev “Rixos Quba Azerbaijan” otel kompleksinin açılışında iştirak etmişdir Arxivləşdirilib 2021-10-22 at the Wayback Machine president.az  (az.)
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629