Azərbaycan etirazları (2011) — Vikipediya

2011 Azərbaycan etirazları
Yer Azərbaycan Azərbaycan
Tarix 2011
Səbəb Korrupsiya, işsizlik, minimum əmək haqları, siyasi repressiyalar
Əsas məqsəd Demokratik reformalar, siyasi məhbusların azad edilməsi, İlham ƏliyevArtur Rəsizadənin istefası.[1][2]
Həbs olunanlar 469+[3][4][5]

2011 Azərbaycan etirazları — Azərbaycanda 2011-ci ilin mart ayının 11-dən başlamış aksiya və mitinqlər. Aksiyaçılar İlham Əliyevın istefasını və siyasi məhbusların azadlığını tələb edirlər. Keçirilmiş aksiyalar polis qüvvələri tərəfindən dağıdılmış və 469-dan çox aksiyaçı həbs olunmuşdur.

Avropa Şurası, ABŞ Dövlət Departamenti, Amnesty International və digər qurumlar Azərbaycan Hakimiyyətini siyasi məhbusları azad etmək və azad toplaşmaq hüququnu təmin etməyi tələb edib[6]

Siyasi məhbuslar[redaktə | mənbəni redaktə et]

Potensial siyasi məhbusların [7] siyahısı:

Gənc fəallar:

  1. Cabbar Savalan (AXCP gənclər təşkilatının fəalı) AR CM-in 234.1-ci (qanunsuz narkotik saxlamaq) maddəsi ilə ittiham olunur;
  2. Bəxtiyar Hacıyev (keçmiş deputatlığa namizəd) CM-in 321.1-ci (hərbi xidmətdən yayınma) maddəsi ilə ittiham olunur.

Azərbaycan islam partiyasının liderləri və üzvləri:

  1. Mövsüm Səmədov (AİP lideri);
  2. Vaqif Abdullayev (AİP sədr müavini);
  3. Dəyanət Səmədov;
  4. Firdovsi Məmmədrzayev;
  5. Ruhulla Axundzadə (AİP Astara təşkilatının sədri);
  6. Yusif Fəxrəddin oğlu Ələkbərov (AİP Gəncə təşkilatının sədri, barəsində axtarış elan olunub);
  7. Fəramiz Abbasov - Masallı rayonunun Hil kəndinin axundu;
  8. Zülfüqar Mikayılzadə.

2 aprel mitinqının iştirakçıları:

  1. Arif Hacılı (Müsavat Partiyasının sədr müavini);
  2. Fuad Qəhrəmanlı (AXCP sədr müavini, azadlıqda olsa da, hələ polisin nəzarəti altındadır);
  3. Tural Abbaslı (Müsavat Partiyası gənclər təşkilatının rəhbəri);
  4. Məhəmməd Məcidli (AXCP sədr müavini);
  5. Sahib Kərimov (AXCP);
  6. Babək Həsənov (AXCP);
  7. Elşən Həsənov (Müsavat);
  8. Ülvi Quliyev (bitərəf);
  9. Zülfüqar Eyvazov (AXCP);
  10. Arif Alışlı (AXCP);
  11. Əhəd Məmmədli (Müsavat)
  12. Rüfət Hacıbəyli (Müsavat)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycanda polis: aksiya iştirakçılarının həbsləri". 2011-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-16.
  2. "Ərəb dünyasının inqilabları Azərbaycanın qapısını döyür". 2011-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-16.
  3. "Azərbaycan: 200 dən çox aksiya iştirakçısı həbs olunub. Los Angeles Times". 2011-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-16.
  4. "Azərbaycan polisi aksiyanın qarşısını aldı. The Daily Star". 2012-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-16.
  5. Azərbaycan polisi 23 aksiyaçını həbs edib. Tehran Times[ölü keçid]
  6. "Azerbaijan urged to stop targeting peaceful protesters". 2011-04-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-16.
  7. "25 potensial siyasi məhbusun siyahısı açıqlandı". 2011-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-17.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]