Ağasəfər Mustafayev — Vikipediya

Ağasəfər Mustafayev
Ağasəfər Hüseynqulu oğlu Mustafayev
Doğum tarixi
Doğum yeri Tiflis, Rusiya imperiyası

Ağasəfər Hüseynqulu oğlu Mustafayev (9.1.1894, Tiflis - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulmuş tələbələrdən biri.

Həyatı[redaktə | mənbəni redaktə et]

İkinci Bakı kişi gimnaziyasını bitirmiş (1913), 1918-ci ilədək Rusiyanın Don (Novoçerkassk) Universitetinin fizika-riyaziyyat şöbəsində 3 il oxumuş, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb, geri qayıtmağa məcbur olmuşdu. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Rusiyaya göndəriləcək tələbələrin siyahısına daxil edilmişdir. Lakin Vətəndaş müharibəsi ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətdə oraya tələbə göndərmək mümkün olmamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]