Ağasəlim Abdullayev — Vikipediya

Ağasəlim Abdullayev
Ümumi məlumatlar
Doğum adı Ağasəlim Sahib oğlu Abdullayev
Doğum tarixi 15 oktyabr 1950(1950-10-15) (73 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti Tarzən
Janr Muğam
Musiqi aləti tar
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2007

Ağasəlim Sahib oğlu Abdullayev (15 oktyabr 1950, Nardaran) — Azərbaycanın mahir tar ifaçısı, Azərbaycanın Respublikasının xalq artisti (2007), Prezident təqaüdçüsü (2019).

Həyatı[redaktə | mənbəni redaktə et]

Abdullayev Ağasəlim Sahib oğlu 15 oktyabr[1] 1950-ci ildə anadan olub.[2]

Baba Salahov adına Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəridir.

Azərbaycan muğamlarını ən klassik, ən düzgün yol ilə ifa edən tarzən hesab olunur.

Süleyman Ələsgərovun "Daimi hərəkət" əsərinin tarda ilk ifaçısıdır.

Mahir tarzən Ağasəlim Abdullayev həm də mahir pedaqoqdur. Azərbaycan mədəniyyətini, musiqisini dünyanın dörd bir yanında təmsil edən, ən çox tanınan tarzənlər — Sahib Paşazadə, Şəhriyar İmanov, Bəhruz Zeynal və bir çox tarzənlər onun tələbələridir. Hazırda pedaqoji fəaliyyətini Azərbaycan Milli Konservatoriyası, Asəf Zeynallı adına musiqi kolleci və Bülbül adına orta-ixtisas musiqi məktəbində davam etdirir.

Mükafatları[redaktə | mənbəni redaktə et]

2007-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülmüşdür.

10 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[3]

Ailəsi[redaktə | mənbəni redaktə et]

A. Abdullayevin 1959-cu il təvəllüdlü[4] həyat yoldaşı Brilyant Abdullayeva[5], oğlu Vüqar Abdullayev[5], nəvəsi 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev[4], gəlini 1984-cü il təvəllüdlü Səadət Abdullayevadır[2].

15 mart 2014-cü il gecə saatlarında Suraxanı rayonu ərazisində, Zığ şossesində baş verən qəzada mahir tar ifaçısı Ağasəlim Abdullayev özü, avtomobili idarə edən oğlu, gəlini və nəvəsi ağır xəsarət alıb, həyat yoldaşı və daha bir azyaşlı nəvəsi isə həlak olub. Qəza "Mercedes Gelandewagen" və Ağasəlim Abdullayevin oğluna məxsus "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində baş vermişdir[2].

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Nigarançılıq (film, 1998)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Mədəniyyət gündəliyi: xronoqraf > 15 oktyabr — azerbaycanli.org saytı". 2013-04-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-17.
  2. 1 2 3 "Xalq artisti Ağasəlim Abdullayev avtomobil qəzasına düşüb, həyat yoldaşı və azyaşlı nəvəsi ölüb" (az.). az.apa.az. 15 Mart 2014 10:23. 2014-03-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17.03.2014.
  3. President.Az. "Azərbaycan mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  4. 1 2 "Xalq artisti Ağasəlim Abdullayevin düşdüyü yol qəzası ilə bağlı bir nəfər şübhəli şəxs qismində tutulub" (az.). az.trend.az. 16 Mart 2014, 15:27. 2014-03-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17.03.2014.
  5. 1 2 "Tanınmış tarzən Ağasəlim Abdullayev və ailə üzvləri qəzaya düşüb" (az.). contact.az. 2014 Mart 15 (Şəmbə) 13:49:46. 2014-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17.03.2014.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]