Abdulla Babayev — Vikipediya

Abdulla Babayev
Ümumi məlumatlar
Doğum tarixi 1 aprel 1924(1924-04-01)
Doğum yeri
Vəfat tarixi 10 mart 2015(2015-03-10) (90 yaşında)
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni
Fəaliyyət illəri 1959–2011
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1998
"Şöhrət" ordeni — 1996

Abdulla Murtuz oğlu Babayev (1 aprel 1924, Tumbul, Naxçıvan MSSR10 mart 2015) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (1998).

Həyatı[redaktə | mənbəni redaktə et]

Abdulla Murtuz oğlu Babayev 1924-cü il aprelin 1-də Babək rayonunun Tumbul kəndində anadan olmuşdur. 1941-ci ildə orta məktəbi bitirən Abdulla Baba­yev 1959-cu ilə qədər Naxçıvan dəmiryol hissəsində müxtəlif vəzifələrdə çalışmışdır. 19592011-ci illərdə Naxçıvan Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyət göstərən Abdulla Babayev öz repertuarını daim zənginləşdirmiş, Azərbaycan muğamlarının, xalq və bəstəkar mahnılarının mahir ifaçısı kimi böyük tamaşaçı rəğbəti qazanmışdır.[1] Onun ifasında səslənən “Naxçıvan”, “O Naxçıvandır”, “Təki sən səslə məni” mahnıları bu gün də sevilə-sevilə dinlənilir. Abdulla Babayev Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, GürcüstanTürkiyədə qastrol səfərlərində olmuş, Azərbaycan musiqisinin təbliği və yaşadılması istiqamətində mühüm xidmətlər göstərmişdir. Əməyi yüksək qiymətləndirilən Abdulla Babayev 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 1998-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülmüş, 1996-cı ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Abdulla Babayev 2002-ci ildə Prezident təqaüdçüsü olmuşdur.Abdulla Babayev 2015 mart ayının 10-da vəfat etmişdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Mədəniyyət TV. ""O Naxçıvandır" mahnısı ilə məşhur olan Abdulla Babayevin 100 yaşı tamam olub" (az.). Youtube.com. 06.04.2024. 2024-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-07.
  2. "Arxivlənmiş surət". 2017-12-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-16.