Adil Şükürov — Vikipediya

Adil Şükürov
Ümumi məlumatlar
Tam adı Adil Teymur oğlu Şükürov
Doğum tarixi 16 avqust 1977(1977-08-16)[1] (46 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 1.82 m
Mövqeyi müdafiəçi, hücumçu
Klub haqqında məlumat
Klub Azərbaycan Turan Tovuz İK
Vəzifəsi Baş məşqçi
Karyerası
Klub karyerası[* 1]
1992—1993 Azərbaycan AZAL Bakı
1994—1995 Azərbaycan Zabrat Bakı
1995—1997 Azərbaycan Fərid Bakı
1997—1998 Azərbaycan Şəfa Bakı
1997—1998 Azərbaycan Şəfa Bakı
1998—1999 Azərbaycan Bakılı Bakı
1999—2001 Azərbaycan Kəpəz Gəncə
2001—2002 Azərbaycan Şəfa Bakı
2002—2003 Azərbaycan Bakılı Bakı
2003—2005 Azərbaycan Şəfa Bakı
2005—2006 İran Traktor Sazi
2006—2007 Azərbaycan Karvan
2007—2008 Azərbaycan Gənclərbirliyi Sumqayıt
Məşqçisi olduğu klublar
2008—2009 Azərbaycan Azərbaycan (15 yaşlılar) (baş məşqçi)
2010—2011 Azərbaycan Azərbaycan (17 yaşlılar) (baş məşqçi)
2011—2012 Azərbaycan Bakı (14 yaşlılar) (baş məşqçi)
2012—2013 Azərbaycan Bakı (15 yaşlılar) (baş məşqçi)
2013—2014 Azərbaycan Bakı (17 yaşlılar) (baş məşqçi)
2015—h.h. Azərbaycan Zirə (baş məşqçi)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Adil Teymur oğlu Şükürov (16 avqust 1977[1], Laçın) — Azərbaycanın sabiq futbolçusu, Turan Tovuz Futbol Akademiyasının direktoru.

Həyatı[redaktə | mənbəni redaktə et]

Adil Şükürov 16 avqust 1977-ci ildə Laçın rayonunda anadan olmuşdur. Ailəsi Bakıya köçdüyündən, 1984-cü ildə Bakı şəhərində birinci sinfə getmişdir. 1994-cü ildə orta məktəbi bitirir və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olur. Paralel olaraq, məşqlərini də davam etdirir. 1999-cu ildə İdman Akademiyasını bitirib.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Evlidir, 3 qızı var.

Karyerası[redaktə | mənbəni redaktə et]

Futbolçu[redaktə | mənbəni redaktə et]

1985-ci ildən "Neftçi" futbol cəmiyyətində ilk dəfə olaraq Ruslan Abdullayevin rəhbərliyi altında futbolun sirlərinə yiyələnməyə başlamışdır. 1987-ci ildə Ruslan Abdullayev Əlcəzair milli komandasını çalişdırmağa getdiyindən, Adili özündən bir il böyük yaş qrupuna — Pankratov Valeri Pavloviçin rəhbərlik etdiyi "Neftçi" cəmiyyətinin digər komandasına məsləhət görür. Özündən bir yaş böyük uşaqlarla oynamağına baxmayaraq, əsas heyətdə möhkəmlənməyi bacarmış və bu komanda ilə iki il ardıcıl olaraq Bakı şəhər birinciliyinin qalibi olmuşdur. 1989-cu ildə məşqçisi Valeri Pavloviç Moskva şəhərinin Penza rayonunun futbol akademiyasına idman direktoru təyin olduğuna görə, Adili həmkarlar ittifaqı komandasının 1977-ci il təvəllüdlülərindən ibarət komandasına keçməyini məsləhət görür. Bu komandada Xlucin Vitali Stepanovıç və Zalatarov İvan Sirqeyeviçin rəhbərliyi altında bir dəfə Azərbaycan birinciliyinin ikincisi və bir dəfə də Azərbaycan kubokunun qalibi olmuşdur. 1992-ci ildən Azərbaycanın birinci heyətinin "Azal" komandasına və bir il sonra 1993-cü ildə "Neftçi"nin əsas komandasının təlim məşq toplanışlarına Vaqif Sadıqovun rəhbərliyi altında dəvət olunur. "Neftçi"də təlim məşq toplanışlarında hazırlıq keçdikdən sonra həmin komanda ilə müqavilə bağlasa da, yaşının az olması səbəbindən onu "Neftçi"nin ikinci komandası olan "Zabrat" komandasına icarəyə verirlər. Elə həmin il də bu komanda ilə Azərbaycan cempionu olaraq, ölkənin yüksək liqasında oynamaq imkanı qazanır.

1995-ci ilə qədər "Zabrat" komandasında yüksək liqada oynayır. 1995–1997-ci illərdə ölkənin yüksək liqasında oynayan "Fərid" FK-da, 1997–1998-ci il mövsümündə "Şəfa" komandasında, 1998–1999-cu illərdə isə "Bakılı" komandasında oynayır. "Bakılı" komandasında oynayan zaman ölkənin 21 yaşlılardan ibarət milli komandasına dəvət alır.

1999–2001-ci illərdə "Kəpəz" FK ilə Azərbaycan cempionatının gümüş medalını qazanır və ölkə kubokunun qalibi olur. 2001–2002-ci il mövsümündə "Xəzər Universiteti" komandasında, 2002–2003-cü il cempionatında yenidən "Bakılı" komandasinda ölkə kubokunun yarımfinalına qədər irəliləyir. 2003–2005-ci il cempionatında "Şəfa" klubu ilə ölkə çempionatının bürünc medalını qazanır. 2005–2006-cı il mövsümündə Cənubi Azərbaycanın "Traktor Sazi" komandasında oynayaraq İran çempionatında iştirak edən komandalar arasında 4-cü yeri qazanırlar. 2006–2007-ci il çempionatında "Karvan" komandası ilə Azərbaycanda ilk dəfə olaraq UEFA kubokunda mərhələ adlayır. 2007–2008-ci ci il mövsümündə Sumqayıt şəhərinin "Gənclərbirliyi" klubunda futbolçu kimi çıxış etdiyi son komanda oldu.

Peşəkar futbolçu karyerası
Mövsüm Klub Liqa Ölkə
2007 – 2008 MOİK Bakı FK Premyer Liqa Azərbaycan Azərbaycan
2006 – 2007 Karvan İK (Yevlax) Premyer Liqa Azərbaycan Azərbaycan
2005 – 2006 Traktor FK (Təbriz) Premyer Liqa İran İran
2003 – 2005 Şəfa FK Premyer Liqa Azərbaycan Azərbaycan
2002 – 2003 Bakılı PFK Premyer Liqa Azərbaycan Azərbaycan
2001 – 2002 Xəzər Üniversiteti FK (Bakı) Premyer Liqa Azərbaycan Azərbaycan
1999 – 2001 Kəpəz PFK (Gəncə) Premyer Liqa Azərbaycan Azərbaycan
1995 – 2006 187 Matç – 18 Qol Premyer Liqa Azərbaycan Azərbaycan
1994 – 1998 U17/19/21 Milli Komanda Azərbaycan Azərbaycan

Məşqçi[redaktə | mənbəni redaktə et]

2008-ci ildən isə məşqçılık karyerasına başlayır[2]. Elə həmin il AFFA-nın təşkil etdiyi məşqçilik kurslarına qatılır və bu kursu fərqlənmə ilə bitirir. Azərbaycanın 15 yaşlılardan ibarət milli komandasında Alman mütəxəssis Oliver Pelserin yanında köməkçi məşqçi kimi fəaliyyətini davam etdirir[3]. 2009–2010-cu illərdə Oliver Pelserlə birlikdə Azərbaycanın 17 yaşlılardan ibarət komandasında yenidən köməkçi məşqçi kimi işləyir. 2010–2011-ci illərdə isə Azərbaycanın 17 yaşlılardan ibarət milli komandasında baş məşqçi kimi işini davam etdirir[4]. 2011–2012-ci ildən "Bakı" FK-nun 14 yaşlılardan ibarət komandası ilə bürünc, 2012–2013-cü il çempionatında isə baş məşqçi kimi "Bakı" FK-nun 15 yaşlılardan ibarət komandası ilə ölkə çempionatinin gümüş medalını qazanır. 2013–2014-cü il mövsümündə isə "BAKI" FK-nun 17 yaşlılardan ibarət komandasında baş məşqçi kimi ölkə çempionu və ölkə kubokunun qalibi adlarını qazanır.

Bundan sonra əldə etdiyi bütün bu nailiyyətləri nəzərə alaraq, klub rəhbərliyi Adil Şükürovu ən yüksək məşqçilik kateqoryası olan "UEFA PRO" kursuna qatılmağını məsləhət gördü[5]. Bu kurs çərçivəsində Adil ŞükürovunTürkiyənin ən böyük klublarından olan "Fənərbaxça" komandasının uşaq futbolunun strukturunu öyrənir. "BJK"-nın "A" komandasında Slaven Biliçin yanında bir həftə təcrübə keçir.

"Zirə" futbol klubunun baş məşqçisi kimi fəaliyyət göstərmişdir.[6]

Adil Şükürov hal-hazırda "Turan Tovuz" futbol akademiyasının direktoru kimi fəaliyyətini davam etdirir.

Peşəkar məşqçi karyerası
Mövsüm Klub Liqa Ölkə
2021 – 2022 Turan Tovuz İK Futbol Akademiyası Direktor Futbol Akademiyası Azərbaycan Azərbaycan
2019 – 2020 Şüvəlan FK (Bakı) Baş Məşqçi I Divizion Azərbaycan Azərbaycan
2017 – 2019 Zirə FK (Bakı) Futbol Akademiyası Direktor Futbol Akademiyası Azərbaycan Azərbaycan
2015 – 2017 Zirə FK (Bakı) Baş Məşqçi Premyer Liqa Azərbaycan Azərbaycan
2013 – 2015 U17 Bakı FK (Bakı) Baş Məşqçi Bakcell U17 Liqa Azərbaycan Azərbaycan
2012 – 2013 U15 Bakı FK (Bakı) Baş Məşqçi Kapital Bank U15 Liqa Azərbaycan Azərbaycan
2011 – 2012 U14 Bakı FK (Bakı) Baş Məşqçi U14 Liqa Azərbaycan Azərbaycan
2010 – 2011 U17 Baş Məşqçi Milli Komanda Azərbaycan Azərbaycan
2009 – 2010 U17 Köməkçi Məşqçi Milli Komanda (Məşqçi Oliver Pelzer) Azərbaycan Azərbaycan
2008 – 2010 U15 Bakı FC (Bakı) Köməkçi Məşqçi Kapital Bank U15 League (Məşqçi Valeri Şakarov) Azərbaycan Azərbaycan
2008 U15 Köməkçi Məşqçi National Team (Məşqçi Oliver Pelzer) Azərbaycan Azərbaycan

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Adil Shukurov // FBref.com (çd.).
  2. "Bakı"nın məşqçisi millidə[ölü keçid]
  3. "Milli komandamızda 32 yaşlı məşqçi". 2017-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-02.
  4. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışına yollanır
  5. "Adil Şükürov UEFA-nın seminarında". 2015-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-02.
  6. "Zirə"nin baş məşqçisi uğurun sirrini açdı (Müsahibə)[ölü keçid]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]