Adil Quliyev — Vikipediya

Adil Quliyev
azərb. Quliyev Adil Hüseyn oğlu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
  • Qaqarin adına Hərbi Hava Qüvvələri Akademiyası[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü Sovet Hərbi Hava Qüvvələri[d]
Rütbəsi polkovnik
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı "Lenin" ordeni "Qırmızı bayraq" ordeni Aleksandr Nevski ordeni (SSRİ) 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni "Döyüş xidmətlərinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələri veteranı" medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı

Adil Hüseyn oğlu Quliyev (22 noyabr 1922, Bakı16 dekabr 1992, Bakı) — əfsanəvi Azərbaycan təyyarəçisi, Sovet İttifaqı Qəhrəmanı (1-ci Baltikyanı cəbhəsi, 3-cü aviasiya ordusu, 1-ci qvardiya qırıcı aviasiya korpusu, 4-cü qvardiya qırıcı aviasiya diviziyası, 65-ci qvardiya qırıcı aviasiya polku eskadrilya komandirinin müavini). 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü.

Həyatı[redaktə | mənbəni redaktə et]

1922-ci ildə Bakıda anadan olmuşdur. Bakı 14 saylı məktəbi bitirmişdir. (Bəzi məlumatlara görə 132 saylı məktəb). 1941-ci ildə hərbi xidmətə çağrılmış və 1942-ci ildə Stalinqrad hərbi təyyarəçilik məktəbini bitirmişdir.

1942-ci ilin oktyabrından Belorussiya, Pribaltika və Şərqi Prussiya səmalarında vuruşmuşdur. 14 mart 1943-cü ildə Staraya Russa şəhəri yaxınlığında təyyarəsi vurulmuşdu. O, təyyarəni cəbhə xəttinə qədər çatdırıb, paraşütlə tullanmış və öz tərəfimizə keçə bilmişdi.

Sovet İttifaqı Qəhrəmanı adı, Lenin ordeni və 5932 №-li Qızıl Ulduz medalı ona 1945-ci ilin 23 fevralında verilmişdir.

1956-cı ildə Hərbi Hava Qüvvələri Akademiyasını bitirmişdir. 1966-cı ildə polkovnikrütbəsində istefaya çıxmışdır. Uzun müddət Bakı Aeroportunun rəisi işləmişdir.

SSRİ Ali Sovetinin deputatı olmuşdur.

3 Lenin ordeni, Qırmızı Bayraq ordeni, Aleksandr Nevski ordeni, I və II dərəcəli Vətən Müharibəsi ordenləri və Qırmızı Ulduz ordeni ilə təltif edilmişdi.

Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Berlində görüşənədək. Bakı, 1975;
  • Alov var! Bakı, 1985;
  • Azərbaycanın Qızıl Ulduzları.Bakı, 1975
  • Абасов М.Г. На крыльях мужества,Баку.1975

İstinadlar[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]