Akkuyu AES — Vikipediya

Akkuyu Atom elektrik stansiyası
türk. Akkuyu Nükleer Güç Santrali
Tikilməkdə olan AES-in modeli
Tikilməkdə olan AES-in modeli
Xəritə
Ümumi məlumatlar
Sahibi Akkuyu NGS Elektrik Üretim ASM
Status Tikintidə
Əsas xüsusiyyətləri
İllik elektroenerji istehsalı 36.000 mln. kVt⋅s
Elektrik enerjisi gücü 4.800 MVt
Avadanlıq xüsusiyyətləri
Reaktor tipi BSR
Digər məlumatlar
Sayt Akkuyu AES
Yerləşməsi
36°08′40″ şm. e. 33°32′28″ ş. u.
Ölkə  Türkiyə
Region
Vilayət
Əyalət
Yer Türkiyə
Akkuyu Atom elektrik stansiyası xəritədə
Akkuyu Atom elektrik stansiyası
Akkuyu Atom elektrik stansiyası
AES-in Türkiyə xəritəsi üzrə yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Akkuyu AES (türk. Akkuyu Nükleer Güç Santrali) — Mersin vilayətinin Gülnar ilçəsində Yanisli məhəlləsinin Akkuyu səmtində tikintisi davam edən nüvə stansiyası. İnşasının tamamlanması halında Türkiyənin ilk nüvə enerji stansiyası olacaq. İkitərəfli dövlətlərarası razılaşma nəticəsində Akkuyu yatağı Rusiyanın Atomstroyexport ASM-yə qarşılıqsız təhvil verilmişdir. Rus ictimai şirkəti burada nüvə stansiyası tikərək, əldə edəcəyi elektrik enerjisini 15 illik alış zəmanəti ilə Türkiyə tərəfinə satacaqdır. İstehsalın istismara veriləcəyi tarix 2023 olaraq düşünülür. 1200 MW-lıq dörd modullardan ibarət ümumilikdə 4800 MW'lıq heyəti gücü ilə tək başına Türkiyənin elektrik istehsalının təxminə 6%-ni qarşılayacaqdır.[1]

Tikinti mərhələsi[redaktə | mənbəni redaktə et]

14 aprel 2015-ci ildə Türkiyə Enerji və Təbii Qaynaqlar naziri Taner Yıldız ilə birlikdə Mersin valisi Özdəmir Çakacak, ROSATOM müdiri Sergey Kiriyenko və Akkuyu Nüvə A.Ş. Baş Menecer Fuad Axundovun da qatıldığı mərasimlə dəniz quruluşları və limanın təməli qoyuldu.[2] Təməl qoyulduqdan sonra Krienkon, Cengiz İnşaatın dəniz quruluşları və limanı 394 milyon dollar qarşılığında tender qazandığını elan etdi. Bünövrənin qoyulma mərasimindən sonra girişdəki dəmir qapı ətraf mühit fəalları tərəfindən qarşısı kəsilmişdir. Polis müdaxiləsindən sonra aksiya başa çatmışdır.[3]

2017-ci ilin noyabr ayında, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Rusiya Dövlət Başçısı Vladimir Putin, stansiyanın ilk reaktorunu 2023-ci ildə işə düşəcəyini açıqladı.[4]

Reaktor növü[redaktə | mənbəni redaktə et]

Akkuyu Atom elektrik stansiyası Rusiyanın 3-cü nəsil VVER-1200 (AES-2006) reaktor dizaynından istifadə edəcəkdir. Bolqarıstan, Finlandiya, ÇinHindistan tərəfindən istifadə edilən VVER 1000 (AES-91) arxitekturasında inkişaf etdirilən bu tip reaktor 50 ilədək uzadılmış reaktorun ömrünü, həmçinin son nüvə təhlükəsizliyi və radiasiya sızması zamanı alınan avtomatik tədbirləri təklif edir.[5] VVER tipli reaktorların digər təzyiqli su reaktorlarından ən vacib fərqləri arasında üfüqi buxar generatorları və altıbucaqlı bir qatda yerləşdirilmiş yanacaq çubuğu dizaynları olmasıdır. Xidmət müddətinin sonunda reaktorun istilik səmərəliliyi yalnız 90%-yə azalır.[6] Reaktor qurğuları ikiqat qoruyucu zireh, müasir aktiv və passiv təhlükəsizlik tədbirləri ilə təchiz ediləcəkdir.[7]

Elektrik stansiyası tənqidləri[redaktə | mənbəni redaktə et]

Prof. Dr. Tolga Yarmanın sözlərinə görə, elektrik stansiyasının lisenziyası bugünkü şərtləri əhatə etmir. Zavodun lisenziyası 2013-cü ildə 1970-ci ilə aid məlumatlarla yeniləndi və o dövrdə ətraf mühitə təsirin qiymətləndirilməsi, turizmə təsir qiymətləndirməsi və meyvə-tərəvəz təsirinin qiymətləndirilməsi yox idi.[8] Bundan əlavə, Tri Mayl adası qəzası, Çernobıl reaktoru qəzası, Fukuşima I Nüvə Elektrik Stansiyasındakı qəzalardan sonra lisenziya təhlükəsizlik tələbləri Akkuyu Nüvə Elektrik Stansiyası üçün alınmamışdır.[9]

1977-ci ildə torpaq araşdırmasında işləyən Hüseyin Sarı, işləyərkən gördüyü problemi dilə gətirir: "Yeraltıdan çıxardığımız torpaq qayadan yox, qırılmış qumdan çıxacaqdı. O zamandan məlum oldu ki, yer möhkəm deyildi."[10]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İletişim ve ulaşım bilgileri AKKUYU NÜKLEER A.Ş." akkunpp.com. 2020-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2020.
  2. "Akkuyu Nükleer Güç Santrali'ne durdurma davası". www.sozcu.com.tr (türk). 2022-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2020.
  3. "Akkuyu Nükleer Santrali ile ilgili ilk tören yapıldı". www.hurriyet.com.tr (türk). 2015-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2020.
  4. "Akkuyu Nükleer Santrali'nin ilk ünitesi 2023'te hizmete girecek". www.hurriyet.com.tr (türk). 2020-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2020.
  5. "Akkuyu'da Kurulması Planlanan VVER-1200 Tipi Nükleer Santral Yeni Bir Teknolojidir. Dünya'da Bu Teknolojinin Kullanıldığı Bir Ülke Var mıdır?". taek.gov.tr. 2019-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2020.
  6. "Akkuyu NGS'de ilk ünitenin reaktör kabının kaynağı tamamlandı". aa.com.tr. 2020-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2020.
  7. "Akkuyu Nükleer Santrali'ne ait ilk ünite reaktör gövdesinin Rusya'da yapılan kaynak işleri tamamlandı". sputniknews.com. 2020-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2020.
  8. "Akkuyu'da 1.reaktörün temeli tamamlandı, peki güvenli mi?". Yeşil Gazete - ekolojik, politik, katılımcı, şenlikli... (türk). 15 mart 2019. İstifadə tarixi: 2 aprel 2020.[ölü keçid]
  9. "CHP'li Karaca'dan Akkuyu Nükleer Santrali eleştirisi". www.aa.com.tr. İstifadə tarixi: 2 aprel 2020.
  10. "Uzman Görüşleri". akkunpp.com. 2020-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2020.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]