Aleks Ferqyuson — Vikipediya

Aleks Ferqyuson
ing. Alex Ferguson
Ümumi məlumatlar
Tam adı Aleksandr Çepmen Ferqyuson
Ləqəbi Fergi, SAF
Doğum tarixi 31 dekabr 1941(1941-12-31)[1][2][…] (82 yaş)
Doğum yeri
Vətəndaşlığı Şotlandiya Şotlandiya
Boyu 180 sm
Mövqeyi hücumçu
Karyerası
Klub karyerası[* 1]
1958—1960 Şotlandiya Kuinz Park 31 (11)
1960—1964 Şotlandiya Sent-Conston 37 (19)
1964—1967 Şotlandiya Danfermlin Atletik 89 (66)
1967—1969 Şotlandiya Reyncers 41 (25)
1969—1973 Şotlandiya Falkirk 95 (37)
1973—1974 Şotlandiya Eyr Yunayted 24 (9)
1958—1974 Cəmi 317 (167)
Məşqçisi olduğu klublar
1974 Şotlandiya İst Sterlinqşir
1974—1978 Şotlandiya Sent-Mirren
1978—1986 Şotlandiya Aberdin
1985—1986 Şotlandiya Şotlandiya
1986—2013 İngiltərə Mançester Yunayted

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ser Aleksandr Çepmen Ferqyuson (ing. Sir Alexander Chapman "Alex" Ferguson; 31 dekabr 1941[1][2][…], Qaven[3][4] və ya Qlazqo[5]) — keçmiş Şotlandiya futbolçusu və baş məşqçisi. O, ən çox 1986-2013-cü illərdə "Mançester Yunayted"in baş məşqçisi kimi tanınır. O, bir çoxları tərəfindən futbol tarixinin ən yaxşı baş məşqçilərindən biri sayılır[6][7][8][9] və futbol tarixində heç bir məşqçi ondan daha çox titul qazanmayıb[10][11]. Ferqyusonun daha bir fərqli xüsusiyyəti kimi onun gəncləri dəyərləndirməsi göstərilir, xüsusən də 1990-cı illərdə klubun dünyanın ən zəngin və ən uğurlu komandalarından birinə çevrilməsinə töhfə verən "Class of '92" adlanan qrup oyunçular bu kateqoriyaya şamil edilir.[12]

Ferqyuson "Danfermlin Atletik" və "Reyncers" də daxil olmaqla hücumcu kimi müxtəlif Şotlandiya klublarında çıxış edib. "Danfermlin" klubunda keçirdiyi 1965–66 mövsümdə o, Şotlandiya çempionatının bombardir siyahısına başçılıq edirdi. Oyunçu karyerasının sonuna yaxın o, həm də məşqçi kimi çalışırdı, sonra məşqçilik karyerasına "İst Sterlinqşir" və "Sent-Mirren" komandalarında başladı. Ferqyuson daha sonra Aberdin klubunun baş məşqçisi kimi çox uğurlu bir dövr keçirdi, həmin klubla o, üç Şotlandiya liqa çempionluğu, dörd Şotlandiya Kuboku və 1983-cü ildə UEFA Kuboklar Kubokunu qazandı. Con Steynin vəfatından sonra qısa müddət ərzində Şotlandiya millisinə başçılıq etdi və 1986 Dünya Kubokunun final mərhələsinə yüksəldi.

Ferqyuson 1986-cı ilin noyabrında “Mançester Yunayted”in baş məşqçisi təyin edildi. "Mançester Yunayted"də keçirdiyi 26 il ərzində o, 38 kubok, o cümlədən 13 Premyer Liqa, 5 Federasiya Kuboku və 2 UEFA Çempionlar Liqası titulunu qazandı.[13] O, futbol oyunu üzrə xidmətlərinə görə 1999-cu ildə kraliça ona "Cəngavər" adını verdi.[14] Ferqyuson 19 dekabr 2010-cu ildə ser Mett Basbinin rekordunu geridə qoyaraq, "Mançester Yunayted"in ən uzun müddət çalışmış baş məşqçisi oldu. O, son mövsümündə Premyer Liqanın qalibi olmaqla 2012-13 mövsümünün sonunda baş məşqçi postundan istefa verdi.

Karyerası[redaktə | mənbəni redaktə et]

Ferqyuson məşqçilik karyerasına 1974-cü ildə – 32 yaşında başladı. East Stirlinqşir klubunda həftəlik 40 funt-sterlinq qarşılığında çalışan şotlandiyalının bu macərası uzun sürmədi və 4 ay sonra başına keçdiyi Sent Mirreni 1974–1978-ci illərdə çalışdırdı. Bu klubda ilk dəfə çempionluq sevinci yaşayan Ferqyuson daşa sonra ölkənin ən köklü klublarından olan Aberdeenə təxminən 9 il rəhbərlik etdi və kluba tarixinin ən uğurlu dönəmini yaşatdı. Daha sonra isə Şotlandiya millisinin rəhbərliyinə keçdi.[15] Və milli komanda karyerasının ardınca – 6 noyabr 1986-cı ildə həm özünün, həm də futbola bağlı bir çox insanın taleyini dəyişən imzanı atdı. İngiltərənin ən köklü klubu Mançester Yunayted ilk vaxtlar gözlənilən uğurları qazana bilməyən şotlandla yoluna davam etməkdə israr etdi və Ferqyuson sonradan qazandığı nəticələrlə onların nə qədər haqlı olduğunu bütün dünyaya sübut edə bildi.[15] Ferqyusonlu Mançester Yunayted ilk 6 mövsümdə Premyer Liqanı ikinci sırada başa vurdu. Ancaq 1992–1993 mövsümü 52 yaşlı mütəxəssis üçün dönüş nöqtəsi oldu. Səbrlə gözlənilən uğurlar üçün doğru zamanın yetişdiyini hər kəs anlayırdı. Həmin il Premyer Liqada ilk çempionluğunu qazanan şotland mütəxəssis Mançester Yunaytedin çempionluqlarının sayını 8-ə yüksəltdm. Bu tarixdən sonra oturuşmuş sistemin "meyvələri"nin toplanması prosesi başlanacaqdı.[15] Bundan əvvəl sadəcə bir dəfə – 1967–1968 mövsümündə Avropanın bir nömrəli kubokunu muzeyinə aparan "qırmızı şeytanlar" uzun müddətdən sonra "şeytanın qıçını qırdı". Ferqyuson və yetirmələri Nou Kampdakı finalda "Bavariya"nı 2:1 hesabı ilə yenərək, Çempionlar Kubokuna sahib çıxdı.[15]

Böyük uğurlarla adını tarixə yazdıran Ferqyuson 2012–2013 mövsümdə də komandanı çempion edərək, istefa qərarını açıqladı.[15]

Nailiyyətləri[redaktə | mənbəni redaktə et]

Ferqyuson başçılıq etdiyi Mançester Yunayted Premyer Liqanın (13 dəfə), Federasiya Kubokunun (5), Liqa Kubokunun (4), Super Kubokun (10), UEFA Çempionlar Liqasının (2), UEFA Kuboklar Kubokunun (1), UEFA Super Kubokunun (1), UEFA İntertoto Kubokunun (1) və klublararası dünya çempionatının (1) qalibi olub.[15]

  • İngiltərə Çempionu: 1993, 1994, 1996, 1997, 1999, 2000, 2001, 2003, 2007, 2008, 2009, 2011, 2013;
  • İngiltərə Kuboku: 1990, 1994, 1996, 1999, 2004;
  • Liqa Kuboku: 1992, 2006, 2009, 2010;
  • Çariti Şild: 1990, 1993, 1994, 1996, 1997, 2003, 2007, 2008, 2010, 2011;
  • Şotlandiya Çempionu: 1980, 1984, 1985;
  • Şotlandiya I divizyonu: 1977;
  • Şotlandiya Kuboku: 1982, 1983, 1984, 1986;
  • Şotlandiya Liqa Kuboku: 1986;
  • Çempionlar Liqası: 1999, 2008;
  • Kuboklar Kuboku: 1983, 1991;
  • Avropa Super Kuboku: 1991;
  • Qitələrarası Kubok: 1999;
  • Klublararsı Dünya Çempionatı 2008;
  • Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (IFFHS) versiyasına görə, 1999-cu və 2008-ci ilin ən yaxşı məşqçisidir.

Xüsusi mükafatlar[redaktə | mənbəni redaktə et]

  • II Elizabet tərəfindən Cəngavər titulu: 1999
  • İngiltərə futbolunun Şöhrət Zalı: 2012[16]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Sir Alex Ferguson // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Augustyn A. Sir Alex Ferguson // Encyclopædia Britannica (ing.).
  3. 1 2 http://www.bbc.co.uk/newsround/22448927.
  4. 1 2 http://www.transfermarkt.co.uk/sir-alex-ferguson/profil/trainer/4.
  5. 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
  6. Hoye, Russell; Smith, Aaron; Nicholson, Matthew; Westerbeek, Hans; Stewart, Bob. Sport Management, Volume 1, Second Edition: Principles and applications. Elsevier. 2009. səh. 168. ISBN 978-0-7506-8755-3.
  7. Hunter, James. "Steve Bruce: Sir Alex is the best manager ever". Newcastle Chronicle. 24 December 2010. 19 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2015.
  8. Hayward, Paul. "Sir Alex Ferguson's adaptability has made him the greatest of all time". The Guardian. 5 November 2011. 17 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2015.
  9. Macintosh, Iain. "Greatest Managers, No. 1: Ferguson". espnfc.us. 9 August 2013. 8 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2015.
  10. Rubio, Alberto; Clancy, Conor. "Guardiola on his way to becoming the most successful coach of all time". Marca. 23 May 2019. 24 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2022.
  11. Smith, Matt. "The 7 Managers That Have Won All 3 Domestic Trophies in England". 90min.com. 14 May 2019. 10 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 September 2019.
  12. "Why youth is the key for Sir Alex" (ingilis). 2005-09-14. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-06.
  13. "Sir Alex Ferguson to retire as Manchester United manager". BBC Sport. 8 May 2013. 1 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 May 2013.
  14. "Sir Alex's crowning glory". BBC News. 20 July 1999. 17 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 November 2012.
  15. 1 2 3 4 5 6 Bir ulduz söndü…
  16. "Rauf Mehdiyev, Devid Bekhem, Aleks Ferqyuson və "mavi" Rocer". Lent.az. 17 iyun 2013. 2013-06-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 oktyabr 2013.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]