Aleksandr Ostrovski — Vikipediya

Aleksandr Ostrovski
Doğum tarixi
Doğum yeri Moskva
Vəfat tarixi (63 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı rusiyalı
Milliyyəti rus
Təhsili
  • Birinci Moskva Gimnaziyası[d],
  • Moskva Dövlət Universitetinin Hüquq fakültəsi[d]
Fəaliyyəti tərcüməçi, librettoçu, dramaturq, jurnalist, yazıçı, teatr rejissoru
Fəaliyyət illəri 19-cu əsr
Əsərlərinin dili rus
Janr Komediya-faciə
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksandr Nikolayeviç Ostrovski (rus. Александр Николаевич Островский; d. 1823 - ö. 14 iyun 1886, Moskva) — Rusiya dramaturqu.

Həyatı[redaktə | mənbəni redaktə et]

Aleksandr Ostrovski 1823-cü ildə Kostroma Vilayətinin Ostrovski rayonunda anadan olmuşdur. 1840-1843-cü illərdə Moskva Universitetinin hüquq fakültəsində təhsil almış, 1843-1851-ci illərdə Moskva məhkəmələrində işləmişdir. Estetik görüşləri V.Q.Belinskinin təsiri altında formalaşmışdır.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

İlk əsərləri 1847-ci ildə dərc olunmuşdur. 1850-ci ildə tamaşaya qoyulan "Öz adamlarımızdır, düzəlişərik" satirik komediyası 1-ci Nikolayın göstərişi ilə qadağan edilmişdir. Pyeslərində mühüm sosial və əxlaqi problemlərə toxunmuş, pulun hakim kəsildiyi cəmiyyəti və despotizmi kəskin tənqid atəşinə tutmuşdur. "Yoxsulluq eyib deyil" (1853), "Gəlirli yer" (1856), "Tufan" (1859) və s. pyeslərində məmur, tacir və mülkədarların tamahkarlığı, acgözlüyü ifşa olunur. Onun dramaturgiyası rus teatr sənətinin inkişafında mühüm rol oynamışdır.

O, Azərbaycan dramaturgiyasına, xüsusi ilə Nəcəf bəy Vəzirov yaradıcılığına ciddi təsir göstərmişdir. Abbas Səhhət onun "Yoxsulluq eyib deyil" komediyasından iqtibas olaraq eyni adlı ikipərdəli mənzum pyes yazmışdır.

Onun əsərləri hələ keçən əsrdə Azərbaycan dilinə tərcümə olunmuşdur. Pyesləri Azərbaycan səhnəsində tamaşaya qoyulmuşdur.

Ostrovski 1883-cü ildə Bakıda olmuş, gündəliyində Bakı səfəri haqqında maraqlı qeydlər etmişdir. 1886-cı ildə Moskvada vəfat etmişdir.

A.N.Ostrovskinin Moskvada heykəli qoyulmuşdur.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Варнеке П. Б. В. Островский, Александр Николаевич (rus.). // Русский биографический словарь / под ред. А. А. Половцов СПб: 1905. Т. 12. С. 425–448.
  2. "ƏLAMƏTDAR VƏ TARIXI GÜNLƏR TƏQVIMI" (PDF). 2022-03-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2010-06-11.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]