Alman ədəbiyyatı — Vikipediya

Alman ədəbiyyatı Mərkəzi Avropada yaşayan almanca danışan xalqların ədəbiyyatıdır. Almaniya, Avstraliya, İsveçrə və bunların yanındakı xalqların işlərini əhatə edir. Digər Avropa ədəbiyyatı ilə qarşılaşdırıldığında Alman ədəbiyyatı digərlərinə nisbətən daha çox fərqlilik göstərir. Bunun səbəblərindən biri 1800-cü illərdə Berlinin ortaya çıxmasına qədər Almanca danışan xalqların Fransanın Parisi ya da İngiltərənin London kimi bir paytaxtının olmaması idi. Daha doğrusu Almaniya uzun müddət ayrılıqlar və bölünmələr yaşamışdır. Bu tip bölünmələr 1600-cü illərdəki din döyüşləri boyunca 1900-cü illərin ortasından başlayan Soyuq müharibələr vaxtı sıx yaşanmış idi. Almaniya Reformasiya deyilən dini hərəkatın mərkəzi olması səbəbi ilə 1500-cü illərdə Protestanlıq ortaya çıxdığı yerdir. Reformasiya adamın daxili ruhani azadlığını vurğulayırdı. Alman ədəbiyyatı şəkilləndirən daxili və fəlsəfi yanaşma da ruhani bir tipə sahibdir.

Erkən Alman ədəbiyyatı[redaktə | mənbəni redaktə et]

1000-ci illərdə Alman qəbilələri indiki Almaniyaya Şimali Avropa üzərindən köç etmişdilər. Bu qəbilələr nəsildən-nəsilə bəstələdikləri Balladaları və hekayələri danışırdılar. Bu zamanlarda monastırlar təhsilədəbiyyat halında idilər. Rahiblər, İncil və Xristian əfsanələri üzərində qurduqları şeir və hekayələri yayırdılar.

Alman dastanları birinci qızıl dövrün ana ədəbi məhsuludur. Bunların ən məşhuru 12000 sətirlik intiqam, xəyanət və sədaqəti izah edən böyük ehtimalla Passau, Avstraliyada yazılan Nibelunq nəğmələridir.

Qəhrəmanları və əsl həqiqətləri izah edən Romans bu dövrdəki başqa bir ana ədəbi yazının formasıdır. Antik ədəbiyyatın baş əsərləri sayılan əhımiyyətli romanları Volfram fon Eşenbaxın Parzival, Gotfrid fon Ştrasburqun Tristian və İzolda əsərləridir. Parzival uzun müddət cəngavər olmaq üçün çalışan amma bunun üçün uzun mühakimələrdən və sonunda müqəddəs torpakların kralı olan biridir. Tristan və İzolda Gottlieb, sevgiləri ölümləri ilə bitən iki gəncin sevgisini izah edir.

Cəngavər ədəbiyyatı və Minnezang[redaktə | mənbəni redaktə et]

Köhnə Alman ədəbiyyatı dövrünə damğasını vuran başqa bir şey də cəngavər ədəbiyyatıdır. Bir cəngavər tək xüsusiyyəti onun vuruşması deyildir. Cəngavər bəyənməsi yüksək olan, sənət və ədəbiyyatla çalışan biridir. Minnezanqlar onların əlindən çıxmışdır. Bu minnələrin çoxu eşqi izah edən Fransız turbadorlarının mahnılarının lirik şairlərini təqlid etmişdilər. Qadına duyulan eşq izah edilməkdədir. Burada izah edilən qadın, saray qadınıdır. Ən məşhur turbadur Walter von der Vogelweidedir. Şair turbadurların səmimiyyətsiz və soyuq şeirlərini isti və orjinal eşq şərh etmələrinə çevirmişdir. Waltherin eyni zamanda o dövrdə Papalıqla uzun sürən güc və müharibəə girən Orta Avropadakı Alman əsilli Müqəddəs Roma imperatorunu tərifləyən və müdafiə edən əsərləri də vardır.

Populyar Ədəbiyyat dövrü[redaktə | mənbəni redaktə et]

1250-ci ildən 1600-cü ilə qədərki dövr Alman şəhərlərinə artan ticari böyümə və zənginlik gətirmişdir və yeni bir iqtisadi-ictimai sinif olan Orta sinif ortaya çıxmışdır. Orta sinif mədəni liderliyi ələ keşirmişdi. Bu eşqin aristokrat sinifin təqdimatı orta sinif həqiqiliyinin göstərməsinə və ciddiliyinə yol açmışdır. İntibah, Almaniyaya insanların dünyəvi yeri olan və təbiətini başa düşmə vurğusunu gətirdi. Bu intelektual alim humanizim olaraq bilinir. Alman humanizmi Avropa tarixindəki ən önəmli dəyişimə yol açır. Bu dəyişimə Reform adlanır.

Alman humanizimi[redaktə | mənbəni redaktə et]

1350-ci illərdə universitetlərin yaradılması Bohemyada başladı. Bu dövrün ən bilinən Alman əsəri olan, Johannes von Telp tərəfindən yazılan və ölümü ilə orta bir cütün arasındakı dialoqu izah edən Bohemyalı cütlükdür. Humanizmin əsas nöqtəsi 1480-ci ildən 1530-cu ilə kimidir. İnsanlıq üçün yeni ideallar axtarışı içində humanistlər köhnə Yunan tarixini və fəsəfəsini kəşf etdilər. Əəsrlərinin çoxunu almancadan çox latınca yazırdılar. Ən məşhur alman humanistləri İbranicənin ən öndə gedən ustalarından Johannes Reuchlin və Reformu başladan Martin Luterin baş köməkçisi Phillip Melanchtondur.

Alman klassismi[redaktə | mənbəni redaktə et]

Alman klassismi, Höte, Şiller və Almaniyanın ən böyük lirik şairi Friedrich Höldern tərəfindən idarə edilirdi. Klassism təxmini 30 ilə qədər inkişaf etdi, ta ki 1787-ci ildə Höte İtalyan klassiklərinin antikləriini araşdırmaq üçün etdiyi qədər Şeksperin ingilis ədəbiyatında idisə, Şillerin də böyük tarixi dramları da Alman ədəbiyyatınada klassik tərz olaraq səhnədə qalmışdır. Şillerin sonraki əsərləri çox mübahisə edilən fəlsəfi mövzuları, Avropa tarixinin işlərini qarmaqarışıq başa düşməsi, adi düşüncələri, böyük bir ədəbi tərzi birləşdirmişdi. Ən məşhur əsərləri tarixi dramlarıdır.

Romantizm[redaktə | mənbəni redaktə et]

Romantizm 1790-cı illərin sonunda vacib və təsir edici bir hərəkət olaraq meydana çıxmışdır. Romantiklər düşüncə gücü və güclü duyğularını alıb özünü azad formalarını ələ aldılar. Bəlkədə romantiklərin ən yaxşısı "Novalis"adı ilə tanınan Friedrich von Hardenberg idi. Köməkçisi Friedrich Schlegel ilə bərabər Novalis insani obrazlarının gücünü üzə çıxartmışdı. Alman romantizminin digər xüsusiyyəti də yazıçıların sıx milliyyətçi olmasıdır.1800-cü illərdə Jakob Grimm və Vilhelm Grimm qardaşları tərəfindən dəyərləndirilən alman əfsanələri alman millətçiliyini deyil, amma eyni zamanda romantiklərin əfsanələrə və folklora marağını artırmışdı.

Nazi dövründə ədəbiyyatı Adolf Hitlerin Nasiss partiyası Almaniyadakı İqtidarı 1933-cü ildə ələ keçirdi. Nassislər heç bir zaman keçirmədən əxlaqsız və siyasətən etibarsız tapdıqları ekspriyonistləri mühakimə etməyə başladılar. Etdikləri ilk işlərdən biri ekspriyonist kitabları Berlində kitabxana həyətində xalqın gözləri qarşısında yandırmaq oldu. Hitlerin Üçüncü Reich bitmək-tükənmək təğlibatın yanında çox az dəyərli ədəbi əsər yaratmışdır. Xüsusi ilə bu dövrdə Leo Weisgeber düşüncələri ən çox üstün tutulan Nassislərin dil alimləri və ədəbiyyaçısıdır. Bertolt Brecht və Thomas Mann kimi əhəmiyyətli yazıçılar ABD yə köç etdilər və orada almanca yazmağa davam etdilər. Digərləri isə tutuldular və düşərgələrdə qətl etdilər.

İkinci dünya müharibəsindən sonra alman ədəbiyatı, yerlə bir edilən Almaniyanın psixoloji tramvalarla həyatı ilə maraqlandı. Bu dövr Tümmerliteratur olaraq adlandırılır. Müharibədən sonra Almaniya SSCB tərəfindən idarə edilən Şərqi Almaniya və qərb və xüsusi ilə Amerika gündəmindəki Qərbi Almaniya olmaq üzrə iki dövlətə bölünmüşdü. Dövrün ən öndə gedən yazıçıları Heinriech Böll və Gunter Grassdır. Müharibədən sonra ədəbiyyat , Almaniyanın Nassislə üzləşməsini üçün səy sərf etmişdir. Faust əfsanəsini Thomas Mann versiyasını Doktor Fausta bir bəstəkarın, eşq və əxlaqi məsuliyyəti sənət yaradıcılığı uğrunda rədd etməsini izah edir. Hekayələri, Alman ədəbiyyatının bütün keçmişini Nassislərin ortaya çıxmasında problemli olduğunu izah etməyə çalışır. Şərqi alman ədəbiyyatı, qərbdəkindən fərqli idi. Şərq yazıçıları ümumiyyətlə ictimai baxış bucağına sahib idilər və qərbin dəyərlər tənqid edirdilər. Christian Wolfun Cassandra romanı müharibədən darmadağın olmuş şəhəri Şərqi Almaniyaya oxşadaraq Troyanın enişini yenidən izah edir.1959-cu ildən Şərqi Almaniyadan Qərbi Almaniyaya gedən Uve Johsan, siyasi olaraq bölünmüş Almaniyanın yorğunluqlarına işarə edirdi. Johsonun romanı Jakob Haqqındakı Dedi-qodularn Sovet agentlərinə işbirliyi etməyi rədd edən kişinin öldürülməsi mövzusunu izah edir.

Günümüzün Alman ədəbiyyatı 1989-cu ildə cəmiyyət təzyiqi səbəbi ilə Şərqi Alman hökuməti çökdü. Şərqi və Qərbi Almaniya təkrar birləşdi. Birləşmədən sonra Wolfgang Hilbig, Erich Loest, Monika Maron vä Christa Wolf kimi köhnə Şərqi Alman yazıçıları avtobiyoqrafiyaları, romanlar və sınaqlar keçmişləri ilə hesablaşmağa başladılar. Maronun Küllərin Uçuşması romanında bir güc stansiyasının ətrafı kirlətdiyini kəşf etdikdən sonra bir jurnalistin üz-üzə qaldığı əxlaqi açılmaz mövzu danışılır. Ruminiyanın almanca danışan azlığından Herta Müllerin Kominist rejmindəki həyatı Yaşıl əriklərin ölkəsi və Görüş də izah edilir.