Anım Günü (Azərbaycan) — Vikipediya

Anım Günü
2021-ci il sentyabrın 27-də Anım Günündə Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın iştirak etdiyi Anım yürüşü[1]
2021-ci il sentyabrın 27-də Anım Günündə Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın iştirak etdiyi Anım yürüşü[1]
Rəsmi adı Azərbaycan Respublikasında Anım Günü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anım GünüAzərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması. Anım Günü müharibənin başlandığı gün sentyabrın 27-də keçirilir. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir.[2]

Tarixi[redaktə | mənbəni redaktə et]

İkinci Qarabağ müharibəsində həlak olan şəhidlərin xatirəsinin rəmzi olan Xarıbülbül simvolu.

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir.[3][4][5] Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik[6][7], Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı[8], 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir.[9] Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.[10]

Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl[11][12], 17 oktyabrda Füzuli[13][14], 20 oktyabrda Zəngilan[15][16], 25 oktyabrda Qubadlı[17][18] və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir.[19][20][21] Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.[22]

2020-ci il noyabrın 20-də Ağdam,[23] noyabrın 25-də Kəlbəcər,[24] dekabrın 1-də Laçın rayonları[25] azad edilmişdir.

Anım Gününün təsis edilməsi[redaktə | mənbəni redaktə et]

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi bitdikdən sonra Vətən müharibəsinin başladığı günü "Anım Günü" kimi qeyd etmək barədə sərəncam vermişdir. 2020-ci il dekabrın 2-də İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır.[26]

Sərəncamda qeyd olunur ki, "Dövlət Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirilir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıram:

  1. Hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin.
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".[27]

Qalereya[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq keçirilən yürüşdə iştirak ediblər". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-28.
  2. "Prezident İlham Əliyev Azərbaycanda Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb". 2020-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
  3. "Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib". mod.gov.az (az.). Azərbaycan Respublikası Müdafiə Nazirliyi. 27 sentyabr 2020. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  4. "Ermənilər cəbhə boyu təxribat törədib, ölənlər və yaralananlar var". report.az (az.). Report İnformasiya Agentliyi. 27 sentyabr 2020. 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  5. "Ermənilər cəbhə boyu təxribat törədib - Ölən və yaralılar var". asanradio.az (az.). ASAN Radio. 27 sentyabr 2020. 2021-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  6. "Armenia and Azerbaijan fight over disputed Nagorno-Karabakh". bbc.com. BBC News. 27 sentyabr 2020. 2020-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  7. "Nagorno-Karabakh announces martial law and total mobilization". reuters.com (ingilis). Reuters. 27 sentyabr 2020. 2020-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  8. "Azerbaijan's parliament approves martial law, curfews - president's aide". reuters.com (ingilis). Reuters. 27 sentyabr 2020. 2020-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  9. "Azerbaijan's president orders partial military mobilization". tass.com (ingilis). TASS. 28 sentyabr 2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  10. "The humanitarian fallout of the Nagorno-Karabakh conflict". thenewhumanitarian.org (ingilis). en:The New Humanitarian. 5 noyabr 2020. 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  11. "Cəbrayıl işğaldan AZAD OLUNDU". modern.az (az.). 4 oktyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  12. "Prezident: Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır". azeridefence.com (az.). 4 oktyabr 2020. 2021-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  13. "İlham Əliyev: "Füzuli işğaldan azad olundu"". oxu.az (az.). 17 oktyabr 2020. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  14. "Prezident: "Füzuli şəhəri və rayonun daha bir neçə kəndi işğaldan azad olunub"". report.az (az.). Report İnformasiya Agentliyi. 17 oktyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  15. "Zəngilan və bu kəndləri azad edildi". qafqazinfo.az (az.). Qafqazinfo. 20 oktyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  16. "Ali Baş Komandan: "Zəngilan şəhəri və bir neçə kənd işğaldan azad edildi"". lent.az (az.). 20 oktyabr 2020. 2020-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  17. "Qubadlı şəhəri işğaldan azad olundu!". qafqazinfo.az (az.). Qafqazinfo. 25 oktyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  18. "Qubadlı şəhəri işğaldan azad edildi - Prezident". sputnik.az (az.). Sputnik Azərbaycanca. 25 oktyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  19. "Müstəqillik tariximizin ən möhtəşəm xəbəri - Şuşa azad edildi!". sputnik.az (az.). Sputnik Azərbaycan. 8 noyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  20. "Şuşa şəhəri işğaldan azad edildi". report.az (az.). Report İnformasiya Agentliyi. 8 noyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  21. "İlham Əliyev: Şuşa işğaldan azad edildi!". oxu.az (az.). 8 noyabr 2020. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  22. "Prezident İlham Əliyev Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənədin mətnini açıqlayıb tam mətn". lent.az (az.). 10 noyabr 2020. 2020-11-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2020.
  23. "Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı". 2020. 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
  24. "Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı". 2020. 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
  25. "Arxivlənmiş surət". 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
  26. "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-26.
  27. "Prezident İlham Əliyev Azərbaycanda Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb". 2020-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]