Anadangəlmə immun sistemi — Vikipediya

Anadangəlmə immun sistemi — Anadangəlmə (qeyri-spesifik, təbii) immunitet genetik olaraq hər bir bioloji canlı növünə mənsubdur (quyruğun olması və şaquli gəzmək kimi) və irsi olaraq nəsildən nəslə ötürülür.Məhz buna görə, insan heç bir halda, məsələn, it taunu, it isə qonoreya ilə xəstələnə bilməz.Təbii immunitetin fəaliyyəti bir çox müxtəlif mexanizmlər hesabına təmin edilir.Dəri – həm bakteriyalar, həm viruslar, həm göbələklər və həm də digər yad cisimlər üçün demək olar ki, rəfedilməz maneə hesab olunur. Dərini möhkəm divar ilə də müqayisə etmək olar.Məhz buna görə əksər hallarda biz orqanizmimizin yad mikroorqanizmlərlə “görüşünü” sadəcə olaraq hiss etmirik.Onlar ya sadəcə olaraq dərini keçə bilmir, ya da dəridə məhv olurlar.Tər, piy və göz yaşı vəziləri əksər patogen bakteriyalar üçün məhvedici təsirə malik olan xüsusi qoruyucu maddələr ifraz edirlər.Orqanizmin selikli qişaları (burun-udlağın, bronxların, mədə-bağırsağın) – “düşmənlərlə” mübarizənin ön cəbhəsidir.Selikli qişaların sahəsi orqanizmdə təxminən 400 kv.m təşkil edir.Onlar xarici mühitdəki zərərli mikroorqanizmlərə öldürücü təsir edən “lizosim” adlı maddə ifraz edirlər.Selikli qişalarda həmçinin makrofaqlar və A-immunoqlobulinlər də yerləşmişdir. Ona görə də mikroorqanizmlərin selikli qişalarda olması, əlbəttə ki, onlar üçün ölümcül təhlükədir.

Orqanizmin yad cisimlərdən qorunması[redaktə | mənbəni redaktə et]

Ağciyərlərdən yüzlərlə m³ hava keçir.Məlum olduğu kimi, hətta ən təmiz havada da minlərlə mikroorqanizmlər və çox kiçik ölçülü müxtəlif hissəciklər (toz, bitki tozcuqları və s.) mövcuddur. Havanın ilkin təmizlənməsi burundan başlayır. Məhz buna görə həkimlər burunla nəfəs alınmasını (ağızla yox!) çox vacib hesab edirlər! Havada olan toz hissəcikləri burunun selikli qişasında saxlanılır və burun seliyi ilə xaric edilir.Havanın təmizlənməsi bronxlarda davam edir. Bronxların daxili epiteli qişasında olan çox xırda kirpikciklərin hərəkəti nəticəsində burada olan selik orqanizmdən xaric edilir. Seliklə birlikdə isə bronxlara hava ilə daxil olunmuş müxtəlif mikroorqanizmlər, toz və s. xaric olunur.Selik bir qədər çox yığıldıqda öskürək baş verir ki, bu da orqanizmin müdafiə refleksidir.Bunun sayəsində tənəffüs yolları mikroblardan daha tez və asan azad olur.Məhz buna görə, mikrobların orqanizmdən xaric edilməsi funksiyasını yerinə yetirmədiyi hallardan başqa, öskürək refleksinin qarşısını almaq olmaz.Sadalanan bu mexanizmlər praktik olaraq havada olan bütün mikrobları məhv edirlər. Ona görə də ağ ciyərlərə daxil olan hava, demək olar ki, steril olur. Havada qalmış çox az saylı mikroorqanizmlər isə ağ ciyər alveollarında olan faqosit (“udan”) hüceyrələr tərəfindən məhv edilir.Biz qida və su ilə də xeyli miqdarda mikroblar uduruq.Bu zaman onlara qarşı mübarizə aparan ilk etibarlı sədd lizosim adlı qoruyucu maddə ifraz edən mədə-bağırsaq sistemidir. Mədə şirəsi çox turş mühitə malikdir.Buna görə mikrobların əksəriyyəti bu mühitdə yaşaya bilməyərək məhv olurlar. Bundan əlavə öd və bağırsaq fermentləri də həmçinin bakterisid (mikrobları öldürmə qabiliyyəti) xüsusiyyətlərə malikdirlər.Oksigenin olmaması bir çox mikrobların bağırsaq daxilində çoxalmasına imkan vermir.Bağırsaqların peristaltikası (bağırsaqların hərəkəti) onların daxilində olan möhtəviyyatın hərəkətinə səbəb olur ki, bu da bağırsaqları mikrobların təsirindən qoruyur.Bağırsaqdakı faqositlər sağ qalmış mikrobları məhv edirlər. Beləliklə, qeyd etmək lazımdır ki, xarici düşmənlərdən qorunmaq üçün orqanizmin təbii müdafiə sistemi çox güclüdür. Ancaq bir çox hallarda, bizim hər gün qarşılaşdığımız müxtəlif, çoxsaylı mikroblar və viruslarların öhdəsindən gəlmək üçün anadangəlmə immunitetin imkanları kifayət etmir. Bu halda bizim immun sistemimiz infeksiyalardan qorunmaq üçün yeni müdafiə vərdişləri əldə etməli olur. Bu isə məhz qazanılmış (spesifik) immunitetdir

İstinadlar[redaktə | mənbəni redaktə et]