Anar Quliyev — Vikipediya

Anar Quliyev
Vəzifədədir
8 yanvar 2020-ci ildən
(i. e. 14–16 fevral 2024)
ƏvvəlkiSamir Nuriyev
Şəxsi məlumatlar
Doğum tarixi 1977
Doğum yeri
Təhsili

Təltifləri "Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 2017

Anar Quliyev (1977, Bakı) — Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri.

Həyatı[redaktə | mənbəni redaktə et]

Anar Quliyev 1977-ci ildə Bakı şəhərində anadan olub. O, 1999-cu ildə Azərbaycan Respublikasının Milli Aviasiya Akademiyasının İqtisadiyyat fakültəsinin İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bitirib, mühəndis-iqtisadçıdır.

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1999-cu ildə əmək fəaliyyətinə Dövlət Əmlak Komitəsində mütəxəssis kimi başlayıb, 2000–2001-ci illərdə Dövlət Əmlakı Nazirliyində mütəxəssis, aparıcı mütəxəssis, 2001–2005-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş mütəxəssis, böyük məsləhətçi, 2005–2009-cu illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda investisiyaların təşviqi üzrə direktor vəzifələrində çalışıb.

2009–2016-cı illərdə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində şöbə müdirinin müavini, şöbə müdiri, 2016–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyində direktorun müşaviri, aparat rəhbəri vəzifələrində işləyib.

2018-ci ildə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparatının rəhbəri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2019-cu il tarixli Sərəncamı ilə Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilib.[1]

Azərbaycan Respublikası Prezidentinin 8 yanvar 2020-ci il tarixli Sərəncamı ilə Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.

Təltifləri[redaktə | mənbəni redaktə et]

  • Dövlət başçısının 16 may 2014-cü il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "A. A. Quliyevin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-10.