Anatoli Quskov — Vikipediya

Anatoli Quskov
bayraq
Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri
bayraq2
5 iyun 1954 – 27 oktyabr 1956
Əvvəlkivəzifə təsis edilib
SonrakıFyodor Kopılov
11 avqust 1953 – 25 mart 1954
ƏvvəlkiStepan Yemelyanov
SonrakıAndrey Bulıqa
Şəxsi məlumatlar
Doğum tarixi 3 sentyabr 1914(1914-09-03)
Doğum yeri
Vəfat tarixi 23 dekabr 2005(2005-12-23) (91 yaşında)
Vəfat yeri
Fəaliyyəti hərbi lider[d]
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Rütbəsi general-mayor

Təltifləri "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni "Qırmızı ulduz" ordeni "Qırmızı ulduz" ordeni "Qırmızı ulduz" ordeni

Anatoli Mixayloviç Quskov (3 sentyabr 1914, Moskva23 dekabr 2005, Moskva) — Azərbaycan SSR daxili işlər naziri (1953–1954), Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1954–1956).

Həyatı[redaktə | mənbəni redaktə et]

3 sentyabr 1913-cü ildə Moskva şəhərində anadan olmuşdur. Milliyyətcə rusdur. 1939-cu ildən daxili işlər və dövlət təhlükəsizlik orqanlarında çalışmışdır. Böyük Vətən Müharibəsinin başlanmasından sonra hərbi əks-kəşfiyyat istiqaməti üzrə, 1942-ci ildən isə SSRİ Xalq Daxili İşlər Komissarlığının hərbi əks-kəşfiyyat qüvvələrində fəaliyyət göstərmişdir. 1951–1953-cü illərdə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin aparatında işlədikdən sonra, daxili işlər və dövlət təhlükəsizlik orqanlarında fəaliyyətini bərpa etmişdir. 8 avqust 1953-cü ildən 26 aprel 1956-cı ilə qədər Azərbaycan SSR hüquq-mühafizə orqanlarına (1953–1954-cü illərdə daxili işlər naziri, 1954–1956-cı illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri) rəhbərlik etmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2012-08-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-15.