Android bərpa modu — Vikipediya

Android Bərpa Modu (Recovery) — Android smartfonuna yeniləmə quraşdırmaq, istifadəçi məlumatları sıfırlamaq və digər seçimləri olan bir menyu. Smartfonu bootloop-dan çıxartmaq üçün də bu menyu faydalıdır. Bərpa modunun menyusunda seçimlərin sayı və tərkibi, həmçinin bərpa moduna giriş smartfonun istehsalçısından asılı olaraq dəyişir.

Xüsusi bərpa modu

[redaktə | vikimətni redaktə et]

Smartfona başqa sistem yazdırmaq üçün, adətən ona xüsusi bərpa modu (custom Recovery) yazdırmaq lazımdır. Xüsusi bərpa modların nümunələri: TWRP, OrangeFox, LineageOS Recovery.