Arpad Gents — Vikipediya

Arpad Gents
mac. Árpád Göncz
bayraq
Macarıstanın ilk prezidenti
2 may 1990 – 4 avqust 2000
Şəxsi məlumatlar
Doğum tarixi 10 fevral 1922(1922-02-10)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 6 oktyabr 2015(2015-10-06)[3][1][…] (93 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Obuda qəbiristanlığı[d][7]
Təhsili
Fəaliyyəti siyasətçi, yazıçı, tərcüməçi, şair, vəkil
Uşağı 4
Dini Roma-Katolik kilsəsi

İmzanın şəkli
gonczarpad.hu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arpad Gents (mac. Árpád Göncz, 10 fevral 1922[1][2][…], Budapeşt, Macarıstan[5]6 oktyabr 2015[3][1][…], Budapeşt[6]) — Macar dövlət xadimi, Macarıstanın ilk prezidenti. O, həmçinin 1956-cı ildə baş verən macar inqilabının iştirakçılarından biri olmuşdur.

Həyatı[redaktə | mənbəni redaktə et]

Arpad Gents 10 fevral 1922-ci ildə Budapeştdə zadəgan ailəsində anadan olmuşdur. Atası Layoş Gents poçt işçisi anası İliona Hayman isə evdar xanım idi. Bunda başqa atası Layoş Gents məşhur tennis oyunçusu olmuş və 1924-cü i yay olimpiya oyunlarında Macarıstanı təmsil etmişdi. Ilk təhsilini 4 illik məktəbdə aldıqdan sonra təhsilini 1932-ci ildə Verbösi orta məktəbində davam etdirmişdir. Orta məktəbi bitirən Gents 1944-cü ildə Budapeşt Pamani Piter adına İncəsənət Universitetinə daxil olmuşdur. Həmin il- 1944-cü ilin 19 mart tarixində Macarıstan almanların hücumuna məruz qaldı. Arpad Gents hələ təhsil aldığı üçün orduya çağırışdan azad edilmişdi. Lakin tezliklə 1944-cü ilin dekabr ayında o müharibəyə çağırıldı. 1944-cü ilin sonlarında Macarıstan Qızıl Ordu tərəfindən mühasirə edildikdə Gents də şəhərdə idi.  Müharibədən sonra o, kənd təsərrüfatı üzrə təhsil almağa başlamışdır. Arpad Gents 1947-ci ilin yanvar ayının 11-də Maria Susanna ilə ailə həyatı qurmuş, bu evlilikdən 4 övladı dünyaya gəlmişdir.

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Arpad Gents siyasi karyerasına  dövrün anti-kommunist partiyası Xırda Mülkiyyətçilər partiyasına üzv olmaqla başlamışdır. O cümlədən 1956-cı il Macar inqilabının fəallarından olan Gents, İnqilabda iştirakına görə ömürlük həbs cəzasına məhkum olunmuşdur. Həbsd keçən 7 ildən sonra amnistiya alaraq azadlığa buraxılan siyasətçi 1988-ci ildə yenidən siyasi arena geri qayıtmışdır.

Vəfatı[redaktə | mənbəni redaktə et]

Arpad Gents 6 oktyabr 2015-ci ildə, 93 yaşında vəfat etmişdir [8].

Mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 Árpád Göncz // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
  2. 2,0 2,1 Bibliothèque nationale de France Árpád Göncz // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 3,0 3,1 http://www.origo.hu/itthon/20151006-meghalt-goncz-arpad.html.
  4. 4,0 4,1 Meghalt Göncz Árpád. Index.hu Zrt., 2015.
  5. 5,0 5,1 Deutsche Nationalbibliothek Record #119359987 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  6. 6,0 6,1 PIM authority.
  7. Politikamentes temetésen búcsúztatták Göncz Árpádot. Index, 2015.
  8. "Macaristan eski cumhurbaşkanlarından Árpád Göncz öldü". 2019-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-19.