Arzu Rəhimov — Vikipediya

Arzu Rəhimov
14 fevral 2012 – 17 aprel 2023
Prezidentİlham Əliyev
Baş nazirArtur Rasizadə
Novruz Məmmədov
Əli Əsədov
Əvvəlkivəzifə təsis edilib
SonrakıMürsəl İbrahimov
30 aprel 2007 – 14 fevral 2012
Prezidentİlham Əliyev
Baş nazirArtur Rasizadə
SonrakıFirudin Nəbiyev
bayraq
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargah rəisi
bayraq2
2006 – 30 aprel 2007
Prezidentİlham Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1 oktyabr 1964(1964-10-01) (59 yaş)
Doğum yeri
Partiya
Təhsili
  • Novosibirsk Ali Hərbi Komandirlər Məktəbi[d]
Fəaliyyəti siyasətçi
Hərbi xidmət
Xidmət illəri 1982—h. h.
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi
General-polkovnik

II dərəcəli dövlət miqrasiya xidməti müşaviri

Təltifləri "Qarabağ" ordeni — 2020 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni "Vətən uğrunda" medalı — 2005 "Hərbi xidmətlərə görə" medalı — 2002 "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı

Arzu Yusif oğlu Rəhimov (1 oktyabr 1964, Naxçıvan) — Azərbaycan hərbi və dövlət xadimi, Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi (2012–2023), Dövlət Miqrasiya Xidmətinin rəisi (2007–2012), Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargah rəisi (2006–2007).

Həyatı[redaktə | mənbəni redaktə et]

Arzu Rəhimov 1964-cü il oktyabrın 1-də Naxçıvan şəhərində anadan olmuşdur.

Arzu Rəhimov 1982-ci ildə Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun Məktəbinə qəbul olmuşdur və 1986-cı ildə oradan məzun olmuşdur.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Arzu Rəhimov 1986–1989-cu illərdə Sovet Ordusunun sıralarında bir sıra vəzifələrdə xidmət eləmişdir.

1992-ci ildə isə Azərbaycan Ordusunun sıralarında xidmət eləməyə başlamışdır. 1992–2004-cü illərdə Sərhəd Qoşunlarının sıralarında baş zabit, Hərbi Hissə Komandiri və digər vəzifələrdə xidmət eləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2004-cü il tarixli 160 nömrəli Sərəncamına əsasən Arzu Rəhimov Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini təyin edilmişdir.

2004-cü il iyulun 30-da isə Arzu Rəhimova Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən general-mayor ali hərbi rütbəsi vermilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il tarixli Sərəncamına əsasən Arzu Rəhimov Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilmiş və Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargahının rəisi təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2007-ci il tarixli Sərəncamına əsasən Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargahının rəisi vəzifəsindən azad edilmiş və Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2012-ci il tarixli Sərəncamına əsasən Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindən azad edilmiş və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2023-cü il tarixli Sərəncamına əsasən Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilmişdir.

Təltifləri[redaktə | mənbəni redaktə et]

Arzu Rəhimov Azərbaycan Prezidentlərinin Fərmanlarına və Sərəncamlarına əsasən Azərbaycanın orden və medalları ilə təltif edilmişdir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Arzu Rəhimov ailəlidir. 2 övladı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 09.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.