Astrid İvask — Vikipediya

Astrid İvask
latış. Astrīde Ivaska
Doğum tarixi 7 avqust 1926(1926-08-07)[1]
Doğum yeri
Vəfat tarixi 24 mart 2015(2015-03-24) (88 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti yazıçı, şairə
Əsərlərinin dili Latış dili, ingilis dili
Mükafatları Order of the White Star, 4th Class "Üç Ulduz" ordeni

Astrid İvask (7 avqust 1926[1], Riqa[2]24 mart 2015, Riqa) ― Latviya-ABŞ şairi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Riqa şəhərində doğulmuş İvaskın ilk adı Astrid Helena Hartmanis idi. Onun atası Martins Hartmanis Latviya silahlı qüvvələrinin generalı idi, anasının adı İrma Mariya Hartmanis idi. Kompüter alimi Yuris Hartmanis onun qardaşı idi. 1940-cı ildə Sovet İttifaqının Latviyanı işğal etməsindən sonra general Hartmanis Sovet İttifaqı tərəfindən həbs edildi.[3] O, 1941-ci ildə edam edildi, lakin ailəsi bu məlumatı ancaq 1991-ci ildə SSRİ-nin süqutundan sonra öyrənə bildi.[4]

İvask, anası və qardaşı 1944-cü ildə Latviyadan Almaniyanın yeri dəyişilmiş şəxslər üçün nəzərdə tutulan düşərgələrə yollandılar. İvask Marburq Universitetində dillər üzrə təhsil aldı. O, sonradan yazırdır ki, "Marburqda mənim önümə Avropanın intellektual həyatı açıldı. Universitetdə oxuduğum üç il ərzində bəziləri sağ, bəziləri çoxdan ölmüş yeddi xarici dil ilə işlədim və fin-uqor mədəniyyətinə heyran qaldım". O, magistr dərəcəsini 1949-cu ildə bitirdi. Elə həmin il orada ədəbiyyat və incəsənət tarixi üzrə doktorluq dərəcəsi almış eston şairi İvar İvaskla evləndi və onlar ABŞ-yə köçdülər. İvar İvask Minnesota ştatında yerləşən Müqəddə Olaf kollecində fakültə üzvü kimi işə götürüldü.[3][4][5]

1967-ci ildə Oklahoma ştatının Norman şəhərinə köçdülər, orada İvar İvask Oklahoma Universitetində müasir dillər və ədəbiyyat üzrə professoru oldu. Şair rus, alman və fransız dillərini tədris edən adyunkt professor vəzifəsində çalışdı. İvar İvask "World Literature Today" adlı universitetin ədəbi jurnalının redaktoru idi, cütlük həm bir çox müəllifi və tənqidçini evlərində qonaq kimi qəbul edirdilər, həm də müxtəlif ədəbi tədbirlərdə iştirak edirdilər.[3][5]

1991-ci ildə cütlük İrlandiyanın Kork qraflığına köçdü, lakin İvark İvask 1992-ci ildə vəfat etdi. Astrid Ivask 2001-ci ildə Riqaya geri döndü.[3][5]

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

İvaskın ilk şeir kolleksiyası "Ezera kristības" ("Gölün xaç suyuna salınması", 1966) adlanırdı. Digər kolleksiyalar arasında Ziemas tiesa ("Qışın tənqidi", 1968), Solis silos (“Meşədə bir addım”, 1973), "Līču loki" ("Əyilən buxtalar", 1981), "Yuvanın kənarında" (ing. At the Fallow’s Edge) (1981), "Gaisma ievainoja" ("Yungül yaralanan", 1982). Əsərlərinin əksəriyyəti latış dilində yazılmışdı, lakin "Oklahoma şeirləri" (1990) toplusu ingilis dilində yazılmışdır.[3][4][6][7]

Onun həmçinin "Pārsteigumi un atklājumi" ("Sürprizlər və kəşflər", 1984) əsəri də var, hansı ki uşaq şeirləri və hekayələrindən ibarətdir. "Līču loki: Ainas un ainavas" ("Əyilən buxtalar: görüntülər və mənzərələr", 1981) adlı əsərinin illüstrasiya tərtibatını İvar İvaskın fotoqrafı tərəfindən düzəldilmişdir.[5]

Mükafatları[redaktə | mənbəni redaktə et]

O, "Ziemas tiesa" əsərinə görə Zinaida Lazda mükafatına layuq görülmüşdür və "Solis silos" əsərinə görə Latviya Mədəniyyət Fondunun ədəbiyyat mükafatına layiq görülmüşdür.[6] Onun səyahət eskizləri əsəri ona Yanis Yaunsudrabinş mükafatını qazandırdı. "Pārsteigumi un atklājumi" əsərinə görə ona "Goppers" mükafatı verildi.[7] Mədəniyyət və ədəbiyyatın populyarlaşdırılmasına verdiyi töhfəyə görə Latviyanın "Üç Ulduz" və Estoniyanın "Ağ Ulduz" ordenlərinə və Latviya Yazıçılar Birliyinin İllik mükafatına layiq görülmüşdür.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Carnegie Hall linked open data (ing.). 2017.
  3. 1 2 3 4 5 6 "A Tribute to Astrid Ivask: A Literary Light". World Literature Today. April 2, 2015. 2017-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
  4. 1 2 3 Aistars, Zinta. "Astride Ivaska (1926-)". Her Circle. April 8, 2008. 2019-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
  5. 1 2 3 4 Ezergailis, Inta. Astride Ivaska // Serafin, Steven (redaktor ). Twentieth-Century Eastern European Writers: Third Series. Dictionary of Literary Biography. 232. Gale. 2001.
  6. 1 2 Wilson, Katharina M. An Encyclopedia of Continental Women Writers. Taylor & Francis. 1991. ISBN 9780824085476. 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-18.
  7. 1 2 George, Emery Edward. Contemporary East European Poetry: An Anthology. Oxford University Press. 1993. ISBN 9780195086362. 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-18.